Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dilogiya
Dilogiya (yun. dis-ikili; ikiqat + logos-söz) — ədəbiyyatda bir müəllifin mövzuca, süjet xətti və ya iştirak edən obrazlarına görə birləşdirilən iki irihəcmli əsəridir. Məsələn: Aleksandr Dümanın "Üç muşketyor" və "İyirmi il sonra" əsərləri. Dilogiyalara dram əsərlərində, kinematoqrafiyada, təsviri incəsənətdə, musiqi əsərlərində, həmçinin kompüter oyunlarında rast gəlmək olur.
Biologiya
Biologiya (yun. βίος "həyat", yun. λόγος) — canlılar və onların ətraf mühitlə qarşılıqlı əlaqəsi haqqında elm. Biologiya termini 1802-ci ildə fransız təbiətşünası J.B. Lamark və alman tədqiqatçısı Q. Treviranus tərəfindən təklif edilmişdir. Həyatın bütün təzahürləri: canlı varlıqların müxtəlifliyi, quruluşu, funksiyaları və onların təbii qruplaşmaları, yayılması, mənşəyi və inkişafı, bir-biri ilə və cansız təbiətlə həm indiki, həm də keçmişdəki əlaqələri biologiyanın tədqiqat obyekti — predmetidir. Bu elmin kompleksliyinə baxmayaraq, onu vahid və tutarlı bir sahəyə birləşdirən konseptlər vardır. Biologiya hüceyrəni həyatın, genləri irsiyyətin əsas vahidi kimi, təkamülü isə növlərin yaranmasının və nəslinin kəsilməsini sürətləndirən mühərrik kimi qəbul edir. Canlı orqanizmlər homeostaz olaraq adlandırılan stabil və həyati vəziyyəti saxlamaq üçün enerjini çevirərək və lokal entropiyalarını azaldaraq sağ qalan açıq sistemlərdir.Biologiyanın alt sahələri tətbiq olunan tədqiqat metodları və öyrənilən sistem növü ilə müəyyən edilir: nəzəri biologiya kəmiyyət modellərini formalaşdırmaq üçün riyazi metodlardan istifadə edir. Eksperimental biologiya irəli sürülən nəzəriyyələrin doğruluğunu yoxlamaq və həyatın əsas mexanizmlərini və onun sistemin mürəkkəbliyinin tədricən artması yolu ilə təxminən 4 milyard il bundan əvvəl canlı olmayan maddədən necə meydana gəldiyini və necə təkamül etdiyini anlamaq üçün empirik təcrübələr həyata keçirir. == Tarixi == Biologiya termini yunan dilində βίος, bios, "həyat" və -λογία, -loqia, "öyrənmək" sözlərindən yaranmışdır.
Diplopiya
Diplopiya- başqa adla iki görmə, beyin tərəfindən bir obyektin eyni vaxtda iki təsvirinin alınmasıdır. Her iki gözlə ayrı-ayrı baxıldığında tək görmə olduğu halda, iki gözlə baxılanda iki görmə varsa nevroloji bir pozulma olduğu düşünülməlidir.İki görmənin əsas səbəbi göz siniri xəstəlikləridir. Bu sinirlərisıxan şişlər , iltihabixəstəliklər, infeksiyalar, diyabet ve travma sonrasında iki görmə ola bilir. Göz əzələlərini cəlb edən xəstəliklərində də iki görmə yarana bilir. Göz əzələləri tiroid xəstəlikləri, Miasteniya, mitoxondrial xəstəliklər və əzələ xəstəlikləri zamanı zədələnə bilir. Beyindən kaynaklanan iki görmənin səbəbləri arasında beyin damar tıxanıqlıqları, Dağınıq skleroz, neyro-Behçet xəstəliyi, beyin şişləri, kəllə daxili təzyiqi artıran xəstəliklər, psödotümör serebri sayıla bilər.
