Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
The Witcher
Cadugər (pol. Saga o wiedźminie) — Polşalı yazıçı Andjey Sapkovski tərəfindən yazılmış Gerlat Of Rivia (Rivialı Geralt) adındakı canavar(bədheybət) ovçusu haqqında fantastik janrda hekayə və roman seriyası/ == Mövzu == Sapkovskinin kitablarında "Witcher", canavarlar ilə savaşmaq üçün, gənc yaşda qılınc dərsləri alan və böyük mutasiyalar keçirən canavar ovçusudur. Diqqətə çarpan xüsusiyyətləri pişiyəoxşar gözləri, kürəklərində daşıdıqları 2 uzun qılınc (biri canavarlar, biri insanlar üçün) və təhsil aldıqları məktəbin boyunbağıdır (Geraltın təhsil aldığı məktəb qurd məktəbi adlanır). Bu kitablar bir film , bir televiziya serialı , video oyunu seriyası, vizual roman və "Witcher Saga" olaraq da bilinən roman seriyası şəklində təqdim edilib.Hekayələr və romanlar İngilis dili də daxil olmaqla, bir çox dillərə tərcümə olunub. == Kitablar == The Witcher qısa hekayələri, 1980-ci illərin əvvəlində Fantastyka adındaki polşa jurnalında yayınlanırdı. İlk hekayə "Wiedźmin" ("The Witcher") (1986), jurnal tərəfindən təşkil edilən müsabiqə üçün yazılmışdı və üçüncü yeri qazanmışdı. Sehrbaz Geralt haqqındaki ilk dörd hekayə, 1990-cı ildəki qısa hekayə kolleksiyası olan Wiedźmin ilə başlamışdı. Çıxış adı "Droga, z której się nie wraca" ("Qayıdışı Olmayan Bir Yol") olan seriya Witcher hekayələrinin başındaki dünya və Geraltın ailəsi haqqındadır. İkinci nəşr olunan qısa hekayə kolleksiyası Miecz przeznaczenia (Taleyin Qılıncı)-dır. Ostatnie życzenie (Son Arzu), Taleyin Qılıncından sonra nəşr olunmasına baxmayaraq, "Qayıdışı Olmayan Bir Yol" istisna olmaqla (Geraltsız tək hekayə) bütün Witcher hekayələrini topladığı üçün ilk kitab olaraq qəbul edildi.
Eugen Fischer
Eugen Fischer (5 iyul 1874, Karlsrue – 9 iyul 1967[…], Frayburq-im-Braysqau, Baden-Vürtemberq) alman tibb, antropologiya və yevgenika professoru və Nasist Partiyasının üzvü idi. O, Kayzer Vilhelm adına Antropologiya, İnsan İrsiyyəti və Yevgenika İnstitutunun direktoru, həmçinin Berlindəki Frederik Uilyam Universitetinin rektoru olmuşdur. Fişerin ideyaları Nasist Partiyasının alman irqi üstünlüyünə olan inamının düzgünlüyünü ifadə edən 1935-ci il Nürnberq qanunlarını lazımi informasiya ilə təmin etdi. Adolf Hitler 1923-cü ildə həbsxanada olarkən Fişerin əsərlərini oxumuş və özünün “Mein Kampf” (Mənim Mübarizəm) manifestində saf ari cəmiyyəti idealını dəstəkləmək üçün Fişerin qəzəbli fikirlərindən istifadə etmişdir. == Bioqrafiyası == Fişer 1874-cü ildə Karlsruedə, Baden Böyük Hersoqluğunda anadan olub. Berlin, Frayburq və Münhendə tibb, folklorşünaslıq, tarix, anatomiya və antropologiya üzrə təhsil alıb. 1918-ci ildə Frayburq Universitetinin tərkibində olan Frayburq Anatomiya İnstitutuna daxil oldu. 1927-ci ildə Fişer Kaiser Wilhelm Antropologiya, İnsan İrsiyyəti və Yevgenika İnstitutunun (KWI-A) direktoru oldu, bu rolu əvvəlki il Ervin Baur ona tövsiyə etmişdi. 1933-cü ildə Fişer Almaniya universitetlərinin və liseylərinin professorlarının Adolf Hitlerə və Nasional Sosialist Dövlətinə sadiq qalacağına söz verdi. 1933-cü ildə Adolf Hitler onu Berlindəki Frederik Uilyam Universitetinin, indiki Humboldt Universitetinin rektoru təyin etdi.
