DEŞMƏK
DEVİRMƏK
OBASTAN VİKİ
Bədii detal
Bədii detal, bədii təfərrüat — bədii yaradıcılıqda istifadə olunan real ifadə və təsvir vasitəsi. Təkcə təsviri xarakter daşımır, həm də bədii obrazın ideya və məzmununun açılmasına xidmət edir. Mənzərə və portret yaradılmasında, hadisə, hərəkət və nitqin təqdimində əsas ünsürdür. Yerinə görə bədii ümumiləşdirmə, tamamlama, dolğunlaşdırma, aşkarlama mahiyyəti daşıya bilir. Bəzən bədii detalın həddən artıq şişirdilməsi onun mövzu və məzmunla əlaqəsini zəiflədir. Mövzunun bədii həlli bədii detalın seçilməsindən və işlədilməsindən, ifadə sərrastlığından, təfərrüatların dəqiqliyindən və tutumluluğundan çox asılıdır. Realist bədii nəsrdə bədii detal xüsusi əhəmiyyət kəsb edir. Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Əbdürrəhim Bəy Haqverdiyev, Cəfər Cabbarlı və başqalarının əsərlərində orijinal bədii detallar çoxdur. Məsələn, Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" povestində Xudayar bəyin burnunun əyriliyinin təsviri portret səciyyəli bədii detaldır. == Ədəbiyyat == Vəliyev K. Sözün sehri.
Zəng detalı qeydi
Zəng detalı qeydi — telefon danışığının və ya həmin qurğu yaxud cihazdan edilən digər telekommunikasiya əməliyyatlarının (məsələn, mətn mesajı) təfərrüatlarını sənədləşdirən telefon stansiyası və ya digər telekommunikasiya avadanlığı tərəfindən yaradılmış məlumat qeydi. Qeydə vaxt, müddət, tamamlanma statusu, mənbə və təyinat nömrəsi kimi müxtəlif məlumatlar yazılır. Bu operatorlar tərəfindən telefon stansiyasında şəhərlərarası zənglər üçün yazılmış və vaxtı təyin edilmiş kağız ödəniş biletlərinin avtomatlaşdırılmış ekvivalentidir. Zəng detalı qeydi telekommunikasiya əməliyyatının xüsusi nümunəsi olan verilənlər sahələrini ehtiva edir, lakin həmin əməliyyatın məzmununu ehtiva etmir. Məsələn, xüsusi telefon zəngini təsvir edən zəng təfərrüatlı qeydinə həm zəng edən, həm də qəbul edən tərəfin telefon nömrəsi, zəngin başlama vaxtı və müddəti daxil ola bilər.

Digər lüğətlərdə