Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dəspinə xatun
Dəspinə xatun (yun. Θεοδώρα Μεγάλη Κομνηνή — Teodora Meqale Kominin; təq. 1438, Trabzon – 1507, Diyarbəkir) — Uzun Həsənin xanımı. Trabzon imperatoru olan Komnenoslardan IV İohannın qızı.Teodora IV İohannın türk əsilli cariyəsi, ikinci həyat yoldaşından olan qızı idi. Daha sonra əmisi David Komnini onu Ağqoyunlu hökmdarı Uzun Həsən ilə evləndirmişdir. Teodora adını dəyişərək Dəspinə xatun adını götürsə də, xristian dini inancını qoruyub saxlamışdı. Dəspinə xatun və Uzun Həsənin övladlarından olan Aləmşah bəyim Səfəvi hökmdarı Şah İsmayılın anasıdır. == Adı == Fransız orta əsr tarixçisi Şarl Dukanqdan başlayaraq Trabzon İmperiyasının tarixini öyrənən bir sıra tarixçilər onu Katerina adlandırmışdılar. Venesiyalı səyyah Bailo Domeniko Trevisano öz qeydlərində onu “Fiordispina”,Teodoranın qohumu Katerino Zeno isə "Kraliça Despina" adlandırmışdır. Bir qrup tarixçilər isə Teodoraya “Dəspinə xatun” da deyirdilər.
Dəspinə xatun (dəqiqləşdirmə)
Dəspinə xatun və ya Maria Paleoloqina — Elxanilərin xatunu, Bizans imperatoru VIII Mixailin qızı. Abaqa xanla evliliyindən. Dəspinə xatun və ya (Maria) Böyük Komnenos — Ağqoyunlu xatunu, Trabzon şahzadəsi. Trabzon imperatoru III Aleksiosun və Teodora Kantakuzenin qızıdır. Qara Yuluq Osman bəylə evlənmişdir. Dəspinə xatun və ya Teodora Böyük Komnenos — Ağqoyunlu xatunu, Trabzon şahzadəsi. Uzun Həsənin xanımı. Trabzon imperatoru olan Komnenoslardan IV İohannın qızı.
Fespis
Qədim Yunanıstan mədəniyyətinə aid ilk dramaturqlar arasında Esxil və Sofoklla yanaşı Tespisin də adı çəkilir. Tespis Yunanıstanın İkariya adlı yerindən olub, teatr sahəsində bir sıra yeniliklər etmişdir. Aristotel də daxil olmaqla, digər mötəbər yunan qaynaqlarının verdiyi məlumata görə, faciələrdə aktyor kimi bilavasitə çıxış edərək, personaj canlandıran ilk adam Tespis olub. Başqa bir yenilik ondan ibarət idi ki, ilk dəfə onun faciələrindəki aktyorlar teatrı müşayiət edən xor başçısı (korifey) ilə dialoq qurmuşdu. O həmçinin ilk dəfə teratr maskaları, kostyumları və s. ixtira etməklə aktyorun bir neçə rolu ifa etməsinə imkan yaratmışdı. Tespis teatr qastrollarının da yaradıcısı sayılır. O, maska, kostyum və digər teatr avadanlıqlarını da arabada daşıyaraq, başqa yerlərə tamaşa göstərməyə gedirdi. Tespis haqqında başqa bir maraqlı məlumat budur ki, o, eramızdan əvvəl 534-cü il 23 noyabrda dramaturqlar arasında keçirilən yarışda qalib olmuşdu. Həmin müsabiqədə ikincilik Esxilə, üçüncülük isə Sofokla nəsib olmuşdu.