Miologiya
Miologiya (lat. myologia; yun. μυς — əzələ + yun. λόγος — elm) — anatomiyanın bir şöbəsi olub əzələlərin quruuşunu və funksiyasını öyrənir. Müasir miologiya özündə anatomiyanı, fiziologiyanı və klinik təbabəti birləşdirir. Mialogiya şöbəsi anatomiya nizamnaməsinə görə angiologiya, nevrologiya və topoqrafik anatomiya şöbələri ilə sıx əlaqəli öyrənilir. Miologiya dayaq-hərəkət aparatında hərəkətin törəməsinə səbəb sinir sisteminin oyanmaısı nəticəsində sklet əzələlərinin yığılmasıdır.
Oologiya
'Oologiya' (qədim yunan dilindən ᾠόν — yumurta və λόγος — söz) heyvanat yumurtalarının, əsasən quşların, həmçinin quş yuvalarının öyrənilməsinə həsr olunmuş zoologiya, əsasən ornitologiya bölməsidir. Bəzən ooloq ümumi mənada quş yumurtalarının toplanması kimi başa düşülür və buna dologofiliya da deyilir. Embriologiyadan fərqli olaraq, ooloji tədqiqatlar, bir qayda olaraq, yumurtaların xarici qabığını öyrənir. Oologiya əsasən yumurtaların ölçüsünə, çəkisinə , formasına , növlərinə və bəzən onların tərkibinə görə təsviri və tərifi ilə məşğul olur. Yumurta kolleksiyasına ooteka (lat. Ootheca) deyilir. Ooloji kolleksiyalar zooloji muzeylərdə saxlanılır. Tədqiqat nəticələri yumurtaların parametrlərinə əlavə olaraq populyasiyanın dəyişkənliyi, təkamülü, filogeniyası, ətraf mühitin çirklənməsinin populyasiyaların vəziyyətinə təsiri və s. Məsələləri də aydınlaşdırmağa imkan verir. Oologiyaya maraq 1800-cü illərdən bəri Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatlarında populyarlaşmağa başladı.
Trilogiya
Trilogiya — ümumi başlıq adı altına yazılan əsərlər. Həm ədəbiyyatda və kinematoqrafiya sahəsində işlədilir. Məs. Əkrəm Əylislinin "Adamlar və ağaclar" trlogiyası milli ədəbiyyatımızda trilogiyanın ən yaxşı nümunəsidir. "Azərbaycanfilm" kinostudiyasının 1974-cü ildə istehsal etdiyi "Ömrün səhifələri" trilogiya janrında çəkilmiş bədii filmdir.
Alogiya
Psixologiyada alogiya (yun. α-, "inkar", və λόγος, "nitq"), və ya nitq kasadlığı — ünsiyyət zamanı adi nitqin təminatı üçün lazımı və əlavə ehtiyatların olmaması. Xüsusən şizofreniya xəstəliyində özünü büruzə verir və neqativ simptom kimi qiymətləndirilıir. Bu zaman ünsiyyəti təmin emək mümkün olmadığına görə xəstəyə təyin olunmuş psixoterapiya çətinləşmiş olur. Alogiya bəzən afaziyaya sinonim kimi istifadə olunur.
Adaptasiya (biologiya)
Adaptasiya (biologiya) — orqanizmlərin (fərd, populyasiya, növ) quruluş və funksiyalarının, eləcə də onların orqanlarının mühit şəraitinə uyğunlaşmasıdır. Bir çox nəsillərin ömrü boyu dəyişilən yeni mühit şəraitinə uyğunlaşmasıdır. (məs. soyuğun təsiri ilə heyvanlarda tük, yaxud yunun uzanması). Mühitin dəyişilməsi ilə əlaqədar yeni keyfiyyət dəyişikliyi kimi meydana çıxan adaptasiya ali bitki və heyvan orqanizmləri arasında geniş yayılmışdır. Adaptasiyaya aid bir sıra misallar göstərmək olar. Gözün həssaslığının işıqlanma şəraitinə uyğunlaşması adaptasiyaya aid nümunələrdən biridir. Parlaq işıqdan qaranlığa keçdikdə gözün həssaslığı artır (qaranlıq adaptasiyası), qaranlıqdan işığa keçidi zamanı həssaslıq azalır (işıq adaptasiyası). İşıqlanmanın rəngi dəyişəndə gözün spektral həssaslığı da dəyişir. Bu fiziki yanaşmadır.
