Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təkfur
Təkfur — Bizans İmperatorluğu zamanında qubernator səviyyəsində olan idarəçilərlə Anadolu və Rumelidəki xristian bəylərinə verilən ümumi addır. Təkfur erməni dilindən götürmə bir söz olub Osmanlı türkcəsində Xristian hökmdarlara verilən bir şandır. Əsli Takavor, mənası isə "tac daşıyan" dır. Bizans İmperatorluğunda mərkəz xaricindəki şəhərlərin müstəqil valilərinə Təkfur deyilərdi. Bunların inzibati və hərbi vəzifələri vardı. Türkiyə Səlcuqlular və Osmanlı Dövlətinin ilk zamanlarında Təkfurlarla çox möhkəm münasibət quruldu. Təkfurlar Türk axınlarından qorunub, müstəqilliklərini mühafizə etmək üçün Türklərə çox miqdarda vergi verərdilər. Təkfurların bəziləri vəziyyətlərini mühafizə edə bilmək üçün Türk komandan və bəylərilə qohum olma yollarına üstünlük verərdilər. Bu səbəbdən əksəriyyəti qızlarını Türk komandan və ya oğullarına gəlin verərdilər. Bu təkfurların içindən Müsəlman olanlar da oldu.
Yağfur
Yağfur (ərəb. يعفور‎ — "ceyran") — Məhəmməd peyğəmbərə (s.a.v) məxsus olduğu nəql edilən əfsanəvi eşşək. == Tarixi == Hz Məhəmmədə məxsus bu canlı haqqında bir neçə ərəb ilahiyyatçılarında fərqli fikirlər vardır. Bu səbəbdən müsəlmanlar arasında mübahisə mövzusu olaraq qalır. Tarixçi Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbərinin sözlərinə görə bu canlı Hz Məhəmmədə Misir hakimi Mukaukis tərəfindən Mariyə əl-Qibtiyyə (r.a) ilə birlikdə verilmişdir. Yağfur ətrafında formalaşan əfsanəyə görə o Müqəddəs İncil kitabında qeyd olunan bütün peyğəmbərlərin eşşəkləri ilə soy baxımından əlaqəlidir. Yağfuru İsa peyğəmbərin Qüdsə daxil olması zaman mindiyi eşşəyin soyundan olması ehtimal edilir. Üstəlik İncildə adı çəkilən Valaam peyğəmbərin danışan eşşəyi ilə bağlığığı bildirilir. Onun haqqında əfsanələrdən biridə Yağfurun danışan son eşşək olması ilə əlaqəlidir. Tarixin sonrakı dövrlərində Yağfur ismi simbollaşdırılmış və kişi adı kimi istifadə olunmağa başlanılmışdır.
Məğrur Tarkvini
Təkəbbürlü Lusi Tarkvini və ya II Tarkvini (lat. Lucius Tarquinius Superbus e. ə. 534— e. ə. 509) — Roma krallığının yeddinci və sonuncu kralı. Xüsusi qəddarlığı ilə seçilən Lusi Tarkvini Superb devrilərək Romadan qovulmuşdur. Onun və oğlanlarının özbaşınalıqları cəmiyyəti onlara qarşı çıxartmış, hətta Senat onlardan üz döndərmişdir. Təkəbbürlü Tarkvininin üçüncü və kiçik oğlu Sekst Tarkvini tərəfindən kəramətli və fəzilətli romalı qadın Lukresiyanın zorlamasından sonra onun olanları ərinə söyləməsi və intihar etməsi cəmiyyətin səbir kasasını dolduran son damla olmuşdur. Qohumları Lusi Yuni Brut və Publi Valeri Publikola Lukresiyanın cəsədini foruma çıxardaraq romalıları kralı devirməyə və respublika elan etməyə çağırmışlar.
Məğrur başınağacı
Lantana başınağacı (lat. Viburnum lantana) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi və Qərbi Avropada, Şimal-Qərbi Afrikada və Cənub-Qərbi Asiyada və Qafqazda yayılmışdır. == Botaniki təsviri == Boyu 4 m-ə çatan, çətirli və qövsvari qalxan zoğlu, gözəl, sıxyarpaqlı koldur. Yarpağı qaidə hissədən yumurtavari-ovalvari və ya ürəkvaridir, kənarları zəif dişlidir, uzunluğu 18 sm-dək, üstü tünd-yaşıl, alt tərəfi boz, keçə tüklüdür. Gövdəsinin qabığı tünd-qonur rəngdə olub, məxməri yumşaqdır. Cavan zoğları tükcüklüdür. Ağ, xırda meyvə verən çiçəkləri budaqların uclarındaçətirvari çiçək qruplarına yığılmışdır. May ayında çiçəkləyir, çiçəkləri ikicinslidir, xırdadır, qalxanvarı çiçək qrupunda yerıəşir. Meyvəsi payızda yetişir.