Tespis

Dəspinə xatun (Abaqa xan)
Dəspinə xatun və ya Maria Paleoloqina — Elxanilərin xatunu, Bizans imperatoru VIII Mixailin qızı. == Həyatı == XIII əsrdə doğulub. İmperator Mixailin qeyri-qanuni övladı idi.O Monqollara gəlin göndərilmək üçün şəxsən atası tərəfindən seçilmişdi. Bacısı Noğay xanla evli idi. 1265-ci ildə Konstantinopolu tərk edən Mariya yolüstü Hülakü xanın öldüyünü öyrəndi. Əvəzində oğlu Abaqa ilə evləndirildi. 1282-ci iləcən İranda yaşayan Mariyaya monqollar Dəspinə xatun ləqəbi vermişdilər. == Dul həyatı == Əhməd Təkudar xanın hakimiyyətə gəlməsindən sonra Konstantinopola qayıdan Mariyanı bu dəfə qardaşı II Andronik 1307-ci ildə Abaqa xanın nəvəsi Məhəmməd Olcaytu ilə evləndirmək istədi. Lakin Osmanlı ordusunun Kiçik Asiyadakı fəaliyyətləri buna imkan vermədi. Mariya bundan sonra "Qanlı Kilsə" olaraq bilinəcək Monqolların Müqəddəs Məryəm kilsəsində rahibə həyatı başladı.
Despina (peyk)
Despina (lat. Despœna;yun. Δέσποινα) və ya Neptun V — Neptunun üçüncü ən yaxın daxili peyki. Peykə Poseydonnun və Demetranın qızı olan nimfa Despinanın adı verilib. Despina Voyager 2 zondu tərəfindən çəkilən şəkillərdən 1989-cu il iyulun sonlarında aşkar edilmişdir.Peyk müvəqqəti olaraq S/1989 N 3 adlandırılmışdır.Kəşf 2 avqust 1989- cu ildə açıqlanmışdır.Peyk 16 sentyabr 1991-ci ildə adlandırılmışdır. Despina düzənsiz formalaşır və hər hansı geoloji dəyişikliklərin əlamətinin olmadığını göstərir.Çox güman ki, bu peyk, Neptunun orijinal peyklərinin hissələrinin yenidən biləşərək əmələ gətirdikləri dağıntılardan ibarət bir yığndır. Despinanin orbiti Talassanın orbitindən kənarda və yalnız Neptunun halqaları daxilində hərəkət edir.Despinanın radiusu Neptunun sinxron orbital radiusundan aşağıda olduğundan,o nəhəg yavaşlama ilə içəriyə doğru spiralvari dolanır və ola bilsin ki sonda Neptunun atmosferinə təsir göstərsin.
Despina Olimpiu
Despina Olimpiu (Yunanca: Δέσποινα Ολυμπίου) — 1975-ci ildə anadan olan Kiprli müğənni. Despina Olimpiu 2013 Avroviziya Mahnı Müsabiqəsində Kipri "An Me Thimasai" mahnısı ilə təmsil edib.
Dəspinə xatun (Qara Yuluq Osman)
Despina xatun (yun. Δέσποινα)— Ağqoyunlu xatunu, Trabzon şahzadəsi. Əsl adı bilinmir. Mənbələrdə Despina kimi qeyd olunur. Yunan dilində Despina xatun və ya kraliça mənasına gəlir. == Həyatı == Haqqında çox məlumat yoxdur. Trabzon imperatoru III Aleksiosun və Teodora Kantakuzenin qızıdır. Qara Yuluq Osman bəylə evlənmişdir.
Denise Bilmann
Denise Bilmann (11 dekabr 1962, Sürix) — İsveçrəli Fiqurlu konkisürmə ustası, idmançı. == Həyatı == Denise Bilmann 1981-ci ildə Avropa və Dünya çempionu olmuşdur və 3 dəfə İsveçrə dünya çempionatında qızıl medal almışdır. Bir yarışmada üçlü lutz atan ilk qadın Fiqurlu konkisürmə ustasıdır. İlk dəfə 1978-ci il Avropa çempionatında çıxış etmişdir. 1980-ci il qış olmiyasında sərbəst proqramı birinci tamamlayıb, toplamda dördüncü sırada yer almışdır. Billmann dönüşünə adını verən idmançıdır. Denise Bilmann bu dönüşü tapmamış ancaq dönüşün tanınmasına yardımçı olmuşdur.