Akkomodasiya (biologiya)
Akkomodasiya — göz billurunun optik qüvəsini dəyişdirməklə cisimlərin əksinin (xəyalının), gözdən olan məsafədən asılı olaraq, tor təbəqədə aydın fokusa gətirilməsi prossesinə deyilir. Akkomodasiya - uyğunlaşma deməkdir. Akkomodasiya zamanı büllurun forması və onun şüanı sındırma qabiliyyəti dəyişir. Əşyaya yaxından baxdıqda büllur qabardığı üçün əşyanın müxtəlif nahiyələrindən gələn şüalar torlu qişada birləşir.
Ardıcıllıq (biologiya)
Molkulyar biologiyada ardıcıllıq biopolimerin tərkibində kovalent rabitələrlə əlaqələnmiş monomerlərin bir ölçülü düzülməsidir. Həm də bioloji makromolekulun əsas quruluşunu ifadə edir. DNT və zülal ardıcıllığı ən geniş istifadə olunan terminlərdir.
Assimilyasiya (biologiya)
Assimilyasiya (yun. assimslatio) — bütün canlılara xas olan proses, maddələr mübadiləsində tərəflərdən biri. Assimilyasiya daha bəsit maddələrdən orqanizmi təşkil edən mürəkkəb maddələrin əmələ gəlməsidir. == Ümumi məlumat == Assimilyasiya prosesi enerji mənbəyi olan ehtiyatların toplanmasını, böyüməsini, inkişafını və orqanizmin təzələnməsini təmin edir. Bütün canlı təbiət üçün enerji mənbəyi günəş şüalarıdır. Yalnız avtotrof orqanizmlərdən olan yaşıl bitkilər fotosintez prosesində Günəş enerjisindən bilavasitə istifadə edir və qeyri üzvi birləşmələrdən üzvi birləşmələr (karbohidratlar, amin turşuları, zülallar və s.) yaradır.
Avtoliz (biologiya)
Avtoliz və ya autoliz — bioloji hüceyrənin öz enzimlərinin istifadə edərək özü-özünü həzm etmə prosesi. == Hüceyrə həzminin biokimyəvi mexanizmləri == Otoliz, canlı yetkin orqanizmlərdə nadirdir və ümumiyyətlə nekrotik toxumada olur, çünki fermentlər normal olaraq substrat kimi xidmət etməyən hüceyrə komponentlərinə təsir göstərir. Bu fermentlər hüceyrədəki sağlam, canlı toxumada substrat təmin edən aktiv proseslərin dayandırılması səbəbindən sərbəst buraxılır; avtoliz özü aktiv bir proses deyil. Başqa sözlə, avtoliz canlı hüceyrələr tərəfindən qidaların həzm edilməsinin aktiv prosesinə bənzəsə də, ölü hüceyrələr, özlərini aktiv şəkildə həzm etmirlər. Tənəffüs çatışmazlığı və oksidləşdirici fosforilasiyanın sonrakı dəyərsizləşməsi avtolitik proses üçün stimullaşdırıcıdır. Hüceyrə bütövlüyünü qorumaq və homeostazı qorumaq üçün lazım olan yüksək enerji molekullarının azaldılması və hüceyrə biokimyəvi funksiyasında əhəmiyyətli dəyişikliklərə səbəb olur. Molekulyar oksigen, nəticədə termodinamik cəhətdən əlverişsiz hüceyrə prosesləri üçün əsas enerji mənbəyi olan adenozin trifosfatın sintezindən məsul olan oksidləşdirici fosforilasiya kimi tanınan bir sıra biokimyəvi reaksiyalarda son elektron qəbuledici rolunu oynayır. Molekulyar oksigenin hüceyrələrə çatdırılmaması, adenozin trifosfat əmələ gəlməsinin təsirsiz bir vasitəsi kimi qlükozanın piruvata çevrildiyi anaerob qlikolizə metabolik bir keçidə səbəb olur . Qlikoliz oksidləşdirici fosforilasiyaya nisbətən daha az ATP məhsuldarlığına malikdir və hüceyrənin pH-nı aşağı salan asidik yan məhsullar yaradır və bu da otolizdə iştirak edən bir çox fermentativ prosesin işə qəbul edilməsinə imkan verir. Adenozin trifosfatın məhdud sintezi, ion və molekulları hüceyrə membranı boyunca daşıyan enerjili cəhətdən əlverişsiz prosesləri sitimullaşdırmaq üçün ATP istifadə edən bir çox hüceyrə nəqliyyat mexanizmini pozur.
