Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sat.1 Emotions
«Sat.1 Emotions» — Alman dilində yayımlanan və «ProSiebenSat.1 Media» şirkətinin sahibləndiyi Almaniya ödənişli telekanalı. Telekanal 3 may 2012-ci ildə saat 20:15-də yayıma başlamışdır. Kanal «Sat.1 Comedy» telekanalının əvəzinə yaradılmışdır. «ProSiebenSat.1 Media» şirkəti həmçinin daha iki ödənişli telekanalın, «kabel eins classics» və «ProSieben Fun» telekanallarının sahibidir. «Sat.1 Emotions» gündəlik 24 saat yayımlanır. Alman sabun operaları, serialları və filmləri bu telekanalda yayımlanır. Bəzi günlərdə beynəlxalq filmlər və seriallar da nümayiş olunur. == Paylanma == «Sat.1 Emotions» kabel şəbəkə operatorunun SD və ya HD formatından asılı olaraq kabel və IPTV vasitəsilə Almaniya və Avstriyada yayımlanır.30 iyun 2016-cı ilə kimi telekanal «Sky Deutschland» peyk platformasında mövcud olmuşdur.
Emotikon
Emotikon – (slenq) emotion + icon; elektron yazışmalarda emosiyaları bildirmək üçün çox zaman sözlərin yerinə istifadə olunan simvollar ardıcıllığı. Emotikonlarda istifadə olunan hər simvolun öz anlamı var: ikinöqtrə gözü, defis burnu, mötərizə ağzı bildirir. Aşağıda geniş istifadə olunan emotikonlardan bəziləri göstərilib.
American Beauty: Original Motion Picture Score
“American Beauty: Original Motion Picture Score” 1999-cu ildə təqdim edilmiş “Amerikansayağı gözəllik” filminin Tomas Nyuman tərəfindən yazılmış orijinal film musiqisidir. Film, Ən Yaxşı Orijinal Film Musiqisi nominasiyasında Oskar mükafatına (“Qırmızı violonçel” filmi qazanmışdır) və eyni nominasiyada Qızıl Qlobus mükafatına ("1900-ün əfsanəsi" filmi qazanmışdır) namizd göstərilmiş BAFTA mükafatlarının təqdim edilməsi mərasimində “Film Musiqisinə görə Entoni Osquit Mükafatı”na layiq görülmüşdür. Film musiqisi albomu “Bədii film, televiziya və ya digər visual mediada Ən Yaxşı Orijinal Musiqi” nominasiyasında Qremmi mükafatına layiq görülmüş, prodüsser Bill Bernşteyn, mühəndis Dennis Sends və Nyuman mükafat almışlar. Film musiqisi albomu 5 oktyabr 1999-cu ildə həm də “American Beauty: Music from the Original Motion Picture Soundtrack” adı ilə çıxarılmışdır. Həmin alboma müxtəlif ifaçıların mahnıları daxil edilmişdi ki, onlardan ikisi - "Dead Already" və "Any Other Name." – də Nyumanın yazdığı musiqilər idi. 'Any Other Name', 'Dead Already' və 'American Beauty' musiqilər filmin treylerlərində də istifadə edilmiş və film musiqiləri arasında ən məşhurları olmuşlar. == Treklərin siyahısı == "Dead Already" 3:17 "Arose" 1:05 "Power of Denial" 1:43 "Lunch with the King" 2:26 "Mental Boy" 1:43 "Mr.
