işlənmək
işlətmək
OBASTAN VİKİ
İşlənmiş yağlar
İşlənmiş yağlar tərkibində əsasən parafin və aromatik karbohidrogenlər, qocalma məhsulları və metallar olan dizel,aviasiya,həmçinin hidravlik sistemlərdə və transmissiyalarda istifadə olunan yağlardır. == Tərkibi == Metallar əsasən qurğuşundan ibarətdir. Bu metallar yanacağa qatılan qurğuşun antidefonatorların istifadəsi ilə yağa düşür. Son 70-ci illərdə bu defonatorlara qoyulan məhdudiyyətlə onun istifadəsi hazırda 1,0%-dən 0,1%-dək düşmüşdür. Buna baxmayaraq işlənmiş yağların tərkibində onun azacıq miqdarı ekoloji problem yaradır. Müxtəlif çətinliklərə baxmayaraq işlənmiş yağlardan faydalanmaq aktuallığı davam edir. == Emal prosesləri == Emal prosesləri üç əsas istiqamətdə aparılır: baza komponentlərinin alınması; işlənmiş yağların təyinat növləri ilə regenerasiyası, bu halda qocalma prosesi ilə tərkibdə qalan aşqarların parçalanmasının qarşısını almaqla əmtəə yağlarının yenidən bərpası; işlənmiş yağlar qarışığından emal prosesi ilə yanma sobalarında istifadəsinin təyini. == Toksikliyi == Təəssüf ki, sürtkü yağlarının işlənmiş nümunələrinin ətraf mühitə təsiri və onların müxtəlif sənaye tullantıların ətraf mühitə neqativ təsirini qiymətləndirən yeganə metod olmadığından onların verdiyi ziyanı kəmiyyətcə qiymətləndirmək mümkün olmur. Bu isə insanların zəhərlənməsi ilə əlaqədar onların əmək qabilyyətinin itirməsi, kadrların azalması, milli gəlirin aşağı düşməsi və s. ilə nəticələnir.
İşlənmiş qazın çıxması sistemi
Səsboğucu – Daxili yanma mühərrikində yanan qazın xaric edilməsinə kömək edən qurğunun adıdır. Mühərrik işləyən zaman yaranan artıq qazlar bu qurğunun köməyi ilə çölə çıxarılır. Mühərrikin səsboğucu hissəsindən son çıxışa qədər çoxsaylı susdurucularla gurultu minimuma endirilərək səssiz bir qaz çıxarılmasına şərait yaradılır.

Digər lüğətlərdə

бе́столочь ворча́ть ки́ви-ки́ви па́лубление прижига́ться раздобыва́ться тонкоко́жий чинонача́льство эвдемонисти́ческий акварели́ст облегчи́ться парниково́дческий табли́чка гомар овсень dog in the manger fighting cock impleach Sevan tyndallization yellow долина непарный свыкнуться терпеливость