DOKTOR
DOKUBİLİM
OBASTAN VİKİ
Doku Umarov
Əbu Osman Doka Xamadi oğlu Umarov (çeç. Iумаров Хьамади кIант Докка Абу Усман) — Çeçenistanın Rusiyadan ayrılması üçün silahlı mübarizə aparan səhra komandanlarından biri, Qafqaz Əmirliyi adlı qurumun rəhbəri. Doku Osman Xamat oğlu Umarov 1964-cü il aprelin 13-də Çeçenistanda, Şatoy rayonunun Xarsen kəndində doğulub. Qroznı Neft İnstitutununun Memarlıq fakültəsini bitirib. Çeçenistanın Rusiyadan ayrılması üçün silahlı mübarizə aparan səhra komandanlarından biridir. Şəxsiyyət xarakteri dostu və silhdaşı olmuş Şamil Basayevə yaxındır. Birinci çeçen müharibəsi ərəfəsində Ruslan Gelayevin başçılıq etdiyi “Borz” (azərbaycanca: "canavar") polkunda qulluq edib. 1994-cü ildən Rusiya qoşunlarına qarşı vuruşan dəstələrdən birinin başında dayanıb. 1996-cı ildə briqada generalı rütbəsi alıb. Aslan Məshədovun prezidentliyi dövründə tanınmamış İçkeriya Respublikasının Təhlükəsizlik Şurasının katibi olub, daha sonra Cinayətkarlığa Qarşı Mübarizə Qərargahına başçılıq edib.
Jeremi Doku
Jeremi Doku (27 may 2002, Antverpen, Flamand regionu[d]) — Belçika Birinci Divizounu təmsilçilərindən olan Anderlext klubunda hücumçu kimi çıxış edən peşəkar Belçika futbolçusudur. == Klub karyerası == === Anderlext === Doku öz futbolçu karyerasına Antverpen şəhərinin yerli klublarında start vermişdir. Doku 2012-ci ildə 10 yaşı olarkən Anderlext klubu ilə müqavilə imzalamışdır. O, öz peşəkar karyerasında debütünü 25 noyabr 2018-ci ildə 16 yaşı olarkən Sent-Trüyden klubuna qarşı oyunda etmişdir. O, 78-ci dəqiqədə Yari Verşereni əvəz etmişdir. Belçika Birinci Divizounu görüşündə Anderlext rəqibinə 2-4 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Doku Belçikada anadan olmuşdur. Valideynləri də Qana vətəndaşlarıdır. Doku Belçika U-17 millisi ilə 2018 UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir. == Karyera statistikası == === Klub === 7 dekabr 2018 tarixində yenilənib1UEFA Avropa Liqası görüşləri daxildir.
DokuBaku Beynəlxalq Sənədli Film Festivalı
DokuBaku Beynəlxalq Sənədli Film Festivalı (BSFF) 2017-ci ilin oktyabr ayından etibarən hər il Bakı, Azərbaycanda keçirilən film festivalıdır. Azərbaycanın ilk müstəqil, sənədli film festivalı olan DokuBaku BSFF onlarla film nümayişindən və xarici kino peşəkarlarının iştirakı ilə ustad dərslərindən ibarət olur. Keçirildiyi ilk ildə festival 15 uzunmetrajlı və 15 qısametrajlı filmin nümayişinə 1000-ə yaxın izləyici cəlb etmişdir. Festivalın əsas məqsədi Azərbaycanda sənədli filmin özünüifadə və düşüncə vasitəsi kimi inkişaf etdirmək, bu janrda fəaliyyət göstərən yerli rejissorlara dəstək olmaq və ölkənin film səhnəsini beynəlxalq film icması ilə birləşdirməkdir. == Tarixçə == Festival 2017-ci ildə bir qrup kino peşəkarı və həvəskarı tərəfindən könüllü əsaslarla təşkil olunmağa başlamışdır. Festivalın ideyası və təsisçiləri azərbaycanlı rejissor İmam Həsənov (festivalın direktoru) və çexiyalı rejissor və prodüser Veronika Yanatkovaya (proram tərtibçisi) aiddir. Festival birinci ildə çoxsaylı könüllülərin və festivala təmənnasız töhfə vermiş yerli və xarici təşkilatların köməyi ilə ərsəyə gətirilmişdir. Belə ki, göstərilən filmlərin bir çoxunun haqları festivala ianə verilmiş, nümayişlərin keçirildiyi müxtəlif kafe və barlar təmənnasız şəkildə məkan dəstəyi vermişdirlər. Bundan əlavə, çox sayda Azərbaycan ziyalısı və ictimai fəalı nümayişlərdən sonrakı müzakirələrin aparılmasında iştirak etmişdir. == Festivalın bölmələri == Festivalın bölmələri ildən-ilə dəyişsə də, aşağıdakı bölmələr festivalda fərqli vaxtlarda təşkil olunmuşdur.
Dokuz Eylül Universiteti
Doqquz Sentyabr Universiteti (türk. Dokuz Eylül Üniversitesi) və ya qısaca DEÜ — İzmirdə dövlət universiteti. 20 iyul 1982-ci ildə təsis edilmişdir. Universitetdə 10 institut, 18 fakültə, 3 kollec, 1 konservatoriya, 6 peşə məktəbi, 1 təcrübə və tədqiqat xəstəxanası, 60 təcrübə və tədqiqat mərkəzi fəaliyyət göstərir. 2019-2020 tədris ilində universitetdə 70 158 tələbə təhsil almışdır. Bu tələbələrdən 1 352 nəfəri 115 ölkədən olan beynəlxalq tələbələrdir. Beynəlxalq tələbələr arasında azərbaycanlı, ukraynalı və bolqar tələbələr üstünlük təşkil edir. Qurumun akademik heyəti 3.343 nəfər təşkil edir və heyətdə azərbaycanlılara da rast gəlmək mümkündür. == Tarixçə == Qurulma mərhələsində, Ege Universitetindən; İncəsənət fakültəsi, Hüquq fakültəsi, İqtisadiyyat və İdarəetmə Elmləri fakültəsi, Mühəndislik və Memarlıq fakültəsi, Tibb fakültəsi, Dəniz Elmləri və Texnologiyaları İnstitutu, Hüquq məktəbi, Turizm İdarəetmə və Otelçilik Məktəbi, Milli Təhsil Nazirliyi, Gənclər və İdman; Buca Təhsil Fakültəsindən, Dənizli Mühəndislik Fakültəsi, İlahiyyat Fakültəsi, Dəmirçi Təhsil Məktəbi, Dənizli Təhsil Məktəbi, İzmir Peşə Liseyi, Mədəniyyət və Turizm Nazirliyi, İzmir Dövlət Konservatoriyası, Ankara İqtisadiyyat və Ticarət Elmlər Akademiyası; Muğla İş Məktəbi Doqquz Sentyabr Universitetinin tabeliyinə keçdi. 1983-cü ildə Atatürk Prinsipləri və İnqilab Tarixi İnstitutu quruldu və İncəsənət Təhsili Məktəbi ləğv edildi.
Vasili Dokuçayev
Vasili Vasilyeviç Dokuçayev (17 fevral (1 mart) 1846 – 26 oktyabr (8 noyabr) 1903, Sankt-Peterburq) — rus geoloqu. == Həyatı == V.V.Dokuçayev Smolensk vilayətinin indiki Sıçov (Milyukovo) kəndində 1846-cı ildə anadan olmuşdur. 1867-ci ildə o, Peterburq universitetinə daxil olmaqla geologiya ixtisasını seçir. 1871-ci ildə təhsilini başa vurmaqla Vasili Dokuçayev dördüncü dövr çöküntülərini öyrənməyə başlayır. Tədricən onun marağı yerin üst qatının öyrənilməsinə yönəlir. Dövründə sadəcə olaraq dağ süxurları adlanan torpaqların fiziki-kimyəvi xüsusiyyətlərinin öyrənilməsi gələcəyin mütəxəssisində dərin maraq yaradır. 1872-ci ildən Peterburq Təbiətşünaslar cəmiyyətinin, 1873-cü ildən isə Mineralogiya Cəmiyyətinin həqiqi üzvü olan Vasili Dokuçayev 1871-1877-ci illərdə Volqanın yuxarı hissəsini, Dneprin və Qərbi Dvinanın yuxarı axınlarındakı çay vadilərinin quruluşunu, həmçinin orada olan çöküntüləri tədqiq etmişdir. Daha sonra məhsuldarlığı ilə seçilən qara torpaqların öyrənilməsi tədqiqatçını özünə cəlb edir. 1877-ci ildə qara torpaqlara ilk səyahəti də bununla əlaqədar olmuşdur. O, Rus düzənliyində on min kilometrlərlə məsafəni qət etmiş, minlərlə torpaq nümunələri götürmüş və analizlərdən keçirməklə 1883-cü ildə "Rus qaratorpaqları" əsərini yazmışdır.
İnternetime Dokunma!
İnternetimə toxunma! (türk. İnternetime Dokunma!) — 15 may 2011-ci ildə Türkiyənin 30 şəhərində eyni anda keçirilən etiraz aksiyası. Aksiyalar İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumu tərəfindən ölkədə internetə senzura gətirilməsi səbəbindən başladı. == Etirazlar == 22 avqustda tətbiq ediləcək senzuraya qarşı çıxmaq məqsədi ilə bir çox ildə etiraz aksiyaları keçirildi. 15 may 2011-ci ildə Amsterdam, Köln və Vyana ilə Türkiyədə 30 fərqli ildə senzuraya qarşı etirazlar keçirildi.
вылупля́ться грози́ться неорганизо́ванный обслюни́ть помя́тый барда́ болотохо́д ли́ственница наве́дать подгна́ивать полуоберну́ться ста́вленница хлесь ичетки antitheism flesh wound high wire horizon hydrocyanic open sesame worry along закисать кишка расшнуровать фунтик