Fischer-Waldheim
Qriqori Fişer fon Valdheym (alm. Johann Gotthelf Fischer von Waldheim‎; 13 oktyabr 1771[…], Valdhaym[d], Mittelsachsen[d] – 18 oktyabr 1853[…], Moskva) — Rusiya təbiıtşünası, palentologiya, zoologiya, entomologiya (xüsusilə də sərtqanadlıların) üzrə elmi işlərin müəllifi, Peterburq Akademiyasının fəxri üzvü (1828-ci ildən). Botanik Aleksandr Fişer fon Valdheymin atası == Elmi işləri == "Anatomie der Maki u. der ihnen verwandten Thiere" (Frankfurt, 1804); "Entomoigraphia imperii rossici; Genera Insectorum systematice exposita et analysi iconographica instructa" (5 cilddə, Москва, 1820–1851); "Notice sur le Tettigopsis nouveau genre d’Orthoptères de la Russie" (Moskva, 1830); "Locustarum quaedam Genera aptera etc." (M., 1839); "Catalogus Coleopterorum in Sibiria orientali a cel. Gregorio Silide Karelin collectorum" (M., 1842); "Versuch über die Schwimblase der Fische" (Лпц., 1795); "Mémoire pour servir d’introduction à un ouvrage sur la respiration des animaux etc." (P., 1798); "Ueber die verschiedene Form des Intermaxillarknochens in versch. Thierarten" (Lpç., 1800); "Naturhistorische Fragmente mit bes. Hinsicht auf Anat. u. Physiol. der Thiere u.
Stonewall Kitchen
"Stonewall Kitchen" — ev yeməkləri istehsal edən ABŞ firması. Şirkətin məhsullarına cem, mürəbbə, souslar, marmeladlar daxildir. == Tarixi == Şirkətin əsası 1991-ci ildə Con Kinq və Cim Skot tərəfindən qoyulmuşdur. == Dəyəri == Firma hazırda 100 milyon dollarlıq bir dəyərə sahibdir.
Skate Kitchen
Skate Kitchen (azərb. Skeyt mətbəxi‎) — Kristal Mozellin 2018-ci ildə ssenarisi və rejissorluğu ilə çəkilmiş ABŞ filmi. Bu onun qısametrajlı filmi "That One Day" əsasında çəkilib. Film Nyu-Yorkda bir qrup qadın skeytbordçu ilə dostlaşan Kamil (Reyçel Vinberq) adlı yeniyetmə qızın hekayəsindən bəhs edir. Real həyatda da var olan "Skate Kitchen" qrupunun üzvləri bu filmdə özlərinin uydurma versiyalarını canlandırıblar. == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Skate Kitchen — Internet Movie Database saytında.
Bitches Broken Hearts
"Bitches Broken Hearts" — amerikalı müğənni Billi Aylişin mahnısı. Mahnı Ayliş və prodüserlər Emmit Fenn və Finneas O'Konnell tərəfindən yazılıb. İlk dəfə 10 noyabr 2017-ci ildə SoundCloud üzərindən buraxılıb, sonradan 30 mart 2018-ci ildə sinql kimi bütün platformalar üçün yenidən yayımlanıb. Mahnı "You Should See Me in a Crown" sinqlının 7 düymlük vinil formatında B tərəfi kimi yer alıb. Mahnı həmçinin Aylişin ilk mini-albomu "Don't Smile at Me"nin genişləndirilmiş versiyasında və 2019-cu ildə buraxılmış studiya albomu "When We All Fall Asleep, Where Do We Go?"nun delüks versiyasına daxil edilib.