Biologiya fəlsəfəsi
Biologiya fəlsəfəsi və ya biofəlsəfə — bioloji və biotibbi elmlər sahəsindəki epistemoloji, metafizik və etik məsələlərlə məşğul olan, eyni zamanda həyat elmləri kompleksinin əsas istiqamətlərinin inkişaf qanunauyğunluqlarını analiz edən və izah edən fəlsəfənin bir qoludur. Biofəlsəfə bioloji biliklərin quruluşunu araşdırır; canlı obyektlərin və sistemlərin elmi biliklərinin mahiyyəti, xüsusiyyətləri və xüsusiyyətləri; bu cür biliklərin vasitələri və metodları. Biologiya fəlsəfəsi biologiyanın mövzusu və metodu, biologiyanın digər elmlər arasında və bütövlükdə elmi biliklər sistemindəki yeri, müasir cəmiyyətdəki idrak və sosial rolu haqqında ümumiləşdirən fəlsəfi mühakimələr sistemidir. Bəzi mütəxəssislər biologiya fəlsəfəsini özündə ehtiva edən biliklərin fənlərarası bir qolu kimi tanıyırlar. Digərləri bunun əksinə inanırlar: biologiya fəlsəfəsi biofəlsəfəni əhatə edir . Hazırda filosoflar arasında bu mövzuda bir fikir birliyi yoxdur . == İstinadlar == == Литература == Гриффитс, Пол. Философия биологии. Стэнфордская энциклопедия философии (версия осени 2014 года) / Ред. Эдвард Н. Залта.
Cins (biologiya)
Cins (latınca genus) - yarımcinsləri birləşdirən taksonomik kateqoriya. Təsnifat ierarxiyasında fəsilə qrupundan aşağında, növ qrupundan isə yuxarıda yerləşir. Hər bir nominal cinsin tipini "tipik növ" adlı, nominal növ təmsil edir. Tərkibinə tipik növ daxil olan yarımcins cinsin öz adını daşıyır. Yarımcins canlının adında cins ilə növ ifadə edən sözlərin arasında yazılır, məsələn Microtus (chionomys) nivallis. Növdən yüksək taksonomik kateqoriyalar uninominaldırlar, odur ki, bir sözdən ibarətdirlər. Cinsin adı ismin adlıq halında olmalı və böyük hərflə yazılmalıdır, məsələn Felis, Primula, Bacillis. Beynəlxalq kodeksin botanika nomenklaturasına görə cins qrupuna, cins və yarımcins (subgenus) müstəsna olmaqla, seksiya (sectio), yarımsıra (subseries) kateqoriyaları daxildir. Bunların adı uninominal deyil, ranq və taksonun kombinasiyasıdır. Məsələn, Primula series Acaules.
