Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zəng detalı qeydi
Zəng detalı qeydi — telefon danışığının və ya həmin qurğu yaxud cihazdan edilən digər telekommunikasiya əməliyyatlarının (məsələn, mətn mesajı) təfərrüatlarını sənədləşdirən telefon stansiyası və ya digər telekommunikasiya avadanlığı tərəfindən yaradılmış məlumat qeydi. Qeydə vaxt, müddət, tamamlanma statusu, mənbə və təyinat nömrəsi kimi müxtəlif məlumatlar yazılır. Bu operatorlar tərəfindən telefon stansiyasında şəhərlərarası zənglər üçün yazılmış və vaxtı təyin edilmiş kağız ödəniş biletlərinin avtomatlaşdırılmış ekvivalentidir. == Məzmunu == Zəng detalı qeydi telekommunikasiya əməliyyatının xüsusi nümunəsi olan verilənlər sahələrini ehtiva edir, lakin həmin əməliyyatın məzmununu ehtiva etmir. Məsələn, xüsusi telefon zəngini təsvir edən zəng təfərrüatlı qeydinə həm zəng edən, həm də qəbul edən tərəfin telefon nömrəsi, zəngin başlama vaxtı və müddəti daxil ola bilər.
Diyallı
Diyallı — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Diyallı rayon mərkəzindən 10 km şərqdə Əyriçayın sahilindən 4 km aralı İsmayıllı-Şamaxı şose yolu kənarında, Niyaldağ silsiləsinin ətəyində yerləşir. Əhalisi taxılçılıq, bağçılıq və heyvandarlıqla məşgul olur. Kənddə orta məktəb, kitabxana, klub, tibb məntəqəsi, rabitə şöbəsi fəaliyyət göstərir. == Etimologyası == Toponim di ( tatca “iki”) və yal komponentlərindən ibarət olub, “iki yallı yerdə salınan kənd” mənasındadır.[mənbə göstərin] Həqiqətən də kəndin şimalında iki qoşa zirvə, yal vardır.[mənbə göstərin] Toponim öz adında coğrafi mövqeyi əks etdirmişdir.[mənbə göstərin] Cənubi Azərbaycan ərazisində də eyniadlı yer və vadi qeydə alınmışdır.[mənbə göstərin] == Əhali == 1859-1864-cü ilə olan məlumata əsasən Diyallı kəndində 91 evdə 282 nəfəri kişilər, 225 nəfəri isə qadınlar olmaqla 507 nəfər sünni təriqətli müsəlman Azərbaycan tatarı yaşayırdı. Əhalisi 1620 nəfərdir ki onun da 819 nəfəri kişi, 801 nəfəri qadındır. === Tanınmışları === Bəxtiyar Məmmədov (akademik) Elnur Qədirli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi, itkin. === Şəhidləri === 1. Əflatun Ərziman oğlu Həsənov 1974-22.07.1993 2. Tarıverdi Alverdi oğlu Hacıyev 1968-30.01.1994 3.
Dostallı
Dostallı (əvvəlki adı: Dostalı) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Boyxanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Dostalı kəndi Dostallı kəndi adlandırılmışdır. == Toponimikası == Oronim yaşayış məntəqəsinin əsasını qoymuş dostalı nəslinin adı ilə bağlıdır. Etnotoponimdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 294 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Details (jurnal)
Details — aylıq kişilər üçün moda jurnalı. Birinci nömrəsi 1982-ci ildə ABŞ-də, Condé Nast Publications nəşriyyat evində, Annie Flanders tərəfindən təsis edilmişdi. == Tarix == Alan Particof jurnalı 1987-ci ildə əldə etdi. Bir ildən sonra Condé Nast nəşriyyat evi jurnalı 2 mln. $ məbləğində aldı. Jurnalın hazırkı formatı 2000-ci ildən sonra təsis edildi. == Personal və ianəçilər == Jurnalın ianəçilər sırasını Augusten Burroughs və Michael Chabon başçılıq edir. Hazırda jurnalın redaktoru Dan Peresdir - avstraliyalı aktrisa Sara Vinterin həyat yoldaşı. Əvvəlki əməkdaşlar sırasına Beauregard Houston-Montgomery də daxildir. == CD musiqisi == 1990-cı ildən 1998-ci ilə kimi, jurnal CD formatda retro musiqilərin pulsuz jurnalın içərisində hədiyyə olaraq verirdi.