Diter Bolen
Diter Bolen (alm. Dieter Günter Bohlen‎, 7 fevral 1954[…]) – Alman pop ifaçı, Modern Talking duetinin iştirakçısı. == Həyatı == Diter Bolen 1954-cü ildə Almaniyada Hamburq şəhərində anadan olmuşdur. 1978-ci ildə gimnaziyanı fərqlənmə ilə bitirir. İqtisadiyat üzrə diplom qazanır. Diter müxtəlif qqruplara prodüserlik edir. 1984-cü ildə Diter Bolenin Tomas Anders ilə əmdaşlığı nəticəsində məşhur Modern Talking (səslənməsi:"Modern Tokinq") qrupu yaranır. 1986-cı ildə onlar arasında mübahisə yaranır. Diter və Tomas arasında mübahisənin əsas səbəbi qrupun ifaçı heyəti ilə bağlı olur. Mətbuat və ictimaiyyət isə qrupun dağılmasınd əsas səbəb kimi Tomasın şöhrətpərəst həyat yoldaşı Nora Balllinqi göstərirdi.
Diter Rams
Dieter Rams 20 May 1932-ci ildə Almaniyada anadan olmuşdur. 1955-ci ildə memar olaraq işə başladığı Braunda 1961-ci ildə məhsul dizayn departamentinin rəhbəri olmuşdur. Rams 1950-ci illərdə Almaniyadakı funksional dizayn anlayışının "less but better" adlandırmışdir. Hazırladığı məhsulların təmiz, sadə və ağıllı olması bu anlayışın isbatıdır.
Luts Diter Şmadel
Luts Diter Şmadel (alm. Lutz Dieter Schmadel‎; 2 iyul 1942, Berlin – 21 oktyabr 2016) — Almaniya astronomu və asteroidləri kəşf edən. == Həyatı == O, Heydelberq Universiteti yanında Astronomik Hesablamalar İnstitutunda işləmişdir və asteroidlərin orbitlərinin öyrənilməsində ixtisaslaşmışdır. 1990-1993-cü illərdə və qismən olaraq 1960-cı ildə onun tərəfindən 244 asteroid aşkar edilmişdir ki, onların bir hissəsi Fraymut Börngen və Raynor Stoss (ing. Reiner M. Stoss) ilə birgə tapılmışdır. 12.804 (2006-cı ilin mart ayına qədər) kiçik planetin aşkarlanması və adlandırma xüsusiyyətləri haqqında məlumatları ehtiva edən "Dictionary of minor planet names" lüğətinin müəllifidir. Xidmətlərinə görə (2234) Şmadel asteroidi onun adını daşıyır. == Kitabları == Dictionary of minor planet names (5th Edition). Springer Verlag, Berlin/Heidelberg 2003, ISBN 3-540-00238-3 Dictionary of minor planet names (Addendum to the 5th Edition: 2003—2005). Springer Verlag, Berlin/Heidelberg 2006, ISBN 3-540-34360-1 Dictionary of minor planet names (Addendum to the 5th Edition: 2006—2008).
Səmra Dinçər
Səmra Dinçər (1966, Ankara) — iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Səmra Dinçər 1966-cı ildə Ankara şəhərində anadan olub. Qazi Universiteti İqtisadi bölməsindən məzun olub. İnşaat və turizm sahəsində fəaliyyət göstərən müəssisələrdə maliyyə işləri üzrə rəhbər vəzifələrdə çalışıb. Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. 2018 və 2020-ci illərdə CHP Məclisinin üzvü seçilib. noyabr 2023-cü ildə CHP İdarə Heyətinin təbiət haqlarından məsul sədr müavini seçilib. 2023-cü ildə Ankaradan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. İngiliscə bilir. Evli və 1 uşaq anasıdır.