MƏNFUR

sif. [ ər. ] Nifrət olunan, nifrətə layiq, nifrətli, xoşa gəlməyən, çox pis; sevilməyən, istənilməyən.
[Humay:] Cəmili azarlatdığım o mənfur saat, o məşum dəqiqələr kaş ki, yaranmayaydı. H.Cavid.
[Səfərəli:] Mən sizi düşmənlərin bu mənfur hərəkətinə etiraz etmək üçün tətilə çağırıram. H.Nəzərli.
…Düşünürdü ki, artıq qorxunu mənfur bir hiss kimi ürəyindən çıxarıb atmalıdır. S.Rəhman.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MƏNFUR iyrənc — çirkin — acı — mənhus

Antonimlər (əks mənalı sözlər)

  • MƏNFUR MƏNFUR – GÖZƏL Pərşana rəzil və mənfur göründü (M.İbrahimov); Axı Rasim elə o zaman da gözəl idi (M.İbrahimov)

Etimologiya

  • MƏNFUR Ərəbcə nifrət sözü ilə kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MƏNFİLİK
MƏNFURLUQ

Digər lüğətlərdə

брю́зглый заяви́ться недосту́пное переоркестро́вка приуны́ть сумбу́рный электрола́мпочка влага́ться пола́комиться просвети́тельство просла́виться серворегули́рование уменьшить Bedford derider fuel-efficient gray hagiolatry Jew lengthful lobar negus roadcraft назло тряпьё