Təkfur sarayı
Təkfur sarayı — İstanbulda olan Blaherne sarayı kompleksindən günümüzə qalan tək saray. İstanbulda, Fatih ilçəsi sərhədləri içərisində qalan Ədirnəqapı səmtində, quru surlarına bitişik olaraq inşa edilmiş, mövqe olaraq Ədirnəqapı və Əyriqapı arasında qalan qalın divarlı saray "Təkfur sarayı" olaraq adlandırılar. Təkfur sarayının nə zaman və kimlər tərəfindən inşa edildiyi mövzusunda dəqiq bir məlumat yoxdur. Bəzi tarixi mənbələrdə, İsanın doğumundan sonra onuncu əsrdə Bizans imperatoru Porfirogenetosun əmri ilə inşa etdirildiyi və arxa hissəsində olan böyük sarayın əlavə binası olduğu bildirilir. Bu məlumatı rədd edən digər tarixi qaynaqlar isə miladdan sonra XIIIvə XIV əsrlərdə "Blakhernai sarayı" olaraq bilinən sarayda yaşayan xidmətçilərin iqamət etməsi üçün inşa edildiyi deyilməkdədir. Fatih Sultan Mehmet tərəfindən İstanbulun fəth edilməsindən sonra Təkfur sarayı XVII əsrin sonlarına qədər metruk şəkildə qalmışdır. XVII əsrin sonlarında isə Təkfur sarayına zoopark qurulmuşdur. İstanbul şəhərinə səyyah olaraq gələn John Sandersonun rəvayətinə görə isə özündən qırx il əvvəl gələn Ogier Ghiselin də Busbecq, buradakı heyvanat bağçasında olan zürafəni görmək istəmiş lakin zürafə bir neçə gün əvvəl öldüyündən, dünyada heç bir ölkədə görə bilmədiyi bu canlını görmək və marağını aradan qaldırmaq üçün zürafənin məzarını qazdırmaq ilə marağını son vermişdir XVIII əsrin əvvəllərində dulusçuluq atelyesi olaraq istifadə Təkfur sarayı XIX əsrin ortalarından etibarən şüşə və şüşə məhsulları emalatxanasına çevrilmişdir. Dünyaca məşhur Qaşıqçı almazı isə Təkfur sarayının zibilliyində tapılmışdır. İndiki vaxtda isə yeni tarixi hadisələrə şahidlik etmək məqsədi ilə Təkfur sarayındakı arxeoloji qazıntılar davam etməkdədir.
Fəqir
Fəqir (ərəb. فقیر‎ — yoxsul) — Keçmiş Sufizm termini olub mənası kasıb deməkdir. == Ümumi məlumat == "Fəqr" (fəqirlik) anlayışı dini ədəbiyyatda bir neçə mənada işlədilir. Ərəb dilindən tərcüməsi "yoxsul, kasıb, möhtac" deməkdir. Mənaların birinə görə, bütün insanlar fəqirdirlər, çünki Allah-təalanın mərhəmətinə möhtacdırlar. Yalnız Allah qənidir (zəngindir, ehtiyacsızdır): "Allah zəngindir, siz isə yoxsulsunuz". Digər mənaya görə, fəqirlik – maddi yoxsulluq, kasıblıq deməkdir. Bəzi ayə və hədislərdə bu cür fəqirlik insanın imanına zərər yetirə biləcək pis bir hal kimi göstərilir: "Şeytan sizi yoxsulluqla qorxudaraq, alçaq işlərə sövq edər…". "Fəqirdənsə qəbir yaxşıdır" (İmam Əli (ə)). Fəqirliyin bu cür dəyərləndirilməsinin səbəbi budur ki, kasıb insan özünün və ailəsinin dolanışığını təmin etmək üçün başqalarına, hətta dinsiz və mənəviyyatsız şəxslərə də möhtac olar, bununla öz şəxsiyyətini, müstəqilliyini itirər, alçalar.
Nequr
Nequr — İranın Sistan və Bəlucistan ostanının Çabahar şəhristanının Dəştyari bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,759 nəfər və 647 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfidirlər. Nequr, bəluc dilində, təpəətəyi deməkdir.
