DİLTƏNG

sif. [ fars. ] köhn. Ürəyi sıxılmış, könlü daralmış, kədərli, qəmgin, məyus.
□ Diltəng etmək – ürəyini sıxmaq, kədərləndirmək, təngə gətirmək.
Dinməz və söyləməz oturmağımız məni diltəng etdiyinə görə [dərvişlə] söhbət başlamaq qəsdi ilə sordum. A.Divanbəyoğlu.

Diltəng olmaq – ürəyi sıxılmaq, qanı qaralmaq, kədərlənmək, qəmlənmək, pərt olmaq.
Mən o səbəbdən diltəng oldum ki, bu bir saatın içində doqquz manatı tapmasam, məcmuə dəxi bir gün də təxirə düşəcəkdir. C.Məmmədquluzadə.
Od, tüstü içində etmişəm cəng; Heç olmamışam bu növ diltəng. A.Səhhət.
Əhməd bəy bundan da diltəng olub, həmişəlik xanənişin olub altıyeddi sənə evindən çıxmadı. Ə.Haqverdiyev.

DİLŞÜNASLIQ
DİLTƏNGLİK

Digər lüğətlərdə