Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Daector
Daector (lat. Daector) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin batraxkimilər dəstəsinin batraxlar fəsiləsinə aid heyvan cinsi.
Elektro
Elektro (Marvel Comics)
Eleanor Porter
Eleanor Tomlinson
Eleanor May Tomlinson (19 may 1992, London) — İngiltərə aktrisası.
Elektro-lüminessensiya
Elektro-lüminessensiya – elektrik cərəyanının təsiri altında maddənin işıq şüalandırması. Elektrolüminessent tablolardan portativ kompüterlərdə maye kristal displeylərin (LCD) işıqlandırılmasında geniş tətbiq olunur. Belə tablolarda, adətən, iki elektrodun (biri, demək olar ki, şəffaf olan) arasında yerləşdirilmiş lüminofor qatından istifadə olunur.
Elektro-optika
Elektro-optika — elektrik sahəsinin təsirilə materialın optik xüsusiyyətlərinin dəyişməsini öyrənən elm və texnika sahəsi. İşığın müxtəlif xüsusi materiallarla yayılması və qarşılıqlı təsiri ilə işləyən komponentləri, cihazları (məsələn, lazerlər, LED-lər, dalğaötürənlər və s.) və sistemləri əhatə edən elektrik mühəndisliyi, elektronika mühəndisliyi, materialşünaslıq və materiallar fizikasının bir hissəsidir. Bu mahiyyət etibarilə bu gün insanlar arasında fotonika kimi təsvir olunanla eynidir. Yalnız "elektro-optik effekt" ilə əlaqəli deyil. Beləliklə, materialların elektromaqnit (optik) və elektrik (elektron) vəziyyətləri arasındakı qarşılıqlı əlaqəyə aiddir. == Elektro-optik cihazlar == Elektro-optik effekt dedikdə, optik aktiv materialın işıqla qarşılıqlı təsiri nəticəsində öz optik xüsusiyyətlərini dəyişməsi başa düşülür. Bu dəyişiklik, adətən, sadəcə mühitin sındırma əmsalında yox, həm də ikiqat şüasınmada da baş verir. Kerr elementində ikiqat şüasınmada baş verən dəyişiklik optik elektrik sahəsinin kvadratı ilə mütənasibdir və material, adətən, mayedir. Pokkels elementində isə ikiqat şüasınmadakı dəyişiklik elektrik sahəsindən xətti asılı olur və material, adətən, kristaldır. Kristal olmayan bərk elektro-optik materiallar aşağı istehsal xərcləri səbəbindən böyük maraq doğurur.
Elevter Andronikaşvili
Elevter Luarsaboviç Andronikaşvili (gürc. ელეფთერ ანდრონიკაშვილი, rus. Элевтер Луарсабович Андроникашвили; 12 (25) dekabr 1910, Sankt-Peterburq – 8 sentyabr 1989, Tbilisi) — Sovet gürcü fiziki. == Həyatı == 1910 (25 dekabr) 1910 12 dekabr ildə Sankt-Peterburqda anadan olmuşdur. Əcdadları güclü zadəganlardan idilər. Onun qardaşı ədəbiyyatşünas İrakli Andronikaşvili idi. 1932-ci ildə Leninqrad Politexnik İnstitutunu bitirdi. 1934-1945-ci illərdə Tbilisi Dövlət Universitetində mühazirə dərsləri deyirdi. 1942-ci ildən Gürcüstan SSR Elmlər Akademiyasının Fizika İnstitutunda işləmiş, 1951-ci ildən bu institutun direktoru olmuşdur. 1940-1941-ci illərdə və sonra 1945-1948-ci illərdə Moskva Fizikia Problemləri İnstitutunda doktorluq dissertasiyası üzərində işləyir, 1948-ci ildə dərəcə alır.
Electra Heart
Electra Heart — uelsli müğənni Marina Diamandisin, Marina and the Diamonds adı altında buraxdığı ikinci studiya albomu. 27 aprel 2012-ci ildə 679 Artists və Atlantic Records tərəfindən yayımlanıb. Marina Diamandis Amerika pop mədəniyyətində tez-tez rast gəlinən müxtəlif qadın stereotiplərini təmsil etmək və tənqid etmək üçün "Elektra Heart" personajını yaratmışdır. Bu personaj dörd fərqli arxetipi təcəssüm etdirir: Evdar qadın (ing. House Wife), Gözəllik Kraliçası (ing. Beauty Queen), Ailə dağıdan (ing. Homewrecker) və işsiz yeniyetmə (ing. Idle Teen). Diamandis cəmiyyətin qadınlara müəyyən rollara uyğunlaşmaq üçün necə təzyiq etdiyini vurğulamaq üçün bu personajdan istifadə edir. O, bu stereotiplərə meydan oxumaq və qadınların çox vaxt cəmiyyətin gözləntiləri ilə necə məhdudlaşdığını göstərməyə çalışır.
