Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
No Degree of Separation
No Degree of Separation (azərb. Ayrılıq yox dərəcəsində‎) — İtaliyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Françeska Mikyelin "No Degree of Separation" mahnısının tamamilə italyan dilində səslənən versiyası Nessun grado di separazione ilə İtaliyanın əsas musiqi hadisələrindən hesab olunan Sanremo musiqi festivalında iştirak etmiş və ikinci yerə layiq görülmüşdür. Mahnı Avroviziya üçün seçildikdən sonra müsabiqə qaydalarına əsasən mahnı bir qədər qısaldılmış və eyni zamanda Mikyelinin və İtaliyanın RAI telekanalının birlikdə qərarı ilə mahnının kiçik bir hissə ingilis dilinə tərcümə edilmişdir. "No Degree of Separation" mahnısının musiqisi Keope, Fabio Qarqiulo və Federika Abbate, sözləri isə ifaçı Françeska Mikyelin və eyni zamanda Federika Abbate və Norma Cin Martineyə aiddir.
The 7-Inch Decade Remix
The 7-Inch Decade Remix (only in Spain) – C. C. Catch tərəfindən 1990-cı ildə ifa edilmiş mahnıdır.
The 7-Inch Decade Remix (only in Spain)
The 7-Inch Decade Remix (only in Spain) – C. C. Catch tərəfindən 1990-cı ildə ifa edilmiş mahnıdır.
Deqadi
Deqadi — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Deqadi Astara rayonunun Şüvi inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Tədqiqatçıların fikrincə, oykonim Talış dilindəki de (iki), qalkə (ev) və di (kənd) komponentlərindən düzəlib, "iki evli kənd" mənasındadır. Kəndin əsasını iki ailə qoyduğu üçün belə adlandırılmışdır. == Etimologiyası == Talış dilində de (dü) "iki" qa (kə) "ev" və dı "kənd" deməkdir. Degadi (Qoşakənd). == Yolları == 12 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Deqadi-Pəlikəş avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 2 milyon manat ayrılmışdır.
Dərrakə əsri
"Dərrakə əsri" (ing The Age of Reason, rus Век Разума) — Tomas Payne'nin dövründə çox cəsarətli olan Müqəddəs Kitabın (Bibliya) , teologiyanın və mütəşəkkil dinin tənqidini əks etdirən məşhur əsərlərin sonuncusu. Əsərin birinci hissəsi Payne tərəfindən Fransız həbsxanasında yazılmışdır və burada Ludoviq XVI-nun icraatını pisləyən Jacobins tərəfindən həbs edilmişdir. Fransız tərcüməsi 1794-cü ildə İngilis orijinalına qədər çıxdı. J. Monrounun məsləhətinə əsasən yazılmış ikinci hissə iki il sonra nəşr olundu. Payne də "ali" olduğuna inandığını vurğulamasına baxmayaraq, onun deizmini mühafizəkar Amerika ictimaiyyəti və ruhanilər bir örtük ateizm kimi qəbul etdilər. Həyatının sonuna qədər Payne ölkədən xaric olmuşdur və ABŞ-nin ictimai həyatında iştirakdan çəkilməyə məcbur oldu. "Dərrakə əsri" (Əsrin əsası) termini ABŞ-da "Maarifləndirmə" termini ilə sinonim kimi işlənir. Payne tərəfindən bibliya ənənələrin tənqidi nəzərdən keçirilməsi XIX əsrin rasyonalistləri tərəfindən davam etdirildi. Bu traktatdan gələn xətlər tez-tez istinad edilir: "Mən Müqəddəs Kitaba qarşı həqarətli bir nifrət edirəm — zalım hər şeyə olduğu kimi ." == Tarixi kontekst == === Fikri məzmun: XVIII əsrin ingilis dilçiliyi === Payne kitabı 18-ci əsrin əvvəllərində Britaniya dilçiliyinin ənənələri izləndi. Ayrı mövqeləri saxlayarkən, bu deistlər, Payne səbəbi dövründə formalaşdıran bir neçə fərziyyə və arqumentlər ilə uyğun gəlmir.
