Power-up
Power-up (ing. power – güc, up – yuxarı) — videooyunlarda oyun mexanikası olaraq oyunçu personaja müvəqqəti fayda və əlavə bacarıqlar verən əşya. Adətən oyunçunun ona toxunması ilə əldə olunan "power-up" əşyaları bəzən bir neçə əlaqədar əşyanın yığılması ilə də əldə oluna bilər. Populyar mədəniyyətdə öz yerini tapmış ən çox tanınan "power-up" əşyalarına "Pac-Man" seriyasındakı güc kürəcikləri və "Mario" seriyasındakı super göbələk aiddir.
"Power-up" əşyaları adətən oyun dünyasına ya əvvəlcədən yerləşdirilirlər, ya ixtiyarı şəkildə spaun olurlar, ya döyülmüş düşmənlərdən düşürlər, ya da ki konteyleri qırdıqdan sonra düşürlər. "Power-up" adətən labirint, "shoot 'em up", birinci şəxs atıcı və platforma oyunları kimi döyüşəmeyilli videooyunlarda tapılır.
== Tarixi ==
1980-ci ildə satışa çıxarılmış "Pac-Man" videooyunu "power-up" mexanikasından istifadə edən ilk videooyun hesab edilir. Oyundakı hər labirintdə dörd güc kürəciyi var, hansı ki, baş qəhrəmana ruhları yemək bacarığını verir. Güc kürəcikləri populyar mədəniyyətdə öz yerini tapmış və videooyunların uşaqlara təsiri ilə bağlı bir zarafata çevrilmişdir.
1984-cü ildə satışa çıxarılmış "Sabre Wulf" videooyununda "power-up" əşyaları çiçəklənən zaman sürətlənmə və ölümsüzlük effektlərini verən çiçəklər kimi təqdim olunmuşdur.