Diyallı bələdiyyəsi
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bədii detal
Bədii detal, bədii təfərrüat — bədii yaradıcılıqda istifadə olunan real ifadə və təsvir vasitəsi. Təkcə təsviri xarakter daşımır, həm də bədii obrazın ideya və məzmununun açılmasına xidmət edir. Mənzərə və portret yaradılmasında, hadisə, hərəkət və nitqin təqdimində əsas ünsürdür. Yerinə görə bədii ümumiləşdirmə, tamamlama, dolğunlaşdırma, aşkarlama mahiyyəti daşıya bilir. Bəzən bədii detalın həddən artıq şişirdilməsi onun mövzu və məzmunla əlaqəsini zəiflədir. Mövzunun bədii həlli bədii detalın seçilməsindən və işlədilməsindən, ifadə sərrastlığından, təfərrüatların dəqiqliyindən və tutumluluğundan çox asılıdır. Realist bədii nəsrdə bədii detal xüsusi əhəmiyyət kəsb edir. Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Əbdürrəhim Bəy Haqverdiyev, Cəfər Cabbarlı və başqalarının əsərlərində orijinal bədii detallar çoxdur. Məsələn, Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" povestində Xudayar bəyin burnunun əyriliyinin təsviri portret səciyyəli bədii detaldır. == Ədəbiyyat == Vəliyev K. Sözün sehri.
Dəvrallı
Dəvrallı — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Azərbaycan toponimlərinin ensiklopedik lüğətində yaşayış məntəqəsi "Davarlı" kimi qeyd olunmuşdur. Kəndin adı bu ərazidə qoyunçuluq və maldarlıqla məşğul olan əhalinin yaşaması ilə bağlı yaranmışdır. == Tarixi == == Coğrafiyası və qilimi == Kənd Qabaqtəpəçayın sahilində, dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Dəvrallı kənd kitabxana filialı, Dəvrallı kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Dalli
Erigeron denalii
Erigeron denalii (lat. Erigeron denalii) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid biki növü.
Həsən Xəyallı
Həsən Xəyallı (Həsən Məhərrəm oğlu Hacıyev; 1902, Daşkənd, Yeni Bəyazid qəzası – 10 aprel 1966, Daşkənd, Basarkeçər rayonu) — Azərbaycan şairi. == Həyatı == Həsən Xəyallı 1902-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Kiçik yaşlarından dayısı Hacı Rəhimdən, anası Başxanım Şəfiqızından dini təhsil almış və eyni zamanda saza-sözə çox böyük maraq göstərmişdir. Göyçə ədəbi mühitində böyüyən Həsən Xəyallı hazırcavablığı ilə erkən yaşlarından hamının diqqətini cəlb etmişdir. Həsən Xəyallı öz zəngin yaradıcılığı ilə Göyçə ədəbi mühitinə yeni nəfəs, yeni çalar gətirmiş sənətkarlardan olmuşdur. Müxtəlif sənət adamları ilə dostluq etmiş, (xüsusən Aşıq Ələsgər ocağından Növrəs İman, Aşıq Nəcəf, Aşıq Musa ilə) deyişib dərdləşmişdir. Bədii yaradıcılıqla məşğul olmaqla bərabər, dinin mükəmməl bilicisi kimi də el arasında böyük şöhrət qazanmışdır.1942-ci ildə Böyük Vətən müharibəsinə getmiş və Krım cəbhəsində döyüşmüşdür. Qüdrətli söz sənətkarı, ustad şair ömrünün 64-cü baharında, 10 aprel 1966-cı ildə əbədiyyətə qovuşmuşdur, məzarı doğma Daşkənd kəndindədir. Ölümündən sonra şeirləri mərkəzi qəzet və jurnallarda çap olunmuş, haqqında radio və televiziyada verilişlər hazırlanmışdır. Həsən Xəyallının "Alındı", "Gəl alım", "Olar" rədifli şeirləri böyük sənətkar olduğunu, aşıq şeiri üslubunda əvəzsiz nümunələr yaratdığını göstərir.
