Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bədiilik
Bədiilik — estetik kateqoriya; ədəbiyyat və incəsənət əsərlərinin əsas spesifik xüsusiyyəti; sənətdə gözəllik meyarı, yaradıcı əmək məhsulunun keyfiyyət və elementlərinin məcmusu. Bədiiliyin əsas prinsipini tarixilik, yəni cəmiyyətin ayrı-ayrı inkişaf dövrlərinin bədii funksiyalarının həmin dövrün konkret vəzifə və tələbləri ilə dialektik üzvi bağlılığı təşkil edir. Bədiiliyin zəruri amili və şərti bədii istedaddır. Bədiilik üç əsas aspektin vəhdəti kimi dərk edilməlidir: yaradıcı şəxsiyyət və yaradıcılıq prosesi; bədii əsər və onun vahid bədii sistemi; qavrayış prosesi. Bədiilikdə əsərin zamanla, dövrlə əlaqəsi, onun dərin ictimai-fəlsəfi dəyəri mühüm əhəmiyyət kəsb edir. Bədiilik bu və ya başqa məzmundan irəli gələn əsas bədii ifadə vasitələrinin uyğunluğu, daxilən təşkil olunması deməkdir. Bu, müəllifin istedadından və yaradıcılıq təcrübəsindən, sənətkarlığından, bədii əsərin məzmunundakı ideya gerçəkliyinin nə dərəcədə əhəmiyyətli olmasından asılıdır. Bədiiliyin mühüm şərtlərindən biri də əsərin kamil bədii dildə olmasıdır. Holland rəssaamı Van Qoqun "insanları sevmək qədər bədii heç bir şey yoxdur" sözləri bədiilik meyarının emosional-psixoloji tərifini təşkil edir. Geniş mənada bədiilik sənətşünaslıq kateqoriyası olub, ictimai şüurun başqa növlərindən fərqli olaraq həyatın obrazlı — bədii inikasını verən sənətin ümumi növ əlamətini bildirir.
Bəhailik
Bəhai Dini — bütün bəşəriyyətin birliyi prinsipini vurğulayan müstəqil monoteist dindir. Bu dinin təməlini üç əsas prinsip təşkil edir: Allahın birliyi — Allah bütün yaradılışın yeganə mənbəyi və ilkin səbəbidir; İlahi dinlərin birliyi — tək Allahın tək bir dini var və o minilliklər ərzində təkamül etmişdir; bəşəriyyətin birliyi — bütün insanlar eyni Allah tərəfindən bərabər yaradılmışdır, insanlar arasındakı irqi, milli, mədəni müxtəlifliklər bəşəriyyətin zənginliyidir və müxtəliflikdə birlik təqdirəlayiq və alqışlanandır. Bəhai dini təlimlərinə görə insanın məqsədi Allahı, tək yaradanı, Həqiqi dostu tanımaq və Ona sevgi bəsləməkdir, hansı ki, bu özünü gündəlik fəaliyyətdə, insanlığa xidmətdə və fərdi ibadətdