Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Farux
Fərrux — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd. Kənd Əsgərandan 16 km, Xankəndidən 32 km aralı yerləşir. == Tarixi == Kənddə 1932-ci ildə kolxoz təşkil olunub. 1958-ci ildə kəndə elektrik xətti çəkilib. 1988-ci ildə Qarabağ hadisələri başlayandan Fərrux kəndində yuva qurmuş əsasən İrəvandan, Livandan, Suriyadan gəlmiş erməni silahlıları, muzdluları Ağdamın Cinli, Əlimədədli və digər yaxın kəndləri atəşə tutur, dinc insanları qətlə yetirir və yaralayırdılar. Münaqişənin ilk illərində dəfələrlə ermənilər Fərruxdan Cinli kəndinə hücum edib. Münaqişə dövründə kənd və yaxınlıqdakı Fərrux yüksəkliyi xüsusi strateji əhəmiyyətə malik bir yer idi. 31 yanvar 1992-ci ildə Azərbaycan ordusunun birlikləri olan Şirin Mirzəyevin batalyonu və Ağdamın yerli OMON qüvvələri Fərrux kəndini erməni quldurlarından azad edilməsi əməliyyatında iştirak etdi.1993-cü ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Fərrux kəndinin əhalisinin sayı 42 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Fərrux kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
Fürsət xərci
Fürsət xərci, alternativ xərc (ing. opportunity cost) — mənbələrdən istifadə üçün alternativ variantlardan birini seçmək və bununla da digər imkanları kənarlaşdırmaq nəticəsində itirilmiş mənfəəti (müəyyən bir halda — mənfəət, gəlir) ifadə edən iqtisadi termin. İtirilmiş mənfəətin miqdarı atılan alternativlərdən ən dəyərlisi ilə müəyyən edilir. Fürsət dəyəri istənilən qərarın ayrılmaz hissəsidir. Bu termin Avstriyalı iqtisadçı Fridrix fon Vizer tərəfindən 1914-cü il tarixli “Sosial İqtisadiyyat Nəzəriyyəsi” monoqrafiyasında işlənmişdir. Fürsət xərcləri həm təbii şəklində (həm istehsalından, həm də istehlakından imtina edilməli olan mallarda) və alternativlərin pul ekvivalenti ilə ifadə edilə bilər. Fürsət xərcləri də saatlarla ifadə edilə bilər (alternativ istifadəsi baxımından itirilmiş vaxt). Fürsət maliyyəsi nəzəriyyəsi 1914-cü il "Sosial İqtisadiyyat Nəzəriyyəsi" monoqrafiyasında təsvir edilmişdir. Ona görə: məhsuldar məhsullar gələcəyi təmsil edir. Onların dəyəri son məhsulun dəyərindən asılıdır ; məhdud mənbələr istifadə yollarının rəqabət qabiliyyətini və alternativliyini müəyyənləşdirir; istehsal xərcləri subyektivdir və müəyyən bir malın istehsalında qurban verilməli olan alternativ imkanlardan asılıdır ; hər hansı bir şeyin həqiqi dəyəri (faydası) bu şeyin istehsalına xərclənən mənbələrlə istehsal edilə bilən digər şeylərin itirilmiş faydasıdır.
Məhəmmədəli Füruği
Mirzə Məhəmmədəli xan Mirzə Məhəmmədhüseyn xan oğlu Zəkaülmülk Füruği (1877-1942) — İranın baş naziri. == Həyatı == Məhəmmədəli Mirzə Məhəmmədhüseyn xan oğlu Füruği 1877-ci ildə İranın Tehran şəhərində doğulmuşdu. Atası Mirzə Məhəmmədhüseyn xan əslən İsfahanlı idi. Nasirəddin şah Qacarın yaxınlarından olmuşdu. Məhəmmədhəsən xan Müqəddəmin nazirliyi dövründə çalışmışdı. Ərəb dilindən tərcümələr edirdi. Məhəmmədəli Füruği Tehran Darülfünunu bitirmişdi. Ədəbiyyatla, jurnalistika ilə məşğul olmuşdu. Sonra siyasətə başlamışdı. Fars millətçiliyinin və Rza Pəhləvinin iqtidara gəlməsində Məhəmmədəli Füruğinin müstəsna rolu olmuşdur.
Füruğ Fərruxzad
Füruğ Fərruxzad (fars. فروغ فرخزاد‎; 5 yanvar 1935, Tehran, İran — 13 fevral 1967, Tehran, İran) — İran şairəsi, rejissor. == Həyatı == Füruğ Fərruxzad 1935-ci il yanvar ayının 5-də Tehranda, hərbi xidmətçi ailəsində dünyaya gəlib. Ailədə ondan başqa daha 6 uşaq var idi. 9-cu sinfi bitirəndən sonra Fərruxzad orta sənət məktəbinə daxil olub. 17 yaşında məzhəkəçi Pərviz Şapur ilə evlənib və Əhvaza köçüb. Oğlu Kamyar dünyaya gələndə ona "Sənin üçün bir şeir" adlı əsər həsr edib. İki ildən sonra şairə həyat yoldaşından ayrılıb və yeganə oğlunu keçmiş ərinin himayəsinə buraxmalı olub. Tehrana qayıdarkən 1955-ci ildə "Əsir" adında şeirlər məcmuəsini çap etdirib. 1958-ci ildə Fərruxzad Avropada filosof İbrahim Gülüstan ilə tanış olub və "Ev qaradır" adlı filmin ideyasını ondan alıb (bu vaxta qədər şairənin daha iki kitabı işıq üzü görmüşdü – "Divar" və "Üsyan").
Kristiane Fürst
Kristiane Fürst (alm. Christiane Fürst‎; 29 mart 1985, Drezden, Almaniya) — Əczacıbaşı komandasında oynayan almaniyalı dünyaca məşhur qadın voleybolçu. Blokçu mövqeyində oynayır, sağ əllidir, 192 sm boya sahib voleybolçunun zərbə yüksəkliyi 305 sm, blok yüksəkliyi isə 295 sm-ə qədər çatır. Avropa ikincisi və klublararası dünya çempionudur. Almaniya millisi ilə 60-dan çox matça çıxmışdır. O, həmçinin bu ölkənin yetişdirdiyi ən güclü blokçulardan sayılır. == Karyerası == === Peşəkar karyerasındakı ilk uğurları === Kristiane Fürst karyerasına 1995-ci ildə (10 yaşında) doğulduğu Drezden klubunda başlamışdır. Yeddi il Drezdenin müxtəlif yaş qruplarında oynadıqdan sonra nəhayət 2002-ci ildə komandanın əsas heyətinə cəlb olunmuşdu. Burada iki dəfə Almaniya çempionluğu, iki dəfə də kubokunu qazanmış voleybolçu artıq bir sıra nəhəng klubların diqqətini çəkməyə başlamışdı. 2003-cü ildə isə cəmi on səkkiz yaşı olmasına baxmayaraq Almaniya milli komandasının əsas heyətinə cəlb olunaraq həmin ildə keçirilən Avropa çempionatında iştirak etmişdi.
Qurut
Qurut (qurub) — Cənubi Qafqazda, Azərbaycanın qərb rayonlarında, Kürd mətbəxində, Iranda, Əfqanıstanda və Orta Asiyada geniş istifadə olunan süd məhsulu. == Hazırlanması == Qurutu hazırlamaqdan ötrü qatıq və ya ayran torbada qatılaşanadək süzülür. Sonra ona duz vuraraq xəmir kimi yoğurub yumrulayır və qurudurlar. Qurutu uzun müddət saxlamaq olur. İstifadə zamanı qurut isti su ilə yuyulub təmizlənərək məhlul halına salınır. Bu məhlulu sarımsaqlı və ya sarımsaqsız istifadə etmək olar. == İstifadə == Alınmış məhlulu xəngəl, əriştə və s. xörəklərə əlavə edirlər. Qurutdan Naxçıvanda, Ağbaba mahalında və digər bölgələrdə qurut aşı, kələcoş və s. xörəklər bişirilir.
Turut
Turut düzü — Şəki rayonu ərazisində düz. Turut (İran) — İranda kənd.
Murut
Üçbulaq (əvvəlki adı: Murut) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Zurnabad kənd inzibati-ərazi vahidi tərkibindəki Murut kəndi Üçbulaq kəndi adlandırılmış və Aşıqlı kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd düzənlik ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 211 nəfər əhali yaşayır.
Atsuyoşi Furuta
Atsuyoşi Furuta (d. 27 oktyabr 1952) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 32 oyun keçirib.
