Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Distrikt
== Türkiyədə == İlçə, Türkiyədə inzibati baxımından mülki bölgülərdə ildən sonra gələn məskunlaşma vahididir. Rayon (İlçə) vilayətin (İl) ümumi hökumətinin alt səviyyəsini təşkil edir. Vilayət səviyyəsində təşkil edilən mərkəzi hökumət təşkilatlarının əksəriyyəti öz təşkilatlarını rayon miqyasında qurmuşlar. Bunlara “rayon təşkilatları” (türkcə: “ilçe kuruluşları”), başındakı idarəçilərə isə “rayon müdirləri” (türkcə: “ilçe müdürleri”) deyilir. Bəzi regional təşkilatların rayon təşkilatları da var. Rayon rəhbərliyinin (türkcə: ilçe yönetimi) başında rayon qubernatoru durur. Rayon qubernatoru hökumətin rayondakı nümayəndəsidir. Rayon qubernatoru vəzifələrini qubernatorun nəzarəti və müşahidəsi altında həyata keçirir. Qubernator kimi siyasi səlahiyyəti olmayan rayon qubernatoru sadəcə olaraq vəzifə məmurudur. Rayon qubernatoru “ümumi fərman” ilə təyin olunur.
Distant təhsil
Distant təhsil — tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu fоrmasıdır. Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir. Distant təhsilin xarakterik xüsusiyyətlərinə həmçinin çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, təlimin xüsusiləşdirilmiş vasitə və texnologiyalarından istifadə və s. məsələlər aiddir. Distant təhsildə informasiyalar öyrənənlərə çap materialları, elektron materiallar, elektron dərslik, televerilişlər və s. formalarda təqdim edilir. Bu tədris informasiyalarının kitablar, disklər, audio-video kasetlər kimi daşıyıcıları vardır. Distant təhsildə tədris metodik kompleksdən, kompüter, televizor, audio-video maqnitofon, multimedia texnikası və s. kimi təlim vasitələrindən istifadə olunur. Təhsilin distant forması müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyən potensial şəxslərə real təhsil imkanları yaradır.