Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Epidemiya
Epidemiya (yunan dilində ἐπί epi "üst, yuxarı" və δῆμος demos "insanlar" deməkdir) — İnsanın hәr hansı bir infeksion, yaxud invazion xәstәliyinin mәlum әrazidә adi (sporadik) xәstәlәnmә sәviyyәsindәn xeyli artıq yayılması, tez vaxtda geniş yayılan xəstəlik. Yaşayış yerində (ölkədə, rayonda, kollektivdə) hər hansı infeksion xəstəliyin kütləvi şəkildə yayılması. Epidemiya yerli və gətirilmə ola bilər. Epidemiya bir neçə ölkəni, qitəni və ya bütün yer kürəsini əhatə etdikdə pandemiya, birdən-birə baş verdikdə eksploziv adlanır. Epidemiya ilə mübarizə bu istiqamətdə təşkil olunur: infeksiyanı zərərsizləşdirmək və ya tamam məhv etmək (məs. taun tulyaremiya xəstəliyi zamanı gəmiriciləri qırmaq, xəstələri təcrid etmək və s.); xəstəlik törədiciləri yoluxma yolunda dizenseksiya və dizenfeksiya üsulları ilə məhv etmək; əhali arasında xəstəliyə qarşı kütləvi peyvənd etməklə immunitet yaratmaq. İnfeksion xәstәliklәrin yüksәk yayılma sәviyyәsi bioloji vә sosial amillәrlә bağlıdır. Epidemiyanın әsasında epidemik proses, yәni infeksiya törәdicisinin fasilәsiz ötürülmәsi, hәm dә kollektivdә ardıcıl inkişaf edәn vә qarşılıqlı әlaqәli yoluxma halının fasilәsiz zәnciri (xәstәlik, bakteriyadaşıyıcısı) dayanır. Bәzәn xәstәliyin yayılması pandemiya xarakterli olur; müәyyәn tәbii, yaxud sosial-gigiyenik şәraitlәrdә xәstәlәnmәnin nisbәtәn yüksәk sәviyyәsi mәlum әrazidә uzun müddәt qeydә alına bilәr. Epidemiya xәstәliyin kütlәviliyi, xәstәliyin yoluxma yollarının ümumiliyi vә çoxluğu, inkubasiya dövründә xәstәliyin baş vermәsinin eyni vaxta tәsadüf etmәsi vә fasilәsizliyi, xәstәliyin ayrı-ayrı hallarında әrazi yaxınlığı ilә sәciyyәlәnir.
Epidermis
Epidermis — dərini təşkil edən üç qatın ən kənar hissəsi. Daxili təbəqələr dermis və hipodermisdir. Epidermis təbəqəsi ətraf mühit patogenlərinin səbəb ola biləcəyi infeksiyalara qarşı bir maneə yaradır. Transepidermal maye itkisi ilə bədəndən atmosferə atılan su miqdarını da tənzimləyir. Epidermis əsas qatdakı bir sıra hüceyrə qatından ibarətdir.Bu təbəqələrin ən xarici nüvəli təbəqəsi ölü və yastı hüceyrələrdən ibarətdir. Bunlar kəpək və dırnaqların meydana gəlməsində təsirli olur. Korpus qatını təşkil edən hüceyrələrin içərisində sərt və lifli zülallar (keratin) toplanmışdır. Keratin hüceyrələri dərini əzmə, vurma kimi mexaniki təsirlərdən və mikroorqanizmlər qoruyur. Altda canlı və çox qatlı yastı epitel hüceyrələrindən ibarət malpighi təbəqəsi var. Bu təbəqənin hüceyrələrində melanosit piqmenti yer almaqdadır, hansı ki, dəriyə rəngini verir.
Endemik
Endemik (yun. ἔνδημος — yerli) yerləşdiyi regionun ekoloji şərtləri üzündən yalnız müəyyən ərazidə yaşayan/yetişən, dünyanın başqa yerində yaşama/yetişmə ehtimalı olmayan heyvan və ya bitki. Endemik bitkilər və heyvanlar məhdud areala sahibdirlər, bu səbəbdən sayları da az olur, onlar nadir və nəsli kəsilməkdə olan növlər kimi Qırmızı kitaba tez-tez yazılırlar. Növlərin məhdud arealda yerləşmə xarakteristikası endemizm adlanır. Endemizimin inkişafına coğrafi izolyasiya və iqlim şəraiti kömək edir. Növ (və ya yarımnöv) üçün endemizm çox kiçik bir ərazi ilə son dərəcə məhdudlaşa bilər. Məsələn, qoyunboğanın arealı Menorka adasında (İspaniya) cəmi bir neçə kvadrat kilometr təşkil edir. Okean adaları, təcrid edilmiş dağ vadiləri endemik formalarla daha zəngindir. Xüsusilə Müqəddəs Yelena adasında floranın 85 %-i, Qalapaqos adalarında isə 97 %-i endemikdir. Baykal gölünün flora və faunasının 75%-i endemikdir.
Endemik növlər