Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Erosion
Şəkərqamışı (lat. Eragrostis) — qırtıckimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Eragrostis airoides Eragrostis albensis Eragrostis amabilis (L.) Wight & Arn. ex Nees Eragrostis atropioides Eragrostis atrovirens (Desf.) Trin. ex Steud. Eragrostis australasica – Swamp Cane-grass Eragrostis bahiensis Schrad. ex Schult. – Bahia Lovegrass Eragrostis barrelieri Daveau Eragrostis basedowii Eragrostis benthamii Eragrostis brownii Eragrostis capillaris (L.) Nees – Tiny Lovegrass, Lace Grass Eragrostis cilianensis (All.) Vignolo ex Janch. – Grey Lovegrass, Candy Grass, Stinkgrass Eragrostis ciliaris (L.) R.Br. Eragrostis clelandii Eragrostis condensata (J.Presl) Steud.
Bredi Ellison
Bredi Ellison (27 oktyabr 1988, Qlendeyl, Arizona, Amerika Birləşmiş Ştatları) — Amerika Birləşmiş Ştatlarını təmsil edən oxatan. Bredi Ellison 2012-ci ildə London Olimpiadasında bir gümüş, 2016-cı ildə Rio-de-Janeyro Olimpiadasında isə bir gümüş və bir bürünc medal qazanıb. Bredi Ellison həmçinin 2013-cü ildə Dünya çempionu olub. == Karyerası == Bredi Ellison karyerasında birinci ciddi uğurunu 2007-ci ildə Pan Amerikan Oyunlarında qazandı. O, Braziliyada keçirilən yarışlarda qızıl medal qazandı. Bredi Ellison karyerasında birinci dəfə Olimpiya Oyunlarına isə 2008-ci ildə qatıldı. Fərdi yarışlarda o, 1/16 final mərhələsində Kanada idmançısa məğlub olaraq mübarizəni medalsız başa vurdu. Bredi Ellison birinci ciddi zəfərini isə 2011-ci ildə Dünya Çempionatında qazandı. İtaliyanın Turin şəhərində baş tutan yarışlarda Bredi Ellison bürünc medal qazandı. Növbəti, 2012-ci il isə Bredi Ellison daha uğurlu oldu.
Harlan Ellison
Harlan Ellison (27 may 1934 27 iyun 2018))—ABŞ fantast yazıçısı. == Həyatı == Harlan Ellison 1934-cü il 27 may tarixində Amerikada dünyaya göz açıb. Onun yəhudi amerikan ailəsi sonralar qaldıqları yeri tərk edir. 1949-cu ildə atasının ölümündən sonra ailə Klivlendə qayıdır. Uşaq yaşlarından tamaşalarda oynayan Harlanın artıq karyerası var idi. Yeniyetmə çağlarından işiylə əlaqədar ailədən kənarda keçirdiyi günlər də onun həyatında dərin izlər buraxır. Zamanla Şimali Karolinada yük maşını sürücüsü, kitab satıcısı, mağaza administratoru kimi işləsə də ədəbiyyatla da məşğul olur.. H. Ellison 1955-ci ildə Nyu-Yorka köçərək burada yaradıcılıqla daha müntəzəm məşğul olmağa başlayır. Əsərlərində elmi fantastikaya üstünlük verən yazıçı iki il ərzində 100-dən çox hekayəni nəşr etdirir. 1956-cı ildə Şarlotta Steinlə evlənən yazar bir il sonra gənc briqadalar haqqında əsərini qələmə alır.
Illusion Softworks
2K Czech — mərkəzi Çexiyada yerləşən şirkət, Videooyun yaradıcısı. 1997-ci ildə Illusion Softworks adı ilə qurulmuşdur.
