Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dərəlik bulağı
Dərəlik bulağı — Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində, Culfa-Naxçıvan avtomobil yolundan 2 km. aralıda yerləşir. Əlincəçayın sol sahilindədir. Suyun tərkibində natrium, hidrokarbon, kalsiumli-maqneziumludur. == Ələhi suyunun tərkibi == Suyun tərkibi karbon qazı ilə boldur. Həmçinin suda natrium, kalsium, maqnezium vardır. Kimyəvi tərkibi Şimali Qafqazda yerləşən "Pyatiqorck" suyuna yaxındır. Yerli əhali tərəfindən müalicəvi su hesab edilir. Mineral bulağın suyu ürək-damar və dəri xəstəliklərində müalicəvi vasitə kimi tanınır. == Ədəbiyyat == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.
Yiyəlik hal
Yiyəlik hal — İsmin 6 halından biri. İsimlərin özündən sonra gələn sözlərlə əlaqəyə girərək əşyalar, şəxslər arasında aidlik, mənsubluq mənası gətirir. Yiyəlik halda işlənən isim cümlədə özündən sonrakı başqa bir isimdən daha doğrusu, mənsubiyyət şəkilçili isimdən asılı olur. Məs: ağac-ın (yiyəlik hal) yarpağ-ı (mənsubiyyət şəkilçili isim), qapının ağzı, yolun kənarı, Adilin kitabı, sənin dəftərin, bizim evimiz və s.Yiyəlik hal bi çox dildə olur məs:ingilis və ərəb və rus, alman Mənsubiyuət şəkilçisi həmişə ikinci tərəfdə olur və özündən əvvəl yiyəlik hal istəyir.Məsələn:Mənim Kitabım, Sənin evin Yiyəlik halının 2 forması var: Müəyyənlik bildirən yiyəlik hal. Bu halda isimlər –ın, in, un, ün (-nın,nin,nun,nün) şəkilçisini qəbul edir və kimin? nəyin? haranın? suallarından birinə cavab verir. Məs: Məmmədin (kimin?), dəftərin (nəyin?), Bakının (haranın?) Qeyri-müəyyənlik bildirən yiyəlik hal. Bu halda olan isimlər şəkilçisiz olur və nə?
Dayavik almaz yatağı
Dayavik almaz yatağı — Kanadada, Yellounayf şəhərindən 300 km şimal şərqində yerləşir. == Haqqında == Ehtiyatına görə ölkənin ikinci yatağıdır. 1994-cü ildə kəşf olunmuş, 2002-ci il dən açıq və yeraltı üsullarla istismar olunur. Almazın kəşf olunmuş ümumi ehtiyatı 106,5 mln. kardır (kimberlitlərdəki orta miq darı 3,96 kar/t, ehtiyatı isə 25,6 mln. t-dur ). Yataq Şimali Amerika platformasının şimal-qərb hissəsi ilə əlaqədardır; Kanada almazlı əyalətinə daxildir. Eosen yaşlı 4 kimberlit borusundan ibarətdir. Kimberlitlər vulkanoklastik və piroklastik süxurlardan, yan süxurlar isə zəif metamorfizləşmiş qrauvakka və argillitlərdən, həmçinin Arxey yaşlı diorit və qranitlərdən ibarətdir. Borular 30 m qalınlıqlı müasir buzlaq çöküntüləri ilə örtülüdür.
Anal dəlik
Anal dəlik və ya anus (Lat. Anus; Mənası: "Halqa", "çevrə" [1]) həzm sisteminin sonunda yer alan və defekasiya prosesini yerinə yetirən dəlik. Əsas vəzifəsi defekasiya olan anal dəliyin açılması və qapanmasını daxili və xarici büzüşmüş əzələlər (sfinkter) nəzarət edir. Daxili anal sfinkter iradi, xarici anal sfinkter isə qeyri-iradi şəkildə hərəkət edir. Anus, qadınlarda uşaqlıq yolunun, kişilərdə isə testis kisəsinin arxasında yer alır.
Ağ dəlik
Ağ dəlik —Ümumi nisbilik nəzəriyyəsində ağ dəlik , enerji - maddə , işıq və məlumat ondan qaça bilsə də, xaricdən daxil edilə bilməyən fəza - zaman və təkliyin hipotetik bölgəsidir . Bu mənada o, yalnız xaricdən daxil ola bilən və enerji-materiya, işıq və informasiyanın çıxa bilməyəcəyi qara dəliyin əksidir. Əbədi qara dəliklər nəzəriyyəsində ağ dəliklər meydana çıxır . Gələcəkdə qara dəlik bölgəsinə əlavə olaraq, Eynşteyn sahə tənliklərinin belə bir həlli keçmişində ağ dəlik bölgəsinə malikdir. Bu bölgə cazibə qüvvəsinin çökməsi nəticəsində əmələ gələn qara dəliklər üçün mövcud deyil, ağ dəliyin əmələ gəlməsi üçün müşahidə edilən fiziki proseslər də yoxdur. Superkütləvi qara dəliklərin (SBH) nəzəri olaraq hər qalaktikanın mərkəzində olacağı proqnozlaşdırılır və ola bilsin ki, qalaktika onlarsız yarana bilməz. Stephen Hawking və başqaları bu SBH-lərin superkütləvi ağ dəlik/ Biq Partlayış yaratmasını təklif etdilər . == Baxış. == Qara dəliklər kimi ağ dəliklər də kütlə , yük və bucaq momentumu kimi xüsusiyyətlərə malikdir . Onlar hər hansı digər kütlə kimi materiyanı cəlb edirlər, lakin ağ dəliyə doğru düşən cisimlər heç vaxt ağ dəliyin hadisə üfüqünə çata bilməz (baxmayaraq ki, Schwarzschild məhlulu maksimum genişlənmişdir )., aşağıda müzakirə edildiyi kimi, keçmişdə olan ağ dəlik hadisə üfüqü gələcəkdə qara dəlik hadisələri üfüqünə çevrilir, ona görə də ona doğru düşən hər hansı bir obyekt sonda qara dəlik üfüqünə çatacaq).