Seqyur (kommuna)
Seqür (fr. Ségur, oks. Segur) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Vezen-de-Levezu kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12266. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 135 km şimal-şərqdə, Rodezdən isə 22 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 587 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 337 nəfər arasında (15-64 yaş arasında) 245 nəfər iqtisadi cəhətdən fəal, 92 hərəkətsizdir (fəaliyyət göstərici 72,7%, 1999-cu ildə bu 63.8%).
Fəqir (şair)
Fəqir — XVIII əsr ləzgi əsilli Azərbaycan şairi. Şair Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid Miskincə kəndində anadan olub. == Həyatı == Fəqirin şəxsi həyatı barədə mənbələrdə demək olar ki, məlumat yoxdur. Onun əsl adı belə məlum deyil. Şairin Fəqir sözünü özünə təxəless götürdüyü ehtimal edilir. Fəqir keçmiş Sufizm termini olub mənası kasıb deməkdir. Şairin yalnız Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid Miskincə kəndində anadan olduğu məlumdur. XVIII əsrdə Səfəvilər Dövləti dövründə yazıb yaratdığı məlumdur. == Yaradıcılığı == Şairin yaradıcılığı iki hissəyə bölünür: sevgi lirikası və sosial etiraz lirikası. Sevgi lirikasına Fəqirin "Gəldin" və "Görünməz" kimi şeirləri daxildir.
Fəqir Ordubadi
Hacı ağa Fəqir Ordubadi (1836, Ordubad – 1886, Ordubad, Naxçıvan qəzası) — görkəmli Azərbaycan nasiri Məmməd Səid Ordubadiinin atası, dövrünün tanınmış ziyalısı və şairi. == Həyatı == Hacı ağa Fəqir Ordubadi 9 yanvar 1836-cı ildə Ordubadda kiçik tacir ailəsində anadan olmuşdur. Atası Məhəmməd ticarət işləri ilə əlaqədar olaraq tez-tez İrana, Təbriz, Marağa, Şiraz və başqa şəhərlərə gedər, bəzən oğlu Hacağanı da özü ilə birlikdə aparardı. Odur ki, gəzdiyi yerlər və şahidi olduğu hadisələr hələ kiçik yaşlarından Fəqirin dünyagörüşünə təsir etmiş, onun gələcək inkişafında müsbət rol oynamışdır. Firidun bəy Köçərlinin tədqiqatlarından məlum olur ki, Fəqir Ordubadi Şirazda təhsil almış, ərəb və fars dillərini orada mükəmməl öyrənmişdir. M. S. Ordubadi atası haqqında yazır ki, "atam Hacıağa Fəqir, Şah Abbasın yanında böyük mərtəbə qazanmış məşhur şair Mirzə Hatəm Ordubadinin nəvəsidir. Atam İran Azərbaycanının Dizmar mahalından, Üştibin kəndindən olan Pənah adlı bir bağbanın qızı ilə evlənib ailə qurmuşdur. Nəsillikcə məşhur şair Nəbatiyə qohum sayılan bu ailə "yerli Həsənabad xanlarının qarət və qırğınından" yaxa qurtarmaq üçün baş götürüb qaçmış və Ordubadda məskən salmışdı. Hacıağa bu ailədən evləndiyi zaman həddindən artıq yoxsulluq içərisində yaşayırdı. Məhz buna görə də şerlərində "Fəqir" təxəllüsünü işlədirdi"[mənbə göstərin].
Seqür (kommuna)
Seqür (fr. Ségur, oks. Segur) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Vezen-de-Levezu kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12266. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 135 km şimal-şərqdə, Rodezdən isə 22 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 587 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 337 nəfər arasında (15-64 yaş arasında) 245 nəfər iqtisadi cəhətdən fəal, 92 hərəkətsizdir (fəaliyyət göstərici 72,7%, 1999-cu ildə bu 63.8%).
Tor (həndəsi fiqur)
Tor (toroid) — doğuran çevrənin bu çevrə ilə eyni müstəvidə yerləşən və onu kəsməyən düz xəttin (fırlanma oxu) ətrafında firlanması nəticəsində alınan səth. Bəzən doğuran çevrənin fırlanma oxunu kəsməməsi də istisna olur. Belə olan halda, əgər doğuran çevrə fırlanma oxunu kəsərsə, yaxud ona toxunarsa, belə tor qapalı tor, əks halda açıq tor adlanır.
Hacı ağa Fəqir Ordubadi