Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dəlicəsinə aşiq olan (film, 1981)
== Süjet xətti == Kiçik (uydurma) Saint Tulipe krallığının şahzadəsi Cristina, bütün kral ailəsi ilə birlikdə Romada dövlət səfərindədir. Onlar kral ailəsi olsalar da, bununla birlikdə onların pulu yoxdur və kiçik krallığın müstəqilliyini qurtarmaq üçün çox böyük – 50 milyard lirəyə ehtiyac vardır və onlar bu pulu əldə etməyə can atırlar. Məhz bu səbəbdən kralın qızı Cristina, səltənətin iflas etməməsi üçün zəngin bir milyarderlə (hərbi silah istehsalçısı) nişanlanır. Darıxmış və üsyankar bir vəziyyətdə, qaldığı villadan gizlincə qaçır və Romanı gəzməyə qərar verir. Başqaları kimi bir avtobusa minərkən həyatını dəyişdirəcək birisi ilə tanış olur: Barnaba Cecchini adlı çılğın və səmimi bir sürücü ilə. İkincisi dərhal ona aşiq olur və qızı hər şeyə və hər kəsə qarşı qazanmaq üçün çox qərarlı olur. İkisi birlikdə çox əyləncəli macəralarla Barnabanın avtobusunda Roma ətrafında gəzintiyə çıxırlar. Bu vaxt, Şahzadə Kristinanın yoxa çıxdığını anladıqdan sonra, atası Gustavo, bu xəbərlərin mətbuatda yayılmasının və qalmaqalların qarşısını almaq üçün qızının itdiyi xəbərlərini sızdırmamağa çalışır və eyni zamanda onu tapmaq üçün xüsusi agentləri və polisləri onun dalınca yola salır. Kristina əyləncədən sonra özü könüllü olaraq evə qayıtmağa qərar verir və Barnabanı ümidsiz vəziyyətdə qoyur. Tramvay sürücüsü qızı tapmaq üçün hər formada işləyir, bütün həmkarlarının müşayiəti ilə ona bir serenada da həsr edilir və hətta boşboğazlığı sayəsində siyasət və maliyyə mütəxəssisi olaraq dövlət naharına dəvət olunmağı belə bacarır.
İşsizlik dərəcəsinə görə ölkələrin siyahısı
Bu ölkələrdə olan işsizlik dərəcəsini göstərmək üçün hazırlanmış siyahıdır. İşsizlik dərəcəsini ölçülmə və təqdim olunma metodları ölkədən ölkəyə fərqlənir. Bəzi ölkələr yalnız sığortalanmış işsizləri bu hesablamaya daxil edərkən, bəziləri isə yalnız maddi yardım qəbul edənləri nəzərə alır. Və ya, bəzi ölkələr, əlil və digər daimi işdə çalışmaq qabiliyyətindən məhrum olan insanları hesablamada nəzərə alarkən, digər bir qrup ölkələr isə işləməmək seçimini özü edən (və maliyyə cəhətdən işləməyə yararlı) insanları və ya universitet tələbələrini bu hesablamaya daxil edirlər və s. Həmçinin minimum tələblərdə də fərqlər olar bilər və bəzi ölkələr yalnız marjinal şəkildə əmək bazarına bağlı insanları (məsələn, həftədə yalnızca bir saat işləyənlər) da işçi kimi saya bilər. Bundan əlavə, yaş limitində də fərqlər ola bilər. Məsələn, Avropa İttifaqının Statistika Bürosunu (Avrostat) işsizlik dərəcəsini hesablayarkən 15 yaşdan 74 yaşa qədər olan insanları nəzərə alır, ancaq Əmək Statistikası Bürosu 16 və daha yuxarı yaşı olan hər kəsdən bu hesablamada istifadə edir (hər iki halda, təhsil alan, təqaüdə çıxmış, analıq/atalıq məzuniyyətində olan, sağlamlığına görə işləməkdən məhrum olan, işləməyən və eyni zamanda son dörd həftədə iş axtarmaqda fəal olmayan insanlar işçi qüvvəsi hesab olunmur və buna görə də, işsiz kimi nəzərə alınmırlar). İşsizlik dərəcələri il ərzində baş verə biləcək dəyişikliklərdən təsirlənməmək üçün mövsümi olaraq tənzimlənir. Müqayisə etmək məqsədi ilə, əldə edilmiş dərəcələr Beynəlxalq Əmək Təşkilatı (ing. International Labour Organization) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (ing.
Dəliçətənə
Dəliçətənə (lat. Datisca) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin dəliçətənəkimilər fəsiləsinə aid bitki cinsi.
Kənafabənzər dəliçətənə
Kənafabənzər dəliçətənə (lat. Datisca cannabina) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin dəliçətənəkimilər fəsiləsinin dəliçətənə cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisi olub, kökümsovu yoğun budaqlanandır. Gövdəsi düzqalxan, çılpaq, hündürlüyü 2-3 m-ə bərabərdir. Yarpaqları cüt olmayan lələkli, iri, uzunluğu 10-35sm olub, növbəli, yalançı zoğu olmayan, saplağının uzunluğu 3-7 sm-dir. Çiçəkləri yaraşıqsız, tutqun, kiçik, düzgün, ayrı cinsiyylətli, yuxarı yarpaqları fırçayabənzər, uzunluğu 3-20 sm, gövdənin zirvəsindəki çiçəkləri süpürgə çiçək qrupunda toplanmışdır. Meyvələri uzunsov-ellipsşəkilli olub, böyük olmayan qutucuqdur. İkievlidir. Qafqazda iyundan avqusta qədər, Orta Asiyada isə iyun-iyul aylarında çiçəkləyir. Meyvələri avqust-sentyabr aylarında yetişir.