Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Diseases Database
Xəstəliklərin məlumat bazası (The Diseases Database) — xəstəliklər, simptomlar, dərman preparatlarının qarşılıqlı münasibətləri haqqında informasiyaları əks etdirən ödənişsiz sayt. Bu baza Londonda yerləşən və çox da böyük olmayan Medical Object Oriented Software Enterprises Ltd şirkəti tərəfindən saxlanılır.
Odiseas Elitis
Odiseas Elitis (yun. Οδυσσέας Ελύτης; 2 noyabr 1911[…], İraklion – 18 mart 1996[…], Afina) — yunan şair, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1979). == Həyatı == Yunanıstanın ədəbiyyat sahəsində ikinci Nobel laureatı Odiseas Alepudelis əsərlərini Odiseas Elitis təxəllüsü ilə çap etdirmişdi. Elitis təxəllüsünü bir neçə səbəbdən seçmişdi. Əvvəla, bu təxəllüsdə şairin vətəninin — Elladanın adı vardı. Digər tərəfdən, yunanca "ümid" mənasını verən "elpida", "azadlıq" anlamında işlədilən "elefteriya" və nəhayət, gözəllik mücəssəməsi Elena — Yelena da eyni kökdən idi. Odiseas Elitis Krit adasında doğulmuşdu. Əslən Egey dənizindəki əfsanəvi Lesbos adasından olan atası bacarığı və təşəbbüskarlığı sayəsində Kritin zəngin iş adamlarından birinə çevrilmişdi. Oğluna yaxşı təhsil vermək məqsədi ilə Odiseasın altı yaşı tamam olanda o, paytaxt Afinaya qayıtmışdı. Gələcək şair Afina universitetində hüquqşünaslıq öyrənsə də diplom ala bilməmişdi.