Dəvrallı — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd.[2]
Dəvrallı | |
---|---|
40°30′38″ şm. e. 45°54′14″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Azərbaycan toponimlərinin ensiklopedik lüğətində yaşayış məntəqəsi "Davarlı" kimi qeyd olunmuşdur. Kəndin adı bu ərazidə qoyunçuluq və maldarlıqla məşğul olan əhalinin yaşaması ilə bağlı yaranmışdır.[3]
Kənd Qabaqtəpəçayın sahilində, dağətəyi ərazidə yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 187 | 87 | 100 |
2009[5] | ↗191 | ↗91 | =100 |
Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kənddə Dəvrallı kənd kitabxana filialı, Dəvrallı kənd klubu fəaliyyət göstərir.[6]
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.