Sari Furuya
Sari Furuya (25 may 1990) — Yaponiyalı biatlonçu. Sari Furuya Yaponiyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Sari Furuya birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında qadınlar 7.5 km məsafəyə sprint yarışlarında iştirak etdi. Furuya 23:21.5 saniyəlik nəticəsi ilə 87 atlet arasında 49-cu yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Qara qurut
Qara qurut (fars: قره‌قوروت یا سیاه‌کشک) - Ayrandan istehsal olan süd məhsulu.
İsmail Türüt
İsmail Türüt (d. 8 iyun 1965, Rizə), Türkiyə xalq musiqisi sənətçisidir. 30-dan çox albomu yayınlanmışdır. == Həyatı == İsmail Türüt 8 iyun 1965-ci ildə Rizənin Ambarlıq kəndində dörd uşaqlı - üç oğlan, bir qız - ailənin ikinci uşağı olaraq dünyaya gəlmişdir. İbtidai məktəbi Ambarlıqda bitirmişdir. Ayşə Türüt ilə evlidir və dörd uşaq atasıdır. == Kariyerası == Laz Uşağı adlı ilk albomunu 1982-də çıxartmışdır. Kanal 7, TGRT, Flash TV və Vizyon Türk TV-də "Türüt Show", Kanal 7 və Flash TV-də Fıkralarla Türkiye, və Meltem TV-də isə "Türütten Türküler" proqramlarını aparmışdır.
Şurut körpüsü
Şurut körpüsü — Culfa rayonunun Şurud kəndində orta əsrlərə aid memarlıq abidəsi. == Haqqında == Körpünün qalıqları kəndin cənubunda yerləşir. Körpünün yalnız bir dayaq sütununun qalıqları indiyədək salamat qalmışdır. Onun salamat qalan hissəsinin hündürlüyü 8 m, ön tərəfdən eni 1,5 m, yandan 2 m-dir. Körpü çay daşlarından və qaya parçalarından tikilərək əhəng məhlulu ilə bərkidilmişdir. Körpünün tikinti texnikası Azərbaycanın orta əsr memarlığı üçün xarakterikdir. Körpü XVII əsrə aid edilir.
Akiko Furu
Akiko Furu (d. 18 iyul 1973; Kanazava, Yaponiya) — Yaponiyanı təmsil edən batut gimnastı. Akiko Furu, 2000-ci ildə Yaponiyanı XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Akiko Furu, 2000-ci ildə Yaponiya bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların finalında Furu, 35.30 xal topladı və 8 idmançı sırasında 6-cı yeri tutdu.
Urux (çay)
Urux (oset. Ирӕф / Ӕрӕф, kab.-çərk. Урыху) — Şimali Osetiya və Kabarda-Balkariyada dağ çayı. Uzunluğu 104 km-dir. Şimali Osetiyanın Diqori dərəsindəki Mostoçete buzlağından axır. Su anbarının sahəsi 1280 km² -dir. Orta hesab su sərfi— 20,2 m³/s-dir. == Hövzəsi == Uruxa digər bir neçə çay axır (məsələn, Karauqomdon, Tanadon, Ayqamuqa, Xaznidon) və iri buzlaqlardan qaynaqlanır. Urux gözəl mənzərəli dərədən axır (bax Diqor dərəsi). Urux Qara dağlar silsiləsinin müstəvisinə girməzdən əvvəl Qaya silsiləsindəki dar boşluğu kəsdiyi və bəzən Diqor dərəsi adlandırılan kanyon meydana gətirdiyi Axşinta adlanan yerdə qeyri -adi dərəcədə əzəmətli mənzərəyə sahibdir.
Urux (çayı)
Urux (oset. Ирӕф / Ӕрӕф, kab.-çərk. Урыху) — Şimali Osetiya və Kabarda-Balkariyada dağ çayı. Uzunluğu 104 km-dir. Şimali Osetiyanın Diqori dərəsindəki Mostoçete buzlağından axır. Su anbarının sahəsi 1280 km² -dir. Orta hesab su sərfi— 20,2 m³/s-dir. == Hövzəsi == Uruxa digər bir neçə çay axır (məsələn, Karauqomdon, Tanadon, Ayqamuqa, Xaznidon) və iri buzlaqlardan qaynaqlanır. Urux gözəl mənzərəli dərədən axır (bax Diqor dərəsi). Urux Qara dağlar silsiləsinin müstəvisinə girməzdən əvvəl Qaya silsiləsindəki dar boşluğu kəsdiyi və bəzən Diqor dərəsi adlandırılan kanyon meydana gətirdiyi Axşinta adlanan yerdə qeyri -adi dərəcədə əzəmətli mənzərəyə sahibdir.