Qara dəlik
Qara dəlik — zərrəciklər və işıq kimi elektromaqnit dalğaların içindən qaça bilmədiyi güclü qravitasiyaya sahib fəza-zamanın bir nahiyəsi. Ümumi nisbilik nəzəriyyəsinə görə, kifayət qədər kompakt kütlə fəza-zamanı deformasiya edərək bir qara dəlik formalaşdıra bilər. Heç bir obyektin qaçışının mümkün olmadığı bölgənin sərhədinə hadisə üfüqü deyilir. Hadisə üfüqü onu keçən obyektin vəziyyətinə böyük ölçüdə təsir göstərməsinə rəğmən, lokal olaraq aşkar edilə bilən xüsusiyyətlər müşahidə edilmir. Bir çox cəhətdən, qara dəlik işığı əks etdirmədiyi üçün ideal qara cisim kimidir. Üstəlik, əyri fəza-zamanda kvant sahə nəzəriyyəsi proqnoz edir ki, qara dəlik kütləsi ilə tərs mütənasüb şəkildə, qara cismin şüalandırdığı istilik ilə eyni spektrumda Hokinq radiasiyası yayır. Bu temperatur ulduz qara dəlikləridə milyardlarla kelvinə bərabər olduğuna görə onların müşahidə edilməsini imkansızlaşdırır. Qravitasiya sahəsi işığın qaça bilməyəcəyi qədər güclü olan cisimlər ilk dəfə 18-ci əsrdə Con Mixel və Pyer Simon Laplas tərfindən nəzərə alındı. Qara dəliyi xarakterizə edən ümumi nisbiliyin ilk müasir həlli 1916-cı ildə Karl Şvartsşild tərəfindən tapılmışdır, ancaq heç bir şeyin qaça bilməyəcəyi fəza bölgəsi olaraq şərhi ilk dəfə Devid Finkelştein tərəfindən 1958-ci ildə nəşr edildi. Qara dəliklər çoxdan bəri riyazi maraq hesab olunurdu; 1960-cı illərdə nəzəri tədqiqatlar ümumi nisbiliyin ümumi proqnozu olduğunu göstərdi.
Fəqərəarası dəlik
Fəqərəarası dəlik (həmçinin sinir dəliyi adlanır) — iki dorsal fəqərə arasındakı açılış. Boyun, döş və bel fəqərələrində fəqərəarası deşiklər olur. == Anatomiyası == Bu nahiyyələrdə hər bir cüt fəqərə arasında dəliklər və ya açılışlar mövcuddur. Açılışdan bir sıra strukturlar keçir. Bunların hər biri onurğa sinirinin kökü, seqmentar arteriyanın onurğa arteriyası, daxili və xarici pleksuslar arasında əlaqə quran damarlar, təkrarlanan meningeal (sinu-vertebral) sinirlər və transforaminal bağlardır. == Funksiyası == Onurğa fəqərələri bir-biri ilə birləşdirildikdə, gövdələr baş və gövdəyə dəstək verən güclü bir sütun əmələ gətirir və vertebral foramen medulla spinalisi (onurğa beyni) qorumaq üçün bir kanal təşkil edir. == Olçüsü == Dəliklərin ölçüsü yerləşdirməyə, patologiyaya, onurğa yükünə və duruşa görə dəyişir. Konkret olaraq, fəqərəarası dəlik bitişik fəqərənin yuxarı çentiği, fəqərənin aşağı çentiği, fəqərəarası oynaq və fəqərəarası diskin yanında yerləşir. == İstinadlar == == Xarici keçidlər == "Anatomy diagram: 06363.008-2". Roche Lexicon - illustrated navigator.
Anal dəlik ətrafında qaşınma
Anal qaşınma (ing. pruritus ani) — ilə birlikdə perianal nahiyədə ağrılar, qızartı, masserasiya, sulanma, yanma hissi və perianal dərinin sərtləşməsi müşahidə olunur. Bu əlamətlər cinsi orqanlara və qasıq nahiyəsinə sirayət edir.
Alilikdə sadəlik... Heydər Əliyev (film, 2018)
== Məzmun == Film Azərbaycan Ümummilli Lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunub. Filmdə taleyinə Ulu Öndərlə görüşmək imkanı düşən sadə xalq nümayəndələrinin maraqlı xatirələri və bununla bağlı olduqca maraqlı arxiv materialları əks olunub. Film Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sifarişi ilə hazırlanıb. == Filmin yaradıcı heyəti == Bədii rəhbər və ssenari müəllifi: Eldar İsgəndərzadə Rejissor: Vasif Məmmədzadə Operator: Elşən Rafiqoğlu Səs operatoru: Yaşar Əliyev Səs rejissoru: Orxan Rəcəbli Filmi səsləndirdi: Nurəddin Mehdixanlı, xalq artisti Montaj rejissoru: İsmayıl Musayev Assistent: İbrahim Ağazadə Aparıcı prodüser: Mehman Məmmədov Baş prodüser: Rauf Rəcəbov == Filmdə iştirak edənlər == Amil Həsənoğlu — Prezident təqaüdçüsü. Roza Tağıyeva — Xalq artisti. Həsrət Əsədov — əmək adamı. Tuqay Rzayev — məcburi köçkün. Aygün Rzayeva — məcburi köçkün. Xanış Şahiyev — sadə zəhmət adamı. Güləli Fərziyev — ehtiyatda olan zabit.