Deqadi bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Nil Deqrass Tayson
Nil Deqrass Tayson (ing. Neil deGrasse Tyson; 5 oktyabr 1958[…], Bronks, Nyu-York ştatı) — Amerika astrofiziki, fizika üzrə fəlsəfə doktoru və kosmoloqdur.1996-cı ildən bəri Amerika Təbiət Tarixi Muzeyinə aid olan Hayden Planetariumunun rəhbəridir. Kifayət qədər maraqlı şəxs olan Nil Degrass 2006–2011-ci illər arasında PBS kanalında NOVA scienceNOW adlı elm-təhsil istiqamətli televiziya şousunu aparmışdır. == Həyatı == Tayson Nyu-Yorkda Manhettendə yaşayan üç uşaqlı ailənin ikinci övladı idi. Anası Puerto-Riko əsilli Sansita Mariya (née Feliciano) Tayson ABŞ ın Səhiyyə Nazirliyində Herontoloq işləyib. Atası afroamerikalı Siril deqrass Tayson sosioloq idi. Taysonun uşaqlığı Bronks ın qonşuluğunda Kasl hil də və Riverdeyl də keçib. === Gənclik illəri === Tayson Bruklində elmi təmayüllü məktəbdə (The Bronx High School of Science) təhsil aldığı illərdə (1972–1976-ci) məktəb Fizika Elmi Jurnalının baş redaktoru və güləş üzrə komanda kapitanı olmuşdur. Tayson astronomiya ilə çox kiçik yaşlarında maraqlanmağa başlayıb, yeniyetməlik illərində daha çox həvəslə onu öyrənir, hətta astronomlar cəmiyyətində özünəməxsus tanınmışlıq qazanaraq, 15 yaşında astronomiya ilə bağlı mühazirələrlə çıxış edib. Astronomiyaya olan marağını onun NyuYorkda yaşadığı binanın (Səmaya baxan bina adlandırılıb — "Skyview Apartments")ən yüksək mərtəbəsindən binoklla aya baxmasından sonra yarandığını Tayson özü qeyd etmişdir.
Abi-Dərdə türbəsi
Abi-Dərdə türbəsi — Azərbaycan Respublikasının cənub-şərq bölgəsinin tanınmış ziyarətgahlarından biri. Abi-Dərdə Yardımlı rayonunun Ləzran və Ərsilə kəndləri arasında, Ərsilə kəndinə məxsus açıq ərazidə yerləşir. Türbə Abuzərə, Abudərzə, Abidərzə, Abazərdə, Abuzərə və Abidərdə adları ilə tanınır. Yerli sakinlər isə türbəni daha çox Abi-Dərdə (Abidərdə) adlandırır. == Memarlıq xüsusiyyətləri == Abi-Dərdə türbəsi dairəvi quruluşlu olmaqla bişmiş kərpiclə hörülmüş və günbəzlə örtülmüşdür. Türbənin arxasında hamar sahədə torpaq içərisində itib batmış köhnə qəbiristanlıq da mövcuddur.Türbənin içərisindəki məzarın baş tərəfində yarı sınmış daşın üzərində bütöv olmayan ərəb qrafikalı yazı həkk edilmişdir == Tarixi == Türbənin kitabəsi olmadığından orada uyuyan şəxsin kimliyi və türbənin tikilmə tarixi haqqında dəqiq fikir söyləmək çətindir. Səidəli Kazımbəyoğlu Abi-Dərdə türbəsində uyuyan şəxsin Məhəmməd peyğəmbərin ən yaxın adamlarından biri olduğunu qeyd etmişdir. O, türbə haqqında məlumat verərkən yazmışdır: “Peyğəmbərlərin sonuncusu Həzrət Məhəmmədin dörd yüz yeddi nəfər olan nəcib və məşhur əshabələrindən biri də Əbudərdə adlı müqəddəs ruhlu bir şəxsdir. Onun dəfn olunduğu məqbərə Ucarud mahalının Ərsilə kəndində (indiki Yardımlı rayonunun ərazisi) yerləşir. İndiki dövlətin yüksək rütbəli adamları həmin məkanın adını dəyişib Üçtuği-Sefidəşt adlandırmışdılar (əsər 1869-cu ildə yazılmışdır ).