Lusian Burduyan
Luçan Burdujan (rum. Lucian Burdujan; 18 fevral 1984, Pyatra-Nyamts, Rumıniya) — Rumıniya futbolçusu, Ukraynanın Tavriya klubunun hücumçusu. == Həyatı == 18 fevral 1985-ci ildə anadan olub. == Karyera == Peşəkar karyerasını Çaxlaulda başlayan rumıniyalı 17 yaşında peyda olduğu klubda 2 mövsüm keçirir. 2002/2003 və 2003/2004 mövsümlərində 43 oyuna 8 qol vuran yeniyetmə Rumıniya gənclər yığmasına dəvət alır. Bu komandada 13 görüşə 1 qol vuran istedadı Rumıniyanın aparıcı komandalarından olan Rapid Buxarest sıralarına qatır. 2004-2008-ci illərdə bu komanda ilə iki ölkə kuboku, iki Superkubok və çempionatın bürünc medalını qazanan Burduyan 91 oyuna 2-si avrokuboklarda olmaqla, 22 qol vurur. 2008-ci ilin yayında Vasluy klubuna keçən hücumçunun yeni komandasında debütü Bakıda rəsmiləşir. UEFA İntertoto Kubokunun Neftçi Bakı ilə ilk matçında 70 dəqiqə meydanda olan futbolçu cavab qarşılaşmasının 30-cu dəqiqəsində bakılıların müqavimətini qıran qolun müəllifi olur. Ümumilikdə, o Vasluyda 54 matçda 10 dəfə fərqlənib.
Şemel Luison
Şemel Luison (9 avqust 1990-cı ildə Qrenadada anadan olub) — Trinidad və Tobaqonun Kaledoniya AİA FK klubunda və Qrenada milli futbol komandasında çıxış edən futbolçudur. == Karyerası == === Milli komanda === Luison Qrenada milli futbol komandası ilə 2011 KONKAKAF Qızıl Kubokunda iştirak etmişdir. Onun komandası turnirin ilk oyununda Yamaykaya 4-0 hesabı ilə məğlub oldu. Buna baxmayaraq, Luison öz oyunu ilə müsbət rəylər qazandı.
Elison Pill
Elison Pill (27 noyabr 1985, Toronto) — Kanada aktrisası. == Filmoqrafiyası == === Film === 2002: Perfect Pie 2003: Fast Food High 2005: Dear Wendy 2007: Dan in Real Life 2008: Milk 2010: Scott Pilgrim vs. the World 2011: Goon 2011: Portraits in Dramatic Time 2014: Cooties 2015: Zoom 2017: Goon: Last of the Enforcers === Televiziya === 1998: Anatole 2006: The Book of Daniel 2012: The Newsroom 2016: The Family 2019: Devs === Telefilmlər === 1998: Degas and the Dancer 1999: Different 1999: What Katy Did 2000: Baby 2000: The Other Me 2000: Redwall: The Movie 2001: Midwives 2001: What Girls Learn 2002: The Pilot's Wife 2003: An Unexpected Love 2004: Plain Truth === Video filmlər === 2010: Scott Pilgrim vs. The World vs.
Elson Breçtefeld
Elson Breçtefeld (d. 2 mart 1994) — Naurunu təmsil edən ağır atlet. Elson Breçtefeld Naurunu 2016-cı ildə Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Elson Breçtefeld birinci dəfə Olimpiya Oyunlarına Braziliyanın Rio-de-Janeyro şəhərində qatıldı. XXXI Yay Olimpiya Oyunlarında Breçtefeld birdən qaldıramda 98 kiloqram, təkanla qaldırmada isə 125 kiloqram nəticə göstərdi. Ümumi yekunda isə 223 kiloqram nəticə ilə Elson Breçtefeld 15-ci yeri tutdu.
Luson adası
Luson adası (taqal Luzon, isp. Luzón) — Filippin adaları arasında ərazisinə görə ən böyük ada. Adaların dünyada sahəsinə görə sıralamasında 15-ci yerdə gedir. Adanın sahəsi 109 964,9 km² təşkil edir. Burada 52 990 000 nəfər (2015) yaşayır. Adanın cənubunda Filippinin ən böyük iki şəhəri yerlışir: Manila və Keson. Manila ölkənin paytaxtıdır. Keson isə ölkədə ən çox əhalisi olan şəhərdir. Qədim xəritələrdə adanın adı Lusoniya və ya Yeni Kastilya olmuşdur. Adada yaşıyanlara hər zaman Lusonlular deyilirdi.
