Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Darayı
Darayı — kətan qrupuna daxil olub toxunuşlu, sapı tovlu, bişmiş baramadan toxunan, üzü qeyri-şəffaf parçadır. Hələ XVII əsrdə Azərbaycanın Təbriz, Ərdəbil, daha sonra Şamaxı və Gəncə şəhərlərində darayı toxumanın yüksək səviyyədə istehsal edildiyi məlumdur. Kətan qrupuna aid toxumalar kimi, darayı da arşınüma və ədədi toxunurdu. XIX əsrdə toxumanın hər iki növü Şamaxı, Gəncə və Şuşa şəhər istehsalında mühüm yer tuturdu. Darayı toxumalar zolaqlı və dama-dama naxışlı olurdu. Lakin bu toxumanın ədədi növü nisbətən zəngin tərtibata malikdir. Belə ki, darayının ədədi nümunələrinin, məsələn, fitə, boğça və s. bu qəbildən olan əşyaların aydın, ifadəli, xoş və yumşaq boyalarla nəzərə çarpan zolaq və damaları üzərinə sərbəst olaraq “bulud” və ya “ot” təsvirli çox xırda ağ cizgilər və ya rəngli metal saplar da əlavə olunurdu. Bu sadə və bədii detallar ayrılıqda heç bir dekorativ məna kəsb etmir. Bunlar yalnız müəyyən formaya malik qeyri-şəffaf ədədi darayı toxumalara tətbiq edildikdə sözsüz ki, quru zolaq və dama naxışların qismən yumşaq və mülayim olmasını təmin etmiş olur.
Harayçı qulələk
Harayçı qu (lat. Cygnus cygnus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qu cinsinə aid heyvan növü. Uzunluğu 140-160 sm, qanadlarının genişliyi 205-235 sm-dir. Çəkisi 8-15 kq arasında dəyişir. == Statusu == Adi saylıdır. == Qısa təsviri == Fısıldayan qulələyə oxşayır, lakin ondan az kiçikdir (5-10 kq). Xoş səsi var: “anqa-a, anqa-a”. Rəngi qar kimi ağdır. Dimdiyi qaradır, yalnız ucu sarıdır. Suda və yerdə boynunu dik saxlayır.
Əli Qurban Dastançı
Əli Abdulla oğlu Qurbanov (14 may 1930, Ağkilsə – 27 mart 2004, Gəncə) — el şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü == Həyatı == Əli Qurban Dastançı 1928-ci il may ayının 14-də Göyçə mahalının ulu Aşıq Ələsgərin doğulub boya-başa çatdığı Ağkilsə kəndində dünyaya gəlmişdir. Ədbiyyata 13 yaşında yazdığı "Hanı dağlar" (1943) şeiri ilə gəlib. 1948-ci ildə orta məktəbi bitirən gənc şair bir il həmin məktəbdə kitabxanaçı işləmişdir. Sonra Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olmuş və 1953-cü ildə ali təhsilini tamamlamışdır. Təyinatını Kəlbəcərə alıb ki, müddəti qurtarandan sonra Göyçəyə qayıtmaq asan olsun. Göyçə mahalı Ermənistan SSR ərazisinə daxil edildiyindən oraya birbaşa təyinat almaq mümkün deyildi. Həm də anası Gülsüm xanım Kəlbəcərin Kilsəli kəndindən idi. Burada yaxın qohumların yaşaması da bir növ işi asanlaşdırırdı. Kəlbəcər rayonu Maarif şöbəsində inspektor kimi əmək fəaliyyətinə başlayan Əli müəllim (artıq onu belə çağırırdılar) 1989-cu ilə qədər burada qalıb işləməli olur, Oktyabr kəndində məktəb direktoru, rayon maarif şöbəsində inspektor, metodist, 1979-cu ildən 1986-cı ilə qədər rayon "Yenilik" qəzetinin redaktoru vəzifəsində çalışır. Kəlbəcər camaatının şerə, saza sevgisi, Aşıq Şəmşirlə burada yaxından tanış olması (aralarında ata-oğul münasibətlərinin yaranması) da Əli müəllimi Kəlbəcərə bağlayan əsas amillərdəndir.
Harayçı qu quşu
Harayçı qu (lat. Cygnus cygnus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qu cinsinə aid heyvan növü. Uzunluğu 140-160 sm, qanadlarının genişliyi 205-235 sm-dir. Çəkisi 8-15 kq arasında dəyişir. == Statusu == Adi saylıdır. == Qısa təsviri == Fısıldayan qulələyə oxşayır, lakin ondan az kiçikdir (5-10 kq). Xoş səsi var: “anqa-a, anqa-a”. Rəngi qar kimi ağdır. Dimdiyi qaradır, yalnız ucu sarıdır. Suda və yerdə boynunu dik saxlayır.