ÇILĞINCA zərf 1. Dəli kimi, dəlicəsinə. Fırlatdı bir qəhqəhə; Çılğınca qalxdı birdən. Ə.Cavad. Gülgəz çılğıncasına atasının yaxasını didişdirməyə başladı. İ.Hüseynov. 2. məc. Ehtirasla, dəlicəsinə. Çılğıncasına sevmək. Çılğıncasına vurulmaq.