Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dikson-Entrans boğazı
Dikson-Entrans boğazı (ing. Dixon Entrance) -Boğaz Sakit okeanın şimal-şərqində Alyaska və Vaşinqton ştatları arasında yerləşir. Üstəlik boğaz Kanada və ABŞ sərhəddini təşkil edir. İnzibati cəhətdən isə ABŞ tərəfdən Alyaska ştatının və Kanadadan isə Britaniya Kolumbiyası ərazisini təşkil edir. == Coğrafiyası == Boğaz Hayda-Quain adasını Aleksandr arxipelaqından ayırır. Ondan cənubda Hekate boğazı, şimalda isə Klarens boğazı ilə birləşir. Uzunluğu və eni 80 km təşkil edir. Boğaz əsasən buzlaşmanın nəticəsində əmələ gəlmişdir. == Tarixi == Boğaz Kanada və ABŞ arasında ərazi mübahisəsi olaraq qalır. Belə ki, Kanada A-B xətti deyilən anlayışa əsasən boğaz sularını beynəlxalq dəniz suları hesab edərək iki ölkə arasında sərhəd təşkil etdiyini bildirir.
Antrakt
Antrakt (fr. Entr'acte; alm. Zwischenspiel‎ və ya Zwischenakt; isp. Intermedio; it. Intermezzo) — teatr və ya oxşar səhnə sənətlərində, iki pərdə arasında keçən zaman, verilən ara.
İntranet
İntranet (ing. intranet) – İnternet standartlarından, texnologiyalarından və proqram təminatından istifadə edən korporativ şəbəkə. İntranet şəbəkələrini İnternet üzərindən icazəsiz girişdən qorumaq üçün onlar brandmazuer (FIREWALL) vasitəsilə xarici istifadəçilərdən təcrid oluna bilər, yaxud kənardan girişi olmayan avtonom şəbəkə kimi fəaliyyət göstərə bilər. Adətən, şirkətlər intranet şəbəkələrini öz əməkdaşları üçün yaradır, ancaq işgüzar partnyorlarına və başqa qrup istifadəçilərə də həmin şəbəkədən istifadə imkanı verə verə bilərlər. Bu halda şəbəkə intranet deyil, ekstranet (EXTRANET) adlandırılır. Internet protokolları olan TCP/IP protokolları ilə korporativ şəbəkə də qurmaq olar. Bu şəbəkədə də İnternetdə olduğu kimi HTML səhifələri, keçidlər, URL ünvanları, Veb-saytlar yerləşdirmək olar və bu şəbəkənin İnternet şəbəkəsinə qoşulmağı o qədər də vacib deyil. Belə şəbəkə İntanet (İntraşəbəkə) adlanır və İnternetdən fərqi ondan ibarətdir ki, xaricdən bu şəbəkəyə müraciət mümkün deyil. İntranetin köməyi ilə informasiya mübadiləsi təşkilat daxilində aparılır ki, bu da həm vaxta, həm də pula qənaət deməkdir. Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilmiş, onun əhatə dairəsi dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, sosial-iqtisadi sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə insanların həyat tərzini əhatə etmişdir.
Şodon-Norant
Şodon-Norant (fr. Chaudon-Norante, oks. Chaudon e Noranta) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04055. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 144 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 100 nəfər arasında (15–64 yaş) 72-i iqtisadi, 28-i fəaliyyətsizdir (fəaliyyət göstərici 72,0%, 1999-cu ildə 71,8%). Fəal olan 72 nəfərdən 66 nəfər (33 kişi və 33 qadın) işləyir, 6 nəfər işsizdir (1 kişi və 5 qadın).
Enant turşusu
Enant turşusu (heptan turşusu ) СH3(CH2)5СООН - birəsaslı doymuş karbon turşusudur. Bu yağlıtəhər rəngsiz maye xoşagəlməz qoxumuş yağ iyinə malikdir. Enant turşusunun duzları və anionları enantatlar adlanır. Enant turşusu suda az, lakin etanolda yaxşı həll olur. == İzomerləri == Enant turşusunun aşağıdakı izomerləri var: n-heptan turşusu СН3-СН2-СН2-СН2-СН2-СН2-COOH 5-metilheksanturşusu СН3-СН(СН3)-СН2-СН2-СН2-COOH 4-metilheksanturşusu СН3-СН2-СН(СН3)-СН2-СН2-COOH 3-metilheksanturşusu СН3-СН2-СН2-СН(СН3)-СН2-COOH 2- metilheksanturşusu СН3-СН2-СН2-СН2-СН(СН3)-COOH 3-etilpententurşusu СН3-СН2-СН(СН2-СН3)-СН2-COOH 2-etilpententurşusu СН3-СН2-СН2-СН(СН2-СН3)-COOH == Mənbə == Merck Index, 11th Edition, 4581 David J. Anneken, Sabine Both, Ralf Christoph, Georg Fieg, Udo Steinberner, Alfred Westfechtel "Fatty Acids" in Ullmann's Encyclopedia of Industrial Chemistry 2006, Wiley-VCH, Weinheim.