Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Debauchery
Debauchery — 2000-ci ildə Almaniyanın Ştutqart şəhərində Maggotcunt adı ilə yaranmış death metal qrupudur. Qrupun yaradıcısı Tomas, amerikan metal qrupu olan W.A.S.P.-ın «The Crimson Idol» adlı albomundakı bir mahnıdan eşitdiyi sözdən sonra qrupun adını Debauchery olaraq dəyişdirməyi qərara alır. Əvvəlcə qrupun iki üzvü var idi: Tomas Qurrat (vokal, gitara, bas gitara) və Deni (zərb alətləri). Amma Deni, 2006-cı ildə Tomasla səhnədə dava etdiyi üçün qrupdan ayrıldı. Buna görə də, Toması Debauchery-nin tək rəsmi üzvü hesab etmək olar. Konsertlər və albomların studiya yazıları üçün Tomas müvəqqəti musiqiçilərlə çalışır. Tomas Qurrat, 2010-cu ildə onun öz qrupu olan Debauchery bilinənə qədər Ştutqartın ən nüfuzlu kollecində fəlsəfə müəllimi işləyirdi. Lakin işlədiyi kollecdən onun belə bir qrupu olduğunu öyrəndikləri zaman Qurrat'ın qarşısına iki seçim qoyuldu: ya dərs dediyi kollecdə müəllim olaraq qalmalı ya da öz yaradıcılığna davam etməli idi. O isə ikincini seçdi və dərs dediyi kollecdən ayrıldı. Qrupun musiqi stilində rok-n-roll rifflər, melodik gitaralar və klaviş soloları əsas yeri tutur.