Şarl Despio
Şarl Despio — fransız heykəltaraş, qrafik. == Həyatı == Despionun ilk müəllimi (liseydə) heykəltaraş M.Moran olmuşdur. Parisdə Dekorativ Sənət Məktəbində E.Lemerdən (1892–95) və Zərif Sənətlər Məktəbində E. Barridən (1894–1901) dərs almışdır. 1890-cı illərin sonu-1900-cü illərin əvvəllərində bir sıra kiçik büst-heykəllər yaratmışdır (“Çıxışdanqabaq”, 1901; “Düşüncə”, 1904 və s.). == Fəaliyyəti == O.Rodenin köməkçisi olmuş Despio onun əsərini (Varvara Yeliseyevanın portreti, 1906–09, Ermitaj, Sankt-Peterburq) mərmərə köçürmüşdür. Despionun yaratdığı portertlərdə Rodenin təsiri hiss olunur (L.Levrin portreti, 1918, Zərif Sənətlər Muzeyi, Əlcəzair ş. və s.). “Madam Eli For” (1927), “Odetta” (1934; hər ikisi Müasir İncəsənət Milli Muzeyindədir, Paris) və s. kimi qadın portretlərinin müəllifidir. Despio insan fiquru üzərində də işləmiş, burada da gözəl və mükəmməl formalara nail olmuşdur (“Apollon”, 1937–46, Müasir İncəsənət Milli Muzeyi, Paris).
Despina (Neptunun peyki)
Despina (lat. Despœna;yun. Δέσποινα) və ya Neptun V — Neptunun üçüncü ən yaxın daxili peyki. Peykə Poseydonnun və Demetranın qızı olan nimfa Despinanın adı verilib. Despina Voyager 2 zondu tərəfindən çəkilən şəkillərdən 1989-cu il iyulun sonlarında aşkar edilmişdir.Peyk müvəqqəti olaraq S/1989 N 3 adlandırılmışdır.Kəşf 2 avqust 1989- cu ildə açıqlanmışdır.Peyk 16 sentyabr 1991-ci ildə adlandırılmışdır. Despina düzənsiz formalaşır və hər hansı geoloji dəyişikliklərin əlamətinin olmadığını göstərir.Çox güman ki, bu peyk, Neptunun orijinal peyklərinin hissələrinin yenidən biləşərək əmələ gətirdikləri dağıntılardan ibarət bir yığndır. Despinanin orbiti Talassanın orbitindən kənarda və yalnız Neptunun halqaları daxilində hərəkət edir.Despinanın radiusu Neptunun sinxron orbital radiusundan aşağıda olduğundan,o nəhəg yavaşlama ilə içəriyə doğru spiralvari dolanır və ola bilsin ki sonda Neptunun atmosferinə təsir göstərsin.
Olivera Despina Xatun
Olivera Despina Xatun (1372 – 1444) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin xanımı və Serbiya knyazı Lazar Xrebelyanoviçin qızı. == Həyatı == 1372-ci ildə dünyaya gəldiyi ehtimal olunur. Atası Serbiya knyazı Lazar Xrebelyanoviç, anası isə kraliça Militsadır. Ailəsinin altıncı övladı olan Oliveranın yolu Osmanlılarla ilk dəfə 1389-cu ildə baş tutan Birinci Kosovo döyüşündə kəsişdi. Belə ki, qəti Osmanlı qələbəsiylə nəticələnən döyüş əsnasında atası həlak olmuş, Osmanlı sultanı Murad Hüdavəndigar isə serb əsilzadəsi Miloş Obiliçin tərtiblədiyi sui-qəsdlə qətlə yetirilmişdi. Atasının ölümündən sonra hakimiyyəti ələ alan anası kraliça Militsa və qardaşı Stefan hakimiyyəti əllərində saxlamaq üçün Osmanlı təbəəliyini qəbul etməyə məcbur oldular. Yenicə taxta çıxan Osmanlı sultanı İldırım Bəyazidlə aparılan danışıqlar nəticəsində 1391-ci ildə tərəflər arasında sülh bağlandı. Sülhün şərtlərinə görə, Serbiya knyazlığı Osmanlı təbəəliyini qəbul etdi və illik xəracla tələb olunduğu halda əsgər göndərməyi öhdəliyinə götürdü. Bunun qarşılığında isə Osmanlılar daha öncə fəth olunan Səməndirə qalası və ətrafını serblərə geri verdilər. Sülhün təminatı olaraq isə yeni knyaz Stefan Lazareviçin bacısı olan Olivera Despina Osmanlı sultanıyla evləndirildi.