Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ekvivalent
Ekvivalent – [lat. acquivalens (aequivalentis) – bərabərqiymətli, bərabərdəyərli] 1)bu və ya digər əşyaya (kəmiyyətə) bərabər tutulan, hər hansı cəhətdən ona uyğun gələn, onu əvəz və ya ifadə edə bilən əşya (kəmiyyət); 2)iqtisadiyyatda başqa bir əmtəənin dəyərini təmsil edən əmtəə. Ekvivalentlik – bərabərlik, eyni qiymətdə, eyni qüvvədə, eyni mənada olma. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Ekvivalent doza
Ekvivalent doza – orqan və ya toxumada udulan dozaların məlum şüalanma növü üçün uyğun keyfiyyət əmsalına hasilidir. Fotonlar (rentgen və qamma şüaları) və beta şüalar üçün bu əmsal 1-ə, alfa şüalar üçün isə 20-yə bərabərdir, bu o deməkdir ki, eyni miqdarda enerji ötürüldüyü halda alfa şüalanmanın bioloji effekt yaratma qabiliyyəti beta şüalanma ilə müqayisədə 20 dəfə çoxdur. Bu əmsallar müxtəlif növ şüalanmaların bioloji effekt yaratmaq qabiliyyətinin foton şüalanması ilə müqayisəsidir və ya 1Qrey verilmiş şüalanmadan (alfa, beta, neytron şüalanması) alınmış dozanın bioloji effekt yaratma qabiliyyətinə görə neçə Qrey foton şüalanmasından (rentgen, qamma şüalanması) alınan dozaya ekvivalent olduğunu göstərir. Ekvivalent dozanın ölçü vahidi Zivertdir (Zv).