Jonas Pesalli
Jonas Enrike Pesalli (24 Sentyabr 1990 – 12 İyun 2017) Braziliya doğumlu yarımmüdafiəçidir. == Klub karyerası == Peşəkar karyerasına 2009-cu ildə "Qremio" klubunda başlamışdır. Daha sonra icarə əsasında "Qremio Barueri" və Fransanın "Anje" klublarında oynamışdır. 2016-cı ildə Azərbaycanın flaqmanı sayılan "Neftçi" komandasına transfer edilmişdir. === Neftçi Bakı === 2016-cı ildə Bakının "Neftçi" komandasına transfer edilmişdir. Keçirdiyi 14 matçda 4 dəfə fərqlənmişdir. Həmçinin Azərbaycan Kuboku çərçivəsində "Zirə"yə qarşə keçirdiyi matçda het-trik edərək 2016/17 müvsümündə klubun tərkibində het-trik etmiş yeganə oyunçu olmuşdur. == Vəfatı == 2017-ci ilin iyun ayının 12-də Pesalli idarə etdiyi maşını ilə avtomobil qəzasına uğrayaraq 26 yaşında həlak olmuşdur.
Metallik hidrogen
Metallik hidrogen — həddindən artıq yüksək təzyiqdə və faza keçidində olan hidrogenin fazalı vəziyyətlərinin məcmusudur. Metallik hidrogen maddənin pozulmuş bir vəziyyətidir və bəzi fərziyyələrə görə müəyyən spesifik xüsusiyyətlərə malik ola bilər — yüksək temperaturda yüksək keçiricilik və faza keçidinin yüksək spesifik istiliyi. 1935-ci ildə nəzəri olaraq proqnozlaşdırıldı. == Tədqiqat tarixi == 1930-cu illərdə İngilis alimi C. Bernal, bir proton və bir elektrondan ibarət olan və qələvi metalların tam bir analoqunu təmsil edən atom hidrogeninin yüksək təzyiqlərdə sabit ola biləcəyini irəli sürdü. 1935-ci ildə Y. Viqner və H. B. Hantinqton müvafiq hesablamalar apardılar. Bernalın fərziyyəsi təsdiqləndi — hesablamalara görə, molekulyar hidrogen, sıxlığının əhəmiyyətli dərəcədə artması ilə təxminən 250 min atmosfer təzyiqində (25 GPa) atom metal fazasına keçir. Sonradan, faza keçidi üçün tələb olunan təzyiqin qiymətləndirilməsi artırıldı, lakin keçid şərtləri hələ də mümkün olan hesab olunur. Metal hidrogenin xüsusiyyətlərinin proqnozu nəzəri olaraq həyata keçirilir. 1970-ci illərdə başlayan cəhdlər, 1996, 2008 və 2011-ci illərdə mümkün olan hidrogen epizodlarına səbəb oldu, nəhayət, 2017-ci ildə professor İsaak Silvera və həmkarı Ranqa Diaz 5 milyon atmosfer təzyiqində sabit bir nümunə əldə etdilər, lakin nümunənin saxlanıldığı otaq təzyiq altında çökdü və nümunə itirildi. === Fizikanın digər sahələri ilə əlaqəsi === ==== Astrofizika ==== Nəhəng planetlərin — Yupiter, Saturn — və böyük ekzoplanetlərin nüvələrində çox miqdarda metal hidrogenin olduğuna inanılır.
Denali (dağ)
Denali (ing. Denali, 1896-2015-ci illərdə Mak-Kinli dağı ing. Mount McKinley) — Alyaskanın Denali rayonunda 6,190 metr (20,308 ft) hündürlüyü ilə Şimali Amerikanın ən yüksək dağı. Dağın ətrafındakı ərazidə yaşayan Koyukon xalqı əsrlər boyu zirvəyə “Denali” deyirdi. 1896-cı ildə bir qızıl kəşfiyyatı, o zamankı prezidentliyə namizəd William McKinley-ni dəstəkləmək üçün "McKinley Mount" adını verdi; bu ad 1917-ci ildən 2015-ci ilə qədər ABŞ - ın Federal hökuməti tərəfindən tanınan rəsmi ad idi. 2015-ci ilin avqustunda, Alyaska əyalətinin 1975-ci il rəhbərliyindən sonra Birləşmiş Ştatların Daxili İşlər Nazirliyi dağın rəsmi adının Denali olaraq dəyişdirildiyini elan etdi.1903-cü ildə Ceyms Vikkerşam, Denaliyə dırmaşmaq üçün ilk uğursuz cəhdini etdi. 1906-cı ildə Frederik Kuk dağı fəth etdiyini iddia etdi, lakin bu təsdiqlənməmişdir və onun qanuniliyi şübhə altına alınır. Denalinin zirvəsinə ilk təsdiqlənən yüksəlişə 7 iyun 1913-cü ildə, Cənub zirvəsinə dırmanan alpinistlər Hudson Stuk, Harri Karstens, Valter Harper və Robert Tatum imza atılmışdır. 1951-ci ildə Bradford Vaşburn ən təhlükəsiz və ən asan yol hesab edilən və buna görə də hazırda istifadə edilən ən populyar olan Qərbi Buttress marşrutunu kəşf etdi. 2 sentyabr 2015-ci ildə ABŞ Geoloji Tədqiqatı dağın hündürlüyünün 20,320 fut (6,194 m) deyil, 20,310 fut (6,190 m) olduğunu qeyd etdi.
