Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bauhinia paradisi
Bauhinia seleriana (lat. Bauhinia seleriana) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin bauhinia cinsinə aid bitki növü.
Britaniya Kanadası
Kanada əvvəlcə 1763-cü il Paris müqaviləsi ilə İngiltərənin hakimiyyəti altına girdi. Müqavilə ilə Kanadanında tərkibində olduğu Yeni Fransa İngiltərə imperiyasına verildi. Britaniya Şimali Amerikasının bir hissəsi olan digər regionlar, koloniyalar və ştatlar getdikcə Kanadaya birləşdirilirdi. 1763-cü il Kral Bəyannaməsi ilə Kanada koloniyası 1791-ci il Konstitusiya Qanununa görə Kanadalılar olaraq da bilinən Kvebek əyaləti adı altında genişləndirildi. 1840-cı il Birlik Qanunu ilə birlikdə Aşağı Kanada və Yuxarı Kanada Kanada əyaləti adı altında bir araya gəldi. Daha sonra 1867-ci ildə Kanada Konfederasiyası, Nyu-Bransuik və Yeni Şotlandiya koloniyaları Kanada Dominionunu yaratmaq üçün Kanada koloniyası ilə birləşdi. Dominion dörd əyalətə bölündü: Ontario, Kvebek, Nyu Brunsvik və Yeni Şotlandiya. Əvvəlcə yeni qurulan federasiyadan kənarda olan koloniyalar zamanla Kanadanın nəzarəti altına keçdi və Kanada 1949-cu ildə Nyufaundlend və Labradorun birləşdirilməsi ilə mövcud sərhədlərinə çatdı. 1982-ci il Kanada Qanunu ilə Kanada Böyük Britaniyanın hakimiyyəti altından tamamilə çıxdı.
Chrysopelea paradisi
Uçan ilan (lat. Chrysopelea paradisi) — Asiya torpaqlarında yaşayan Chrysopelea paradisi növünə aid olan ilanlar uçuş prosesi reallaşdırırlar. 20 ilə 40 metrlik bir məsafəni havada qət edirlər. Çikaqo Universitetinin bioloqlarından Jake Sohca Sinqapurdakı bir zooparkda bu cür ilanlar üzərində 6 il davam edən tədqiqat aparıb. Yetkinlərinin uzunluğu 1 metrə çatan bu uçan ilanların havada uça bilmək qabiliyyətlərinin aerodinamikası haqqında əvvəllər heç bir şey bilinmirdi. Quşlardan başqa, sincab siçovul və kərtənkələ kimi bəzi quru canlıların və bəzi balıqların qısa da olsa müəyyən məsafələri uçaraq, yəni havada süzərək yol qət etdikləri bilinir. Bu canlıların uçuşları həqiqətən çox heyrətləndiricidir. Ancaq Chrysopelea ilanının uçuşu daha fərqlidir. Bu uçuşu digər bütün uçuşlardan üstün edən cəhət bu akrobatik ilanın havada süzərkən istifadə edəcəyi qanad, pərdəli pəncə və s. kimi heç bir uzantısının olmamasıdır.