Brokeback Mountain: Original Motion Picture Soundtrack
Brokeback Mountain: Original Motion Picture Soundtrack - Enq Linın "Qozbel dağ" filminin musiqilərinin satışa çıxarıldığı albom. Albom 1 noyabr 2005-ci ildə buraxılmışdı. == Musiqi albomu == "Qozbel dağ" filminin orijinal film musiqisi albomu 2005-ci ildə satışa çıxarılmışdır. Orijinal partitura və musiqinin bəstəkarı Qustavo Santaolalladır. Bütün dünya üzrə albomun 300 000-dən artıq nüsxə ilə satılmışdır ki, ondan da 100 000-i ABŞ-nin payına düşürdü.Albom iki Qızıl Qlobus mükafatına nominasiya almışdır: Ən yaxşı orijinal musiqi və Ən yaxşı orijinal mahnı ("A Love That Will Never Grow Old"), həmçinin Qremmi mükafatına da nominasiya edilmişdi. == CD trek siyahısı == "Opening" - Qustavo Santaolalla – 1:31 "He Was a Friend of Mine" - Villi Nelson – 4:42 "Brokeback Mountain I" - Qustavo Santaolalla – 2:32 "A Love That Will Never Grow Old" - Emmylou Harris – 3:20 "King of the Road" - Teddi Tompson & Rufus Ueynrayt – 2:53 "Snow" - Qustavo Santaolalla – 1:18 "The Devil's Right Hand"- Stiv Örl – 2:34 "No One's Gonna Love You Like Me" - Meri Mak Brayd – 3:06 "Brokeback Mountain II" - Qustavo Santaolalla – 1:59 "I Don't Want to Say Goodbye"- Teddi Tompson – 3:12 "I Will Never Let You Go" - Ceki Qrin – 1:55 "Riding Horses" - Qustavo Santaolalla – 1:24 "An Angel Went Up in Flames" - The Gas Band – 2:36 "It's So Easy" - Linda Ronstadt – 2:27 "Brokeback Mountain III" - Qustavo Santaolalla – 2:14 "The Maker Makes" - Rufus Ueynrayt – 3:50 "The Wings" - Qustavo Santaolalla – 1:52 == "The Wings" CD sinqlı üçün trek siyahısı == "The Wings" (Gabriel & Dresden's Organized Nature Remix) "The Wings" (Manny Lehman, Tony Moran & Warren Rigg Collaboration Remix) "The Wings" (Manny Lehman Remix) == Tam soundtrek siyahısı == Filmdə orijinal kompozisiyalar istifadə olunmuşdu: "Universal Pictures fanfara" – Ekranda Universal Pictures titrları "Focus Features fanfara" – Ekranda Focus Features titrları "River Road Entertainment fanfare" – Ekranda River Road Entertainment titrları "Opening" - Qustavo Santaolalla – Filmin əvvəli; Ennis Signala (Vayominq) gəlir "Brokeback Mountain #1" - Qustavo Santaolalla – Cek & Ennis qoyunları otarmağa gedirlər "Camp" - Qustavo Santaolalla – Cek və Ennis qoyunları otaran vaxt №1 lagerinə üz tuturlar. "Streets of Laredo (song)" ("Laredo küçəsi" ilə də tanınır) – Ennis dağda ayının izinə düşür "Carrying Sheep" - Qustavo Santaolalla – Montaj: Cek düşərgədən çıxaraq Ennislə birgə palatka qurur. Amma Cek, palatkaların "düz quraşdırılmadığını" deyir "Harmonica #1" - Qustavo Santaolalla – Cek riffdə "O mənim dostum idi" mahnısını çalır (No. 53) "Water Walkin' Jesus" – Cek və Ennis ocağın ətrafında din haqqda söhbət edirlər. "Getting Drunk" - Qustavo Santaolalla – Ennis, viskidən çox içərək sərxoş olur və ocağın yanında yatır "Horse Love" - Qustavo Santaolalla – Ennis düşərgəni tərk edir; ölü qoyunları tapır; palatkada Cek və Ennis cinsi əlaqədə olurlar.