Edmund Delli
Edmund Delli — Amerika hərbçisi, polkovnik, mühəndis. == Fəaliyyəti == Birinci dünya müharibəsi (1914-1918) dövründə Şərur və Naxçıvan mahallarında yaradılmış müttəfiq idarəçiliyi zonasına Antanta dövlətlərinin Ermənistandakı ali komissarı, amerikalı polkovnik V.Haskel tərəfindən təyin edilmiş qubernator. 1919-cu il oktyabrın 23-də vəzifəsinin icrasına başlayacağı bildirilsə də, yalnız Naxçıvanın deyil, bütün İrəvan quberniyasının türk-müsəlman əhalisi Haskelin bu təyinatına qarşı çıxdı. 1919-cu il oktyabrın ortalarında Haskel Parisə çağırılmış, onun müavini polkovnik Ceyms Rey isə neytral zona məsələsini müzakirə etmək üçün Bakıya getmişdi. Oktyabrın 24-də o, Naxçıvana gələrək, Haskelin bəyanatını elan etmiş və bu bəyanata uyğun olaraq, Şərur və Naxçıvanda Amerika qubernatorluğu yaradılması, polkovnik Edmund L.Dellinin qubernator təyin edilməsi haqqında sərəncam imzalamışdı. Lakin bundan narazı qalan Naxçıvan Milli Şurasının və bütün Naxçıvan əhalisinin təkidi ilə Ceyms Rey qərarını dəyiş məli olmuş, polkovnik Edmund L.Delli Naxçıvanda general-qubernator kimi deyil, ali komissarın nümayəndəsi kimi qalmışdı. Ermənistanda olan ABŞ zabitlərinin noyabrda Edmund L.Delliyə köməyə gəlməsi Naxçıvan və Şərur əhalisinin narazılığını daha da artırmış və Delli ona köməyə gəlmiş zabitləri yenidən İrəvana qaytarmağa məcbur olmuşdu. Amerikalılar 1920-ci ilin yanvarında Şəruru və Naxçıvanı tərk etmişdilər. == Həmçinin bax == Naxçıvanda Amerika general-qubernatorluğu == Ədəbiyyat == Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər), B., 1993.
Denali Milli Parkı
Denali Milli Parkı (İngilis dilində: Denali National Park and Preserve) Amerika Birləşmiş Ştatları, Şimali Amerika qitəsinin ən yüksək zirvəsi olan 6194 m hündürlüyü olan Denali (dağ)nı özündə cəmləşdirən, ABŞ Milli Park Xidmətləri tərəfindən idarə olunan Alanya əyalətindəki Denali Boroughda, Milli Park və qoruma sahəsidir. Denali Milli Parkı 24500 km²-dən çox ərazini əhatə edir, bunun 19120 km² federal dövlət mülkiyyətidir. Denali qoruma sahəsi ümumi sahəsi 5430 km²-dir. Bunlardan 5278 km² federal əyalətə aiddir. 2 dekabr 1980-ci ildə milli park daxilində 8677 km² ərazi daha əhatəli qorunmaya məruz qalan "Denali Səhrası" olaraq quruldu. Danalı yaşayış yerləri qarışıq, yarpaqlı, ən aşağı hündürlükdəki bölgələrdəki meşələrə aiddir. Tundra orta hündürlükdən qorunma zonasında da var. Daha yüksək hündür ərazilərinə buzlaqlar, qayalı dağlıq ərazilər və qarla örtülü ərazilər daxildir. Bu milli parkda və qorunma bölgəsindəki ən uzun buzlaq 71 km uzunluğunda "Kahiltna buzlağı" Makkinli dağının cənub-qərb yamaclarında yerləşir. Bu milli parka gələnlərin illik sayı 400 min nəfərdir.