Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Empoli FK
Empoli FK — İtaliyanın Empoli şəhərini təmsil edən peşəkar futbol klubu. Klub ev matçlarını təxminən 20.000 tamaşaçı tutumu olan Karlo Kastellani stadionunda keçirir. Klubun Avropada əldə etdiyi ən yaxşı nəticə, UEFA Kubokunun 2007–08 mövsümundə iştirak olmuşdur. == Tarixi == Klub 1920-ci ildə yaradılıb. 1946–47 mövsumundə tarixində ilk dəfə B Seriyasında iştirak edib. Klub daha bir mövsüm, 1947–48 mövsümundədə B Seiyasında çıxış edib. Ancaq bundan sonra təkrar aşağı liqaya duşub və 35 il aşağı liqalarda çıxış edib. 1983/84 mövsümündə klub inkişaf edərək İtaliya B Seriyasına yüksələ bilir. 3 ildən sonra klub artıq A Seriyasına vəsiqə qazanır. Burada debüt oyununda İnteri sensasiyalı şəkildə məğlub ediri — 1: 0.
Eloy
Eloy – Almaniya proqressiv/psixodelik/kraut rok qrupudur. Qrup 1969-cu ildə Frank Bornemann tərəfindən yaradılmışdır. Qrup illər boyu çox üzv dəyişsə də Frank dəyişməz üzv olaraq qalmışdır. Eloy illərlə fəaliyyət göstərsə də 1998-ci ildəki Ocean 2 albomundan sonra məşhurlaşmışdır. Musiqi tərzi Pink Floyd, King Crimson, Yes qruplarının tərzinə yaxındır. == Adı == Qrupun adı H.G.Wells adlı yazarın The Time Machine (Zaman Maşını) kitabından götürülüb. Kitabda 800.000 il sonrakı dünyada yaşayan insan irqi Eloy adlanır.
Eloy İmaniraquya
Eloy İmaniraquya (1 yanvar 1995) — Ruandalı üzgüçü. Eloy İmaniraquya Ruandanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Eloy İmaniraquya birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 26.43 saniyəlik nəticəsi ilə 68-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
The Empty Box and Zeroth Maria
The Empty Box and Zeroth Maria, Yaponiyada tanınan adı ilə Utsuro no Hako to Zero no Maria (空ろの箱と零のマリア, azərb. Boş qutu və sıfırıncı Mariya‎) və ya qısaca Hakomari (箱マリ) — Tetsuonun rəssamlığı ilə Eyci Mikaqe tərəfindən yazılmış ranobe seriyası. 10 yanvar 2009-cu ildən 10 iyun 2015-ci ilə kimi ASCII Media Works nəşriyyatı tərəfindən 7 cildi buraxılmışdır. Polşada Waneko, Şimali Amerikada Yen Press nəşriyyatı tərəfindən lisenziyalaşdırılmışdır. == Məzmun == Kazuki Hoşino adi lisey tələbəsidir. Normal gündəlik həyat tərzi keçirir, dostları ilə əylənir. Lakin məktəb ilinin başa çatmasına bir gün qalmış – 2 martda onun sinfinə Aya Otonaşi adlı gözəl qızın gələcəyi məlum olur. Otonaşi sinfə daxil olar-olmaz üzünü Kazukiyə çevirərək bu sözləri deyir: "Mən səni məğlub etməyə gəlmişəm. Bu mənim 13.118-ci məktəb transferimdir və mənim belə bu qədər təkrardan sonra narahat olmamam əldə deyil. Buna görə də dəyişiklik olsun deyə bu dəfə müharibə elan edirəm".
The Empty Box and the Zeroth Maria