Embrion
Embrion — çoxhüceyrəli bir orqanizmin inkişafının başlanğıc mərhələsidir. Ümumiyyətlə, cinsi olaraq çoxalan orqanizmlərdə embrional inkişaf döllənmədən dərhal sonra başlayan və toxuma və orqanlar kimi bədən quruluşlarının meydana gəlməsi ilə davam edən həyat dövrünün bir hissəsidir. Hər bir embrion, ziqot kimi inkişafına, hüceyrələrin birləşməsindən (yəni bir dişi yumurtanın erkək sperma ilə mayalanmasından) əmələ gələn ayrı bir hüceyrə kimi başlayır. Embrional inkişafın ilk mərhələlərində, tək hüceyrəli bir ziqot, hüceyrələrin dolaşığına bənzəyən bir blastula meydana gətirmək üçün parçalanma adlanan bir çox sürətli hüceyrə bölgüsünə məruz qalır. Sonra blastula mərhələsindəki embrion hüceyrələri qastrulyasiya adlanan bir müddətdə özlərini təbəqələrə düzəltməyə başlayırlar. Bu təbəqələrin hər biri inkişaf edən çoxhüceyrəli orqanizmin sinir sistemi, birləşdirici toxuma və orqanlar kimi fərqli hissələrini meydana gətirir. == Etimologiya == İlk dəfə 14-cü əsrin ortalarında ingilis dilində təsdiqlənmiş "embrion" sözü orta əsrlərdə latınca "embrion"dan, özü isə yunan dilindən embμβρυον (embrion) gəlir. Hərifi mənası gənc deməkdir. Yunan termininin latınlaşdırılmış düzgün forması embriondur. == İnkişaf == === Heyvan embrionları === Heyvanlarda mayalanma, hüceyrələrin birləşməsindən (məsələn, yumurta və sperma) əmələ gələn yeganə hüceyrə olan ziqotun yaradılması ilə embrional inkişaf prosesi ilə başlayır.
Erosion
Şəkərqamışı (lat. Eragrostis) — qırtıckimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Eragrostis airoides Eragrostis albensis Eragrostis amabilis (L.) Wight & Arn. ex Nees Eragrostis atropioides Eragrostis atrovirens (Desf.) Trin. ex Steud. Eragrostis australasica – Swamp Cane-grass Eragrostis bahiensis Schrad. ex Schult. – Bahia Lovegrass Eragrostis barrelieri Daveau Eragrostis basedowii Eragrostis benthamii Eragrostis brownii Eragrostis capillaris (L.) Nees – Tiny Lovegrass, Lace Grass Eragrostis cilianensis (All.) Vignolo ex Janch. – Grey Lovegrass, Candy Grass, Stinkgrass Eragrostis ciliaris (L.) R.Br. Eragrostis clelandii Eragrostis condensata (J.Presl) Steud.
Ekoton
Ekoton — iki qonşu biosenoz arasında olan keçid hissə. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Erozion terras
Erozion terras - (Özüllü terras) - (rus. коренная терраса / rock-terrace, rock bench erosion terrace/, ing. laccolith) ana süxur­lardan ibarət və üzəri nazik allüvial çöküntülərlə örtülmüş, terras. Bu terraslar adətən qədim və yüksək olurlar.
The İstanbul Edition
The İstanbul Edition — İstanbulda otel "The İstanbul Edition" oteli İstanbulun Levent məhəlləsində 20 noyabr 2003-cü ildə terror hücumuna məruz qalan və Azərbaycan əsilli iş adamı Mübariz Mənsimov tərəfindən 90 milyon dollara satın alınan HSBC bankın binasının yerində yaradılıb. Otelin rəsmi açılışı 4 may 2011-ci ildə keçirilib. Qırmızı lenti Türkiyənin mədəniyyət və turizm naziri Ertuğrul Günay, İstanbul valisi Hüseyin Avni Mutlu, Mübariz Mənsimov və ortağı İsgəndər Xəlilov kəsiblər. Açılış mərasiminə Hollivud ulduzu Diane Kruge və sevgilisi Joshua Jackson, ingilis modelyeri Riçard Nicoll, o cümlədən Mübariz Mənsimovun yaxın dostları qatılıb. Qonaqlara şampana qonaq ediliblər. Səhnədə müğənni Sezən Aksu yer alıb. Qeyd edək ki, 2 il ərzində binanın 78 nömrəsi olan otelə çevrilməsi üçün 60 milyon dollar sərmayə qoyulub. Otelin bir nömrəsinin bir günlük qiyməti 400 dollardan başlayır. Oteldə kral dairəsinin 1 günlük qiyməti isə 7 min 500 dollardır. Otel "Marriott International"ın "Editon" markası altında fəaliyyət göstərəcək.
