Endokrin xəstəliklər
Endokrin xəstəliklər — endokrin sistemin pozulması nəticəsində baş verir. Endokrinoloji xəstəliklərlə məşğul olan tibb sahəsi endokrinologiya kimi tanınır.
== Xəstəliyin növləri ==
Ümumiyyətlə, endokrin xəstəliklərini 3 qrupa bölmək olar:
Endokrin vəzilərinin hipofunksiyası/hiposekresiyası — hormon çatışmazlığına səbəb olur
Endokrin vəzilərinin hiperfunksiyası/hipersekresiyası — hormon artıqlığına səbəb olur
Endokrin vəzilərinin şişləri — xoş və ya bədxassəli.
Endokrin pozuntular çox vaxt olduqca mürəkkəbdir və endokrin sistemdə iştirak edən əks əlaqə mexanizmləri səbəbindən hiposekresiyanın və hipersekresiyanın qarışıq modelini əhatə edir. Məsələn, hipertiroidizmin əksər formaları artıq tiroid hormonu və tiroid stimullaşdırıcı hormonun aşağı səviyyədə olması ilə əlaqələndirilir.
== Xəstəliklərin siyahısı ==
=== Qlükoza homeostazının pozulması ===
Şəkərli diabet
Şəkərli diabetin 1-ci tipi
Şəkərli diabetin 2-ci tipi
Hamiləlikdə şəkərli diabet
Gənclərdə yetkinlər tipli şəkərli diabet
Hipoqlikemiya
İdiopatik hipoqlikemiya
İnsulinoma
Qlükaqonoma
=== Qalxanabənzər vəzin pozuntuları ===
Zob xəstəliyi
Hipertireoz
Diffuz zəhərli zob
Zəhərli düyünlü zob
Hipotireoz
Tiroidit
Haşimoto uru xəstəliyi
Qalxanabənzər vəzin xərçəngi
Qalxanabənzər vəzi hormonlarına qarşı müqavimət
=== Kalsium homeostazının pozulması və metabolik sümük xəstəlikləri ===
Qalxanabənzər ətraf vəziləri
Birinci dərəcəli hiperparatiroidizm
İkinci dərəcəli hiperparatiroidizm
Üçüncü dərəcəli hiperparatiroidizm
Hipoparatiroidizm
Psevdohipoparatiroidizm
Osteoparoz
Paget sümük xəstəliyi
Raxit
Osteomalasiya
=== Hipofiz vəzinin pozuntuarı ===
==== Posterior hipofiz vəzi ====
Şəkərsiz diabet
Uyğun olmayan antidiuretik hormon sindromu
==== Ön hipofiz vəzi ====
Hipopituitarizm
Hipofiz adenoması
Prolaktinoma
Akromeqaliya
İtsenko-Kuşinq xəstəliyi
=== Cinsi hormon pozuntuları ===
Cinsi inkişafın pozuntuları
Hermofroditizm
Qonadal disgenez
Androgenlərə həssaslıq sindromu
Hipoqonadizm
İrsi (genetik və xromosomal) pozuntular
Kallman sindromu
Klaynfelter sindromu
Şereşevski – Terner sindromu
Qazanılmış pozuntular
Birinci dərəcəli yumurtalıq çatışmazlığı (erkən menopoz kimi də tanınır)
Hipoqonadizm
Yetkinlik dövrünün pozuntuları
Gecikmiş yetkinlik
Erkən yetkinlik
Menstrual funksiya problemləri
Amenoreya
Polikistik yumurtalıq sindromu
=== Başqa yerdə qeyd olunmayan endokrin vəzilərin şişləri ===
Çoxsaylı endokrin neoplaziyası
Vermer sindromu
Sippl sindromu
Çoxsaylı endokrin neoplaziyası tip IIb
Karsinoid sindromu
== Endokrin fövqəladə halları ==
Endokrinologiyada fövqəladə hallara diabetik ketoasidoz, hiperosmolyar hiperqlikemik vəziyyət, hipoqlikemik koma, kəskin adrenokortikal çatışmazlıq, feokromositoma kriz, hiperkalsemik kriz, miksedematoz koma və hipofiz apopleksiyası daxildir.
Dekompensasiya olunmuş paratiroid feokromositoması və ya adenoması nəticəsində yaranan fövqəladə hallar bəzən aqressiv tibbi terapiya xəstənin vəziyyətini idarə edə bilmədikdə təcili rezeksiyaya yönəldilir. lakin cərrahi risklər əhəmiyyətlidir, xüsusilə qan təzyiqinin labilliyi və rezeksiyadan sonra ürək-damar sisteminin kollaps ehtimalı müvafiq olaraq katekolaminlərdə və kalsiumda tədricən normallaşma ilə kompensasiya edilməlidir.
Xüsusilə daha yeni və daha effektiv dərmanlar və müalicələr baxımından xəstəni sabitləşdirmək üçün davamlı cəhdlərdən sonra təcili və ya seçmə cərrahiyyədən fərqli olaraq təcili cərrahiyyənin nə vaxt məqsədəuyğun olduğu hələ də müzakirə olunur.