Dəyişkənlik (biologiya)
Dəyişkənlik- müxtəlif qohumluq dərəcələrində olan və ya fərdlər qrupunda (növ, cins, sort və s.) xassə və əlamət müxtəlifliyinin meydana çıxması. Dəyişkənliyin əsas səbəbi orqanizmin həyat şəraitində baş verən dəyişilmələrdir. Dəyişkənliyin irsi və qeyri-irsi, fərdi və kütləvi, fasiləli və ardıcıl, asılı olmayan və korrelyativ, istiqamətli və istiqamətsiz, adaptiv və qeyri-adaptiv və s. formalarına təsadüf edilir.İrsi dəyişkənlik adətən müxtəlif mutasiyaların baş verməsi və çarpazlaşması nəticəsində meydana çıxır. Qeyri-irsi dəyişkənlik dedikdə, fərdin və ya fərdlərin əlamət və xassələrində xarici mühitin təsiri ilə (qida, temperatur, işıq, rütubət və s.) baş verən dəyişikliklər nəzərdə tutulur. Modifikasiya dəyişkənliyi adlanan qeyri irsi dəyişkənlik yalnız həmin dəyişkənliyin meydana çıxmasına səbəb olan xarici mühit şəraiti mövcud olduğu halda, yeni nəsildə baş verə bilər. Məs., bir çox cücünün rəngi alçaq temperaturda tünd, yüksək temperaturda isə açıq olur. Mövsüm ilə əlaqədar olaraq mühit şəraitinin dəyişilməsi qısaömürlü orqanizmlərin müxtəlif nəsillərində dəyişkənliyin meydana çıxmasına səbəb olur. Belə dəyişkənliyə mövsümi dəyişkənlik deyilir. Bir növə aid olan orqanizmlərin müxtəlif yerlərdə (məs., bataqlıq, bozqır, səhra, meşə və s.) yaşaması onlarda ekoloji dəyişkənliyin meydana çıxması və ayrı-ayrı ekotiplərin yaranmasına səbəb olur.
Hibrid (biologiya)
Mələz olaraq da bilinən hibrid, iki fərqli heyvanın və ya bitkinin birləşməsindən yaranan yeni növdür. Fərqli növlər arasında aparılan hibridlər nəsil verməz, qısır heyvanlardır. Eyni növlərin müxtəlif cinsləri arasındakı hibrirləşmə zamanı, məhsuldarlıq davam etsə də, bəzi nəsillər valideynlərinin deyil, uzaq atalarının genetik xüsusiyyətlərində görünə bilər. Eyni cinsin iki növün arasında yaranan bir hibrid üçün (x) işarəsi növlərin ortasında göstərilir. Məsələn Picea x lutzii : Picea glauca × Picea sitchensis adlı iki növün təbii hibrididir. (×) işarəsi cins adından qabaq yer alırsa, iki ayrı cinsin növləri arasındakı hibridliyi ifadə edir. Məsələn: × Cupressocyparis leylandii hibridi: Cupressus macrocarpa × Chamaecyparis nootkatensis adlı iki cinsin növləri arasında formalaşmışdır.
Kosmik biologiya
Kоsmik biоlоgiya (kosmobiologiya) - kоsmik fəzada, kosmik gəmilərdə uçuşlar zamanı canlılarda gedən prоsesləri, оnların Yer şəraitindən fərqini, çəkisiz mühitin orqanizmə üzərində təsirini, insanın qida və оksigenlə təchiz оlunmasını, tullantılardan təkrar istifadə etmək kimi prоblemləri öyrənir. Kosmobiologiya insanın kоsmоsu tədqiqi ilə əlaqədar XX əsrdə yaranmış bir elm sahəsidir.
Molekulyar biologiya
Molekulyar biologiya — biologiyanın bir bölməsi olub canlı orqanizmlərdə baş verən dəyişiklikləri molekulyar səviyyədə öyrənir. Digər bioloji elmlər xüsusilə də hüceyrə biologiyası, genetika, biokimya ilə sıx əlaqəlidir və bu sahələrin inkişafı nəticəsində meydana çıxmışdır. Molekulyar biologiya DNT, RNT, zülal biosintezi də daxil olmaqla bir hüceyrənin müxtəlif sistemləri arasında qarşılıqlı təsiri və tənzimləməni öyrənir. Molekulyar biologiya haqqında ilk rəsmi qeyd Uorren Uiverə (ing. Warren Weaver; 1894-1978) məxsusdur. == Tarixi == == Digər bioloji elmlərlə əlaqəsi == Molekulyar biologiyada tədqiqatçılar bir sıra xüsusi metodlardan istifadə edirlər, amma zaman keçdikcə bu metodlar biokimya və genetikanın metodları ilə birləşirlər. Bu səbəbdən molekulyar biologiya, biokimya və genetika elmləri arasında dövrü asılılıq mövcuddur. Biokimya – canlı orqanizmlərdə kimyəvi maddələri və həyati əhəmiyyətli prosesləri öyrənir. Biokimyaçıların diqqət mərkəzində biomolekulların quruluşu və funksiyaları dayanır. Kimyəvi tədqiqatların əsasında duran bioloji proseslər və bioloji aktiv maddələrin sintezi biokimyaya misal ola bilər.
