NƏRƏKİMİLƏR

сущ. зоол. осетровые (семейство рыб группы хрящевых ганоидов)
NƏRƏ
NƏRƏŞƏKİLLİLƏR
OBASTAN VİKİ
Nərəkimilər
Nərəkimilər (lat. Acipenseriformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi. Bütün qalan şüaüzgəcli balıqlarda (Actinopterygii) olmayan bir sıra qədim əlamətləri saxlamışlar. Nərəkimilərdə onurğa skeletin əsasını elastik xorda təşkil edir, fəqərə cisimlər yoxdur. Quyruq üzgəci qeyri-bərabər pərlidir (heteroserkal), üst pər yuxarıya doğru qalxır. Quyruq üzgəcinin üst pərinin əsası qanoid pulcuqlarla örtülmüşdür. Bədəndə — qanoid pulcuqların rudimentəlri hesab edilən beş uzununa sıra romşəkilli sümük lövhələr vardır. Daxili skelet qığırdaqdan ibarət olduğu üçün nərəkimləri xüsusi qığırdaqlı qanoidlər və ya qığırdaqlı-sümüklü balıqlar qrupuna (Chondrostei) aid edirlər.Bunlar — Avropa, Şimali Asiya və Şimali Amerkanın keçici, yarımkeçici və göl-çay balıqlardır. Xəzər dənizində yalnız nərəkimilər fəsiləsinin nümayəndələri yaşayır.

Digər lüğətlərdə