Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Biogenez
Biogenez — canlının canlıdan əmələ gəlməsi. == Ədəbiyyat == R. Ə. Əliyeva, Q. T. Mustafayev, S. R. Hacıyeva. "Ekologiyanın əsasları" (Ali məktəblər üçün dərslik). Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2006, s. 478 – 528.
Epigenez
Epigenez - mineral və süxurların, faydalı qazıntıların sonrakı dəyişilmələrinə və yeni əmələgəlmələrin yaranmasına səbəb olan təkrar proseslərdir. Pustovalov epigenez terminindən çökmə süxur əmələgəlmənin gec diagenez mərhələsini adlandırmaq üçün istifadə etmişdir. Bəzi alimlər epigenez litogenezin hər hansı bir mərhələsi hesab etmirlər. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Etnogenez
Etnogenez ( yun. ethnos – xalq və genesis – doğulma) Hər hansı bir xalqın mənşəyi,etnik qrupun formalaşması və inkişafıdır. Bu, qrupun özünü identifikasiyası və ya kənar identifikasiya ilə yarana bilər. Etnogenez termini əvvəlcə 19-cu əsrin ortalarında neologizm idi və sonralar 20-ci əsrdə akademik antropologiyaya daxil edilmişdir. Etnogeni termini etnogenezin variantı kimi də istifadə olunur.
Tektogenez
Tektogenez – (rus. тектогенез, ing. tectogenesis) yer qabığı strukturlarını formalaşdıran tektonik hərəkət və proseslərin məcmusu.
Epigenez (geologiya)
Epigenez - mineral və süxurların, faydalı qazıntıların sonrakı dəyişilmələrinə və yeni əmələgəlmələrin yaranmasına səbəb olan təkrar proseslərdir. Pustovalov epigenez terminindən çökmə süxur əmələgəlmənin gec diagenez mərhələsini adlandırmaq üçün istifadə etmişdir. Bəzi alimlər epigenez litogenezin hər hansı bir mərhələsi hesab etmirlər. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Epigenez (tibbi nəzəriyyə)
Epigenez – orqanizmlәrin ardıcıl olaraq yeni orqanların әmәlә gәlmәsi yolu ilә rüşeymdәn inkişaf etmәsi haqqında nәzәriyyә. Epigenetik anlayışlar әsasәn 17–18 әsrlәrdә preformizmlә mübarizәdә әmәlә gәlmişdir (U. Harvey, İ. Büffon vә xüsusilә K.F. Volf). Sitologiya vә genetikanın uğurları sayәsindә müәyyәn olunmuşdur ki, orqanizmin inkişafı genetik informasiyanın olduğu cinsi hüceyrәlәrin mikrostrukturu ilә müәyyәn edilir. K.Volfun әsәrlәri sayәsindә (18 әsrin sonu) Epigenez konsepsiyası qalib gәldi vә embriologiyanın inkişafına tәkan verdi. 19 әsrin 70–80-ci illәrindә sitologiyanın müvәffәqiyyәtlәri Epigenezi tәkzib edәn irsiyyәtә dair çoxlu konsepsiyanın meydana çıxmasına sәbәb oldu. 19 әsrin sonunda inkişaf mexanikasının tәşәkkülü vitalist xarakterli epigenetik nәzәriyyәlәrin bәrpası ilә nәticәlәndi. 20 әsrdә genetikanın meydana gәlmәsi ilә yalnız xarici, yaxud qeyri-maddi amillәrdәn asılı olan tam yeni törәnәn prosesin inkişafı haqqında primitiv anlayışlar әvәzinә, orqanizmlәrin ontogenez qanunauyğunluqlarını müәyyәnlәşdirәn genetik informasiyalar tәlimi yarandı.