Gertrud Elion
Gertrud Elion(23 yanvar 1918[…], Nyu-York, Nyu-York ştatı – 21 fevral 1999[…]) — Amerikalı biokimyaçı və farmakoloq. 1988-ci ildə Fiziologiya və ya tibb üzrə "Nobel" mükafatını alıb. Bir çox yeni dərmanlar hazrlayıb. İstifadə etdiyi innovativ tədqiqat üsulları sonradan QİÇS'ə qarşı mübarizə aparan zidovudinin hazırlanmasına səbəb olub. == Həyatı == Nyu-Yorkda immiqrant valideynlər üçün anadan olmuş Gertrud Elion ilk gəncliyini atasının diş həkimi olduğu Manhettendə keçirib. Qardaşı dünyaya gələndə ailə Bronksa köçüb. 15 yaşında Nyu-York şəhərindəki Hunter Kollecinə daxil olub və 19 yaşında kimya fakültəsini əla qiymətlərlə bitirib. O, məzun olduqdan sonra iş tapmaqda çətinlik çəkib. Laborator kimi iş tapıb və Nyu-York Universitetinə qayıdıb. Elion 1941-ci ildə magistr dərəcəsi üzrə işi bitirərkən bir neçə il liseydə əvəzedici müəllim kimi çalışıb.
Love, Chunibyo & Other Delusions
Love, Chunibyo & Other Delusions (azərb. Sevgi, çunibyo və digər xəyallar‎), Yaponiyada tanınan adı ilə Chuunibyou demo Koi ga Shitai! (中二病でも恋がしたい!, Chūnibyō demo Koi ga Shitai!, Hətta 8-ci sinif sindromu ilə belə, mən aşiq olmaq istəyirəm) və ya qısaca Chū-2 — Nozomi Osakanın rəssamlığı ilə Torako tərəfindən yazılan ranobe seriyası. Əsər 2010-cu ildə Kyoto Animation mükafatı müsabiqəsində uğur qazandıqdan sonra şirkət 2011-ci ilin iyununda ranobeni nəşr etməyə başlamışdır. 4 oktyabrdan 19 dekabr 2012-ci ilə kimi Kyoto Animation tərəfindən istehsal olunmuş anime serialı və YouTube vasitəsilə ilə hərəsi 6 dəqiqə olmaqla 6 seriyadan ibarət "Lite" ONA seriyası yayımlanmışdır. 2013-cü ilin sentyabrında anime filmi buraxılmışdır. Anime serialının ikinci mövsümü "Love, Chunibyo & Other Delusions -Heart Throb-" 2014-cü ilin yanvarından martına kimi nümayiş etdirilmişdir. Yeni hekayəyə malik ikinci film "Love, Chunibyo & Other Delusions! Take on Me" 6 yanvar 2018-ci ildə buraxılmışdır. Anime Şimali Amerikada Sentai Filmworks, Avstraliya və Yeni Zelandiyada Madman Entertainment, Böyük Britaniyada Manga Entertainment və Animatsu Entertainment, Fransada Kaze, Tayvanda Mighty Media tərəfindən lisenziyalaşdırılmışdır.
Allah canınızı sağ eləsin, Cənab Rozuoter
Allah canınızı sağ eləsin, Cənab Rozuoter (ing. God Bless You, Mr. Rosewater) — Kurt Vonnequtun 1965-ci ildə nəşr olunmuş romanı. == Məzmun == Eliot Rozouter, könüllü yanğın söndürən, alkoqol aludəçisi və sanballı Rozouter fondunun prezidentidir. O, insan təbiəti ilə əlaqədar maraqlı təcrübəni həyata keçirmək qərarını verir. Bu yolda ona yazıçı Kilqor Traut kömək edir. Allah canınızı sağ eləsin, Cənab Rozuoter Kurt Vonnequtunun insan təbiətinin xəsislik, ikiüzlülük və saxtakarlıq kimi xüsusiyyətlərini və bu xüsusiyyətlərin qurub-quraşdırdığı mürəkkəb mexanizmlərdən ibarət sosial sistemləri hədəf almış satirik romanlarından birisidir. Birinci dəfə 1964-cü ildə nəşr olunan əsər, Eliot adlı obrazın xeyriyyəçi faəliyyətləri və könüllü yanğın söndürən kimi çalışması vasitəsi ilə öz mənəvi axtarışlarını özündə ehtiva edən əsərdir. Əsər Amerika cəmiyyətinin dini, siyasi, sosial və ən əsası iqtisadi - kapitalistik müstəvidə olan tənqidi və satirasıdır.