Catocala electa
Catocala electa (lat. Catocala electa) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin erebidlər fəsiləsinin catocala cinsinə aid heyvan növü. == Qısa təsviri == Qanadları açılmış halda 65-88 mm-dir. Ön qanadları açıq boz, kül rənglidir, qonur pulcuqlarla qarışıqdır, eninə zolaq qaradır, iç tərəfi aydın görünmür, xarici tərəfi isə dişlidir, orta hissəsində "w" hərfinə oxşar naxış böyükdür. Axırıncının uc hissəsi qanadın kənarına qədər uzanır. Dalğalı zolaq aydın açıqdır və çətin görünür. Böyrəkşəkilli naxış qonur olub, ikiqat haşiyə ilə dövrələnmişdir. Arxa qanadlar al qırmızıdır, xarici kənarı və orta sarğısı qaradır, ətraf saçaqları ağdır, ön qanadlarda olduğu kimi dalğavaridir. == Yayılması == Cənubi və Mərkəzi Avropada, Rusiyanın cənubu və şərqində, Qafqazda, Şərqi Sibirdən Yaponiyaya qədər, Çində, Koreyada. Azərbaycanda isə Böyük Qafqazın dağətəyində və Lənkəran təbii vilayətində yayılmışdır.
Eleanor Anna Ormerod
Eleanor Anna Ormerod (ing. Eleanor Anne Ormerod; d. 11 may 1828 — ö. 19 iyul 1901) — ingilis entomoloqu. == Həyatı == Eleanor Ormerod iqtisadi entomologiya sahəsində fəxri doktorluq dərəcəsi almışdır. 1828-ci ildə İngiltərədə Qərbi Qlosterşirdə (İngiltərə) üst sinif bir ailənin 10 övladından biri olaraq dünyaya gəldi. Eleanor da bir çox digər qız uşaqları kimi ilk təhsilini evdə aldı və uşaqların təhsilinə böyük diqqət yetirən ağıllı, sənətçi qadın olan anası Sara tərəfindən yetişdirildi. Eleanor bacı və qardaşlarının da təhsil almasına kömək etdi. Bu təcrübəsi ona mikroskopdan istifadəni, anatomiyanın əsaslarını və canlıların təsnifatı üsullarını öyrətdi. Eleanor həm ailə kitabxanasını, həm də 800 hektarlıq malikanələrini kəşf edə bilmək üçün çox zaman xərclədi.
Elektro (Marvel Comics)
Elektro (ing. Electro) – Marvel Comics nəşriyyatı tərəfindən 1964-cü ildə yaradılmış komiks personajı. Sten Li və Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə "The Amazing Spider-Man" komiksinin 9-cu sayında peyda olmuşdur. Əsl adı Maksvell Dillon olan Elektro güclərini elektrik stansiyasındakı keçirdiyi qəzadan sonra əldə etmişdir. Məşum altılıq komandasının üzvüdür. Hörümçək-adamın əzəli düşmənidir. Elektro ilk dəfə 2014-cü il istehsalı "Yeni Hörümçək-adam: Yüksək gərginlik" filmində Ceymi Foks tərəfindən canlandırılmışdır. Elektro bir çox Marvel Comics animasiyasında və video oyununda peyda olmuşdur. 2009-cu ildə IGN onu "Bütün dövrlərin ən böyük komiks cinayətkarları" siyahısında 87-ci yerdə göstərmişdir. == Nəşrolunma tarixi == Personaj Sten Li və Stiv Ditko tərəfindən yaradılmışdır.
Eleanor Cek Gibson
Eleanor Cek Gibson (ing. Eleanor J. Gibson) 7 dekabr 1910, Peoriya[d], İllinoys – 30 dekabr 2002, Kolumbiya[d] – ABŞ psixoloqu. 1931-1949-cu illərdə Smit kollecində dərs demişdir. "Perseptiv öyrənmə və inkişafın prinsipləri" (1969) əsərində göstərirdi ki, perseptiv öyrənmə faydalı informasiyalarda sensor stimulyasiyanın əvvəllər buraxılmış imkanlarının yenidən qurulma mexanizminin reallaşdırılması üsuludur. Ən mühüm əsərlərindən biri "Oxu psixologiyası"dır (1975).
Sector 11 azad azarkeş qrupu
"Sektor11" və ya "Sector11" azad azarkeş qrupu — Azərbaycanda mütəşəkkil futbol azarkeş qrupu. == Yaranma tarixi == Yaranma tarixi 1 iyul 2010-cu ildən başlayan qrup "Facebook" sosial şəbəkəsində açılan səhifəsi ilə qısa müddətdə tanınmış və fəal azarkeşləri öz ətrafında toplamağı bacarmışdır. Futbol matçları zamanı oyunu Tofiq Bəhramov adına Respublika Stadionunun 11-ci sektorunundan izlədiklərinə görə "Sector 11" adını qəbul etmişlər. == Fəaliyyəti == Bütün idman növlərində çıxış edən Azərbaycan komandalarını və idmançılarını dəstəkləyirlər. Azərbaycanda ilk dəfə olaraq stadionda xoreoqrafik pankartlar açmışlar. Qrupun 400-ü fəal olmaqla min üzvü var ki, onlar Türkiyədən sifariş edilən xüsusi şərf, üzvlük biletləri və barabanlarla təmin ediliblər. Azarkeş qrupunun rəhbər qurucuları Elnur Şərifli və Araz Əliyevin qərarı ilə "Sector 11" öz rəsmi fəaliyyətini 2013-cü ildə dayandırmışdır. == Mükafatları == "Qarabağ" – "Streymur" maçının mütəşəkkil fan-klubu.