Orqan (biologiya)
Orqan (q.yun. ὄργανον — «alət») — oxşar funksiyaları olan toxuma qruplarıdır. Bitki və heyvan həyatı orqan sistemlərində mövcud olan bir çox orqandan asılıdır. Bir orqan, müəyyən bir orqanizmin digər funksional vahidlərindən təcrid olunmuş bir orqanizm daxilindəki funksional vahiddir. Bir orqanizmin orqanları öz funksiyalarında bir-biri ilə bir-birinə bağlıdırlar ki, orqan tez-tez müxtəlif orqan sistemlərinə birləşən orqanlar toplusudur. Bir orqan yalnız bədən daxilində sabit bir mövqe tutan və inkişafı ontogenez (orqanogenez) çərçivəsində izlənən toxuma və hüceyrələrin birləşməsinə deyilir. Hüceyrələrin və toxumaların orqan təşkili həm heyvanlar, həm də daha yüksək bitkilər üçün xarakterikdir. Yosunlar və digər çoxhüceyrəli və müstəmləkəçi protistlər, həmçinin göbələklər, bu terminin ciddi mənasında heç bir orqan yoxdur, çünki toxumaları yoxdur.
Qıcıqlanma (biologiya)
Canlılarda qıcıqlanma — xarici və ya daxili baş verən dəyişikliklərə verilən cavab reaksiyasıdır. Bir orqanizmin ətrafında baş verən dəyişikliklərə cavab vermək qabiliyyəti elmi termin kimi əsəbilik olaraq bilinsə də, ancaq bu xüsusiyyəti həssaslıq olaraq da düşünə bilərik. Canlı orqanizm sağ qalmaq üçün ətraf mühitdəki dəyişikliklərə cavab verməli və uyğunlaşmağı bacarmalıdır. Küsdüm bitkisində şiddətli külək, zədələnmə, yüksək temperatur, işıq intensivliyinin dəyişməsi, yarpaqlara edilən mexaniki təsir yarpaqların ani olaraq bükülməsinə səbəb olur. Bitkinin gövdəsinə təsir etdikdə isə bu proses əksinə gedir. Yem axtaran heyvan düşməninin yaxınlaşdığını görəndə bir anlıq dayanır və sonra sürətlə qaçmağa başlayır. == Qıcıqlanmanın mexanizmi == Küsdüm bitkisinin yarpaqlarının xarici qıcıqlara cavab verməsi, antilopun düşmənindən uzaqlaşması mexanizm qıcıqlanma adlanır. Canlıların quruluşu mürəkkəbləşdikcə qıcıqlanmalarda mürəkkəb mexanizim üzrə baş verir. Canlılar yaşamaq üçün mühit amillərinə müəyyən reaksiyalar verir və qarşılarına çıxan maneələri dəf etməyə çalışırlar. Maneələri dəf etmək qabiliyyətləri olmadıqda onlar məhv olurlar.
