Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dimension Films
Dimension Films — əsası 25 noyabr 1992-ci ildə qoyulan "The Weinstein Company" yarımşöbəsində film istehsal edən kampaniyadır. Mərkəzi Nyu-York şəhərində yerləşir.
Joy Division
Joy Division 1975-ci ildə Salford şəhərində yaradılan ingilis rok qrupudur. İlk əvvəl "Warsaw" adlandırılan bu qrup ifaçı Yan Körtis, gitarist Bernard Samner, bassist Piter Huk və barabançı Stiven Moris tərəfindən təşkil olunmuşdur. Uşaqlıq dostları Samner və Huk tərəfindən "Sex Pistols" konsertindən sonra yaradılan "Joy Division" qrupu öz pank kökünü aşıb post-punk hərəkatının aparıcılarından oldu. Onların hazırladığı birinci çıxış EP albomu "An Ideal for Living" Mançester televiziyasının və şəxsən Toni Vilsonun diqqətini çəkdi. Onların seçdiyi alman adı qrupun siyasi düşüncələri haqqında spekülyasiyalara və tənqidlərə yol açdı və bu qrupun adını dəyişməsindən sonra da dəyişmədi. "Joy Division"-ın debüt albomu 1979-cu ildə Vilsonun müstəqil leybl şirkəti Factory Records da çıxarıldı. Martin Hannetin köməyi ilə bu albom Britaniya musiqi mətbuatında ciddi uğur əldə etdi. Bu uğurlara baxmayaraq, Körtis ağır depressiyadan, epilepsiya və boşanma kimi şəxsi problemlərdən əziyyət çəkirdi. Xüsusi olaraq o canlı ifa zamanı əziyyət çəkirdi və sudurğa tuturdu. 1980-ci ilin mayında, qrupun Amerika qastrolu zamanı Körtis 23 yaşında intihar etdi.
İnversion moren konusları
İnversion moren konusları — (rus. инверсионные моренные конусы, ing. -inverse moraine cones)yenidən çökdürülmüş morenlərdən təşkil olunmuş, günbəzvari yaxud konus formasında, təpələr şəklində, akkumulyativ buzlaq relyef forması. Hündürlüyü bir neçə metrdən 10-12 metrə qədər çatır / en kəsiyi 2,5-3 dəfə hündürlüyündən böyük olur. / Sistemsiz qrup və ya sıra şəklində buzlaq dərəsinin dibində yerləşir. İ. m. k. buzlaq dilinin qurtaracağında, «Ölü buzlaq» sahəsində termokarst proseslər nəticəsində epigenetik əmələ gəlir. Kəskin kontinental iqlimli vilayətlər üçün səciyyəvidir. /mis: Pamir/.
Animal Diversity Web
Animal Diversity Web minlərlə heyvan növlərinin tarixini, təsnifatını, növlərin xüsusiyyətlərini, və yayılması məlumatlarını toplayan onlayn verilənlər bazasıdır.
IP version 4
IP protokolu (Internet Protokol), kompüterlərin İnternet-i əmələ gətirərkən istifadə etdikləri ünvanlama protokolu olmaqla biryerdə, lokal şəbəkədə (local network, Local Area Network, LAN) İnternetə bağlı olmadan da istifadə edilə bilinər. Hal-hazırda bu protokolun ən çox istifadə edilən versiyası IPv4 – dür, 4 bölümlü olduğu üçün IPv4 deyilir (xxx.xxx.xxx.xxx). Yaxın zamanlarda IPv6 (IP version 6) – nın istifade edilməsi planlanır və bu barədə sınaqlar edilir. IPv6 – ya keçilmək istəmənin səbəbi kompüter və İnternetin istifade edilməyə başlanmasının artması səbəbiylə İnternetdəki hər kompüterə fərqli IP verəməyəcək hala gəlməsidir. Həmçinin IPv4-ün bu duruma gəlməsi mobil əlaqələri də imkansız edir. == Tarix == İnternet Protokolunun 4-cü versiyası (IPv4) IETF nəşri RFC 791-də (sentyabr 1981-ci il) təsvir edilmişdir ki, bu da 1980-ci ilin yanvarında verilmiş əvvəlki tərifi (RFC 760) əvəz edir. 1982-ci ilin mart ayında ABŞ Müdafiə Departamenti bütün hərbi kompüter şəbəkələri üçün standart olaraq İnternet Protokol Paketi (TCP/IP) haqqında qərar qəbul etdi.
IP version 6
IPv6 (IP version 6) – IPng (ing. Internet Protocol Next Generation) — 32 bit-lik bir adresə sahib olan IPv4-ün xüsusilə kompüterlərə IP adresi vermə mövzusunda tələbatı ödəmədiyi üçün IETF (The Internet Engineering Task Force) tərəfindən yaradılmaqda olan bir internet protokolu və ya network layer standartı-dır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Qaranquş kəşfiyyat-diversiya dəstəsi
Qaranquş kəşfiyyat-diversiya dəstəsi və ya Qaranquş dəstəsi (kiril qraf. Гарангуш) — Qarabağ müharibəsində aktiv iştirak etmiş kəşfiyyat-diversiya qrupu. "Qaranquşçular" adı ilə tanınırlar. == Yaradılması == 1992-ci ilin may ayında Qubadlıda 2 tabor fəaliyyət göstərsə də, iyun ayında taborların sayı 4 olan 706 saylı hərbi hissə yaradıldı. Eyni vaxtda 706 saylı hərbi hissənin rəhbəri Əliyar Əliyev olan 1-ci taboru tərkibində kəşfiyyat-diversiya dəstəsi olan Qaranquş dəstəsi də fəaliyyət göstərməyə başladı. == Fəaliyyəti == Qarabağ müharibəsində aktiv iştirak edən dəstə nəinki Qubadlıda, Qarabağda, Azərbaycanda, hətta Ermənistanda belə tanınırdı. Buna səbəb girov aparılan, meyitləri qaytarılmayan azərbaycanlıların yaxınlarının dəstəyə müraciət etməsi nəticəsində dəstə üzvlərinin qısa muddət ərzində Ermənistan ərazisinə keçərək yüksək rütbəli erməniləri əsir götürərək Azərbaycan tərəfinə qayıtması idi. == Dəstə üzvləri == 8 nəfərdən ibarət olan dəstə üzvlərindən ikisi Azərbaycanın Milli Qəhrəmanı adını daşısalar da dəstə üzvlərindən 4-ü "Qaranquş kəşfiyyat dəstəsinin tərkibində cinayət əməlləri törətməkdə təqsirləndirilərək" həbs olunublar. Qalan 2 dəstə üzvü isə Sumqayıt şəhərində keçirilən əməliyyatlar zamanı öldürülüblər. Bildirilənlərə görə 1992-ci ildən son saata qədər rayonun müdafiəsini təşkil edən Qaranquş dəstəsinin altı nəfər üzvü rayonun işğal edilməsinin kökündə xəyanətin durduğunu, xəyanətkarların isə rayon rəhbərliyi olmasını iddia edərək xəyanətkarları cəzalandırmaq məqsədiylə Qubadlı rayon mərkəzinə qayıtmış və polis rəisi Evarist Paşayevi, polis rəisinin sürücüsü Xanlar Nuriyevi, rayon prokuroru Nazim Ağayevi, prokurorluğun müstəntiqi Əyyub Vəliyevi, rayon məhkəməsinin hakimi Sərdar Hüseynovu qətlə yetirmişlər.