Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dilimli cәrgәvәr
Dilimli cərgəvər (lat. Polystichum aculeatum) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin ayıdöşəyikimilər fəsiləsinin cərgəvər cinsinə aid bitki növü. == Yarpaq == Yarpaq ayası sərt dərilidir, ikiqat lələkvaridir, qışı keçirən, qaidəsinə doğru daralandır; ikinci cərgənin seqmentləri uzanmış ellipsşəkillidir, sivridir, qısa qalın saplaq üzərində çəpinə yerləşmişdir və ya demək olar ki, oturaqdır, qaidəsində sivri qulaqcıqlıdır, mişarvari-qılcıqlıdır. Saplaqları adətən qonur iri dəriciklə örtülüdür. == Sorus == Soruslarları ovaldır, iridir, barverən damarcıqların orta hissəsindən yuxarıda yerləşmişdir. == Sporlaması == İyul-sentyabr. == Azərbaycanda yayılması == Böyük Qafqaz (Quba), Qobustan, Abşeron, (Bilgəhdə quyuların divarında), Böyük Qafqazın şərqi və qərbi, Kiçik Qafqaz şimalı və mərkəzi, Lənkəran ovalığı. Aşağı və orta dağ qurşağında. == Yaşayış mühiti == Qaranlıq meşələrdə, çay dərələrində, əsasən daşlı və qayalı yerlərdə rast gəlinir.
Cibikli
Aşağı Cibikli
Dibəkli
Dibəkli (dağ)
Kilimli
Kilimli (türk. Kilimli) — Zonquldak ilinin ilçəsi. Türkiyə Böyük Millət Məclisinin 12 noyabr 2012 tarixində qəbul etdiyi 6360 nömrəli qanun ilə ilçə statusu qazanmışdır. Geniş liman var. Balıqçılıq ilçənin iqtisadiyyatında mühüm yer tutur. == Tarixi == Bölgənin tarixi eramızdan əvvəl 1400-cü ilə aiddir. Orta Anadolunun demək olar ki, hamısında üstünlük təşkil edən xetlər, 1200-cü illərdə başlayan köçlər ilə birlikdə söküldü, Ege miqrasiya tayfaları hərəkatı adlanır və Mərkəzi Avropadakı Mərkəzi Anadoluya qədər uzanırdı, lakin Frigiya tayfalarının əksəriyyəti Bithin, Marlandyn və Migdan adlanırdı. icmaları Zonguldak bölgəsinin və ətrafının ilk sakinləri idi. Eramızın 6-cı əsrində Qərbi Anadoluda başlayan müstəmləkəçilik prosesi ilə bölgədə Ereğli, Hisarönü, Amasra kimi ticarət körpüləri quruldu. Eramızdan əvvəl VI əsrin əvvəllərində Ligya Dövləti şimala doğru genişləndi və Zonguldak bölgəsində və ətrafında bir üstünlük qazandı.
Kiçikli
Kiçikli — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd.
Məlikli
Məlikli — Azərbaycanda daha çox işlədilən soyad və təxəllüs. Tofiq Məlikli — tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1989), filologiya elmləri doktoru (1994)Kəndlər Məlikli (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Məlikli (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Məlikli (Zərdab) — Azərbaycanın Zərdab rayonunda kənd. Məlikli (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Məlikli (Yardımlı) — Azərbaycanın Yardımlı rayonunda kənd. Aşıq Məlikli — Azərbaycanın Cəbrayıl rayonunda kənd.
Dikili
Dikili (türk. Dikili) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 75 km-dir. İlçənin şərqində Berqama ilçəsi, şimalında Balıkəsir ili, qərbində və cənubunda isə Egey dənizi yerləşir. İlçənin sahəsi 534 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 43,806 nəfərdir.
Əlikli
Əliklilər və ya İlaqar — "Şahdağ milli etnik qrupu" kimi fərqləndirilən Azərbaycanın milli etnik nümayəndələri == Ədəbiyyat == Məclis Şəmsəddinov. "Şah dağın ziynət kəməri". Bakı, "Nasir" nəşriyyatı, 2002, 116 səhifə.
Aşağı Cibikli
Aşağı Cibikli — Azərbaycan Respublikasının Qubadlı rayonunun Aşağı Cibikli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildən Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalı altındadır. Aşağı Cibikli kəndinin qədim adı Kosa Kərəm olub. XIX əsrdə yaxınlıqda yerləşən Cibikli kənd sakinlərinin bir hissəsi burada məskunlaşandan sonra kənd Aşağı Cibikli adını alıb. Kəndin adını Cibilli kimi yazanlar da var. Cibikli türkdilli tayfalardandır. "Cib" ərəbcə "dağ", "təbiət" deməkdir. Mənbələrdə XV əsrdə bu ərazidə Cibikli (Cibiklu) adlı qədim türk tayfasının yaşaması məlumdur. Kənd öz adını həmin tayfanın adından almışdır. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir == Toponimikası == Aşağı Cibikli kəndi Kosakərəm (Bərgüşad çayının qolu) çayının sahilindədir.
Aşıq Məlikli
Aşıq Məlikli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Xələfli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Aşıq Məlikli kəndi Sirik kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. Kənd 9 noyabr 2020-ci ildə işğaldan azad olunub. == Toponimikası == == Tarixi == 1918-ci il avqustun sonlarında ermənilər səhər tezdən qəflətən Aşıq Məlikli kəndinə də hücum etmiş, kəndi atəşə tutmuşdular. Kəndin bir sakini ölmüş, üçü yaralanmışdı. Kənddən qaçanların bütün varidatını ermənilər talamış, sonra isə kəndə od vurmuşdular.
Dibəkli (Bostanabad)
Dibəkli (fars. ديبكلو‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Dibəkli (Heris)
Dibəkli (fars. ديبگلو‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 193 nəfər yaşayır (35 ailə).
Dibəkli (Sərab)
Dibəkli (fars. ديبكلو‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 92 nəfər yaşayır (19 ailə).
Dibəkli (dağ)
Dibəkli dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 2678,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan eyniadlı qolun suayırıcısında zirvə. Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir.
Dibəkli (Çaroymaq)
Dibəkli (fars. ديبكلو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 35 nəfər yaşayır (6 ailə).
Dibəkli dağı
Dibəkli dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 2678,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan eyniadlı qolun suayırıcısında zirvə. Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir.
Dirəkli (Qürvə)
Dirəkli (fars. ديركلو‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 137 nəfər yaşayır (26 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Filizli məhlullar
Filizli məhlullar (ing. ore bearing solutions, rus. растворы рудносные) — yataqların və filiz təzahürlərinin əmələ gəlmə zonasında faydalı komponentlər, o cümlədən metallar gətirən məhlullar. Fizili məhlullara misal olaraq hidrotermal məhlulları göstərmək olar.
Giləkli (Qürvə)
Giləkli (fars. گيلكلو‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 442 nəfər yaşayır (101 ailə). Əhalisini kürdlər təşkil edir.
Kilimli Belediyespor
Kilimli Bələdiyyəspor
Məlikli (Ağdam)
Məlikli (əvvəlki adı: Maniklu) — Azərbaycan Respublikasının Ağdam rayonunun Məlikli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Maniklu kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağdam rayonunun Maniklu kəndi Məlikli kəndi adlandırılmışdır. == Tarixi == 1992-ci il martın 12-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. == Toponimikası == Kəndin adı Manik çayının adından və -/M mənsubiyyət şəkilçisindən ibarətdir. Digər adı Adıgözəlbəylidir. Kənd vaxtilə Qarabağ xanları nəslindən olan, "Qarabağnamə" əsərinin müəllifi Mirzə Adıgözəl bəyə (1780-1848) mənsub olduğu üçün belə adlanırdı. 1992-ci ildən kəndin adı Məlikli kimi rəsmiləşdirilmişdir. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Məlikli (Qəbələ)
Məlikli — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası == Məlikli Bılıxdan 3 km. cənubda Göyçayın yatağı üstündə məlikli camaatı yaşayır. Ərazi mərkəzdən 43 km. uzaq olsa da burada da əhalinin rahatlığı üçün xeyli işlər görülüb. Orta məktəbi fəaliyyət göstərir. Son illər fərdi evlərin tikintisi tez-tez müşahidə olunur. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Məlikli oyk., sadə. Qəbələ r-nunun eyniadlı i.ə.v.-də kənd.
Məlikli (Yardımlı)
Məlikli — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Məlikli (Zəngilan)
Məlikli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Məlikli kəndi Oxçu çayının sahilində, düzənlikdədir. Kəndi məlikli nəsli saldığına görə belə adlandırlmişdir.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Qılıçlı
Qılınclı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qılınclı kənd inzibati ərazi dairəsində kənd. == Etimologiya == Oykonimin etnotoponim olması ehtimali var. Bəzi mülahizələrə əsasən, qilicli (qilınclı) keçmişdə Azərbaycanın müxtəlif zonalarında yaşamış tayfalardan biridir. Odur ki, dağın adını "qilicli tayfasına məxsus yurd yeri" kimi mənalandırıb etnotoponim olduğunu qəbul etmək olar. Buna Azərbaycanın müxtəlif rayonlarında Qiliçli adlı obyektlərin olması da əsas verir. == Tarixi == Yaşayış məntəqəsini Laçın rayonundaki Qilişli kəndindən köçmüş ailələr salmışlar.28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Qılınclı kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Qılınclı Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. == Coğrafiyası == Kənd Tərtər çayının sahilində, sıldırım qayalıq üstündədir.
Qılışlı
Qılınclı (Laçın)
Dağ Qılıçlı
Dalqılınclı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Dalqılınclı kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Tarixi == Dağ Qılıçlı Kəlbəcər rayonunda kənd. Dikyurd yaylasının ətəyindədir. Oykonimin birinci komponenti (dağ) kəndin yerləşdiyi coğrafi movqeyi bildirir, ikinci komponent isə etnotoponimdir. "Dağlıq ərazidə, dağ ətəyində olan Qılıçlı kəndi" mənasındadır.