Riyazi biologiya
Riyazi biologiya — tədqiqat obyektinin müxtəlif səviyyəli təşkilat səviyyəsindəki bioloji sistemlər olduğu və tədqiqatın məqsədi tədqiqat mövzusunu təşkil edən bəzi konkret riyazi problemlərin həlli ilə sıx bağlı olduğu fənlərarası istiqamət. İçindəki həqiqətin meyarı riyazi bir sübutdur. Riyazi biologiyanın əsas riyazi aparatı diferensial tənliklər və riyazi statistika nəzəriyyəsidir. Bioloji obyektlərin riyazi fizikası fiziki qanunların maddənin və enerjinin təşkilinin bioloji səviyyəsində təsirini öyrənir və riyazi biologiyanın nəzəri bir hissəsidir. Riyazi biologiya bioloji proseslərin və hadisələrin riyazi modelləşdirilməsi də daxil olmaqla tətbiqi riyaziyyat metodlarından fəal şəkildə istifadə edir. Kompüterlərin istifadəsi vacibdir. Tamamilə riyaziyyat elmlərindən fərqli olaraq, riyazi biologiyada tədqiqat nəticələrinə bioloji şərh verilir. == Ədəbiyyat == Алексеев В. В., Крышев И. И., Сазыкина Т. Г. Физическое и математическое моделирование экосистем. СПб.: Гидрометеоиздат. Ком.
Tip (biologiya)
Tip: zoologiyada (lat. phylum), botanikada (lat. divisio) bioloji təsnifatın ən yüksək pilləsi. Botanika və zoologiyada ali təsnifat vahidi olub, mənşəcə qohum olan sinifləri özündə birləşdirir. Məsələn örtülütoxumlular və ya çiçəkli bitkilər tipi (Angiospermae) birləpəlilər və ikiləpəlilər sinfini birləşdirir. Buğumayaqlılar tipi (Arthropoda) xərçənglər, hörümçəkkimilər, çoxayaqlılar və cücülər sinfini birləşdirir və s.
Triba (biologiya)
Triba fəsilə və cins arasında yerləşən taksonomik qrupdur. Aralarında böyük taksonomik fərqlər olduqda və ya bir çox növün bir-birindən aydın şəkildə ayrılmadığı hallarda təsnifatı asanlaşdırmaq üçün istifadə olunur. Bəzən yetərli olmadıqda yarımtriba termini istifadə olunur. Digər taksonomik qruplar kimi, böyük hərflərlə başlayır və tək bir sözdən ibarətdir, lakin italiklə yazılmır. Triba çox böyükdürsə, yarımtribalara bölünə bilər. Tribanın elmi adının sonu belə müəyyən edilir: Botanikada – eae Zoologiyada – iniMəsələn, İtlər fəsiləsi (Canidae) Canini və Vulpini olan iki tribaya ayrılır.
Ximera (biologiya)
Ximera (Biologiya) — genentik cəhətdən müxtəlif hüceyrələrdən ibarət orqanizmdir. Heyvanlarda ximera iki və daha çox ziqotların hüceyrələri əsasında formalaşan orqanizmdir. Heyanlarda ximerizmi mozaizimlə qarışdırmaq olmaz. Mozaiklik zamanı orqanizmin formalaşmasında bir ziqotun bölünməsindən əməlkə gəlmiş, lakin genetik cəhətdən fərqli hüceyrələr iştirak edir. Əksər hallarda ximerizm bütün orqanizmi əhatə etmir, onun ayrı-ayrı orqanlarında və hissələrində müşahidə edilir. == Heyvanlarda ximerizm == — həm orqanizmin fərdi inkişafının nəticəsi ola bilər (ontogenez, anadangəlmə ximerizm), həm də orqan və ya toxuma transplantasiyasının nəticəsi (məsələn, sümük iliyi və ya qan köçürülməsi, süni ximerizm). Anadangəlmə ximerizm iki formada olur: tetragametizm və mikroximerizm. == İnsanlar arasında == — bu anomaliya bir orqanizmdə iki fərqli genotiplərin olması və ya qarışmasıdır. İnsanlarda ximerizm ontogenezin ayrı-ayrı mərhələlərində - mayalanma anında, embrional inkişaf dövründə və yaşlı fərdlərdə yarana bilər. Mayalanma mərhələsində insan üçün tetramer ximerizm müəyyən edilmişdir.
Ümumi biologiya
Ümumi biologiya — Biologiya elminin ümumi qanunauyğunluqlarını öyrənən bölməsidir.Sistematik vəziyyətdən asılı olmayaraq buraya biologiyanın sitologiya,genetika,seliksiya,ekologiya,molekulyar biologiya,biokimya və s. kimi elm sahələri daxildir.