Windows 98 Second Edition
Windows 98 , Microsoft tərəfindən Windows 9x ailəsinin Microsoft Windows əməliyyat sistemlərinin bir hissəsi olaraq hazırlanmış istehlakçı yönümlü əməliyyat sistemidir . 9x xəttindəki ikinci əməliyyat sistemi, Windows 95 -in varisidir və 15 may 1998-ci ildə istehsala buraxılmışdır və ümumiyyətlə, 25 iyun 1998-ci ildə pərakəndə satışa buraxılmışdır. Sələfi kimi o, 16-bit və hibriddir. MS-DOS əsasında yükləmə mərhələsi ilə 32-bit monolit məhsuldur . Windows 98 veb-inteqrasiya edilmiş əməliyyat sistemidir və sələfi ilə çoxsaylı oxşarlıqlara malikdir. Onun təkmilləşdirmələrinin əksəriyyəti kosmetik idi və ya istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuşdu, lakin sistemin funksionallığını və imkanlarını artırmaq üçün təqdim edilmiş bir neçə funksiya, o cümlədən təkmilləşdirilmiş USB dəstəyi və əlçatanlıq, habelə DVD pleyerlər kimi aparat təkmilləşdirmələri üçün dəstək var. Windows 98 Windows-un Windows Sürücü Modelini qəbul edən ilk nəşri idi və Disk Təmizləmə , Windows Yeniləmə , çox monitor dəstəyi və İnternet Bağlantısı Paylaşımı kimi Windows-un gələcək nəsillərində standart olacaq funksiyaları təqdim etdi . Microsoft Windows 98-i tamamilə təkmilləşdirilmiş növbəti nəsil Windows deyil, Windows 95-ə "tənzimləmə" kimi təqdim etdi. Buraxıldıqdan sonra o, veb-inteqrasiya edilmiş interfeysi və istifadə rahatlığı, eləcə də Windows 95-də mövcud olan problemlərin həlli üçün ümumiyyətlə yaxşı qarşılandı, baxmayaraq ki, bəziləri onun sələfindən əhəmiyyətli dərəcədə daha sabit olmadığını qeyd etdi. Windows 98 təqribən 58 milyon lisenziya satdı və 5 may 1999-cu ildə buraxılan Windows 98 İkinci Nəşr (SE) kimi tanınan bir əsas yeniləmə gördü.
Embrion gizli ov edir (film, 1966)
Embrion gizli ov edir (yap. 胎児が密猟する時 Taiji ga mitsuryô suru toki, ing. The Embryo Hunts in Secret)- 1966-cı ildə istehsal olunmuş Yaponiyanın Erotik filmidir. == Məzmun == Film boyu ər öz həyat yoldaşını vəhşivəsinə döyür və onunla çox aşağı səviyyədə rəftar edir. Ər arvadını döyərək ona keçmiş arvadını çox bənzədiyini bildirir. Keçmiş arvadı isə onun döyülməsindən qaçaraq başqa bir yerdə uşaq dünyaya gətirməyə getmişdir. Lakin sonradan süjetdən məlum olur ki, ərinin arvadını döyməsinə əsas səbəb hamiləliyi bitirən zaman özünü asaraq öldürən anası səbəb olur... == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Embrion gizli ov edir — Internet Movie Database saytında.
Syndicat national de l'édition phonographique
The Syndicat national de l'édition phonographique (SNEP) — Fransada musiqi industriyası ilə məşğul olan şirkət. Şirkət 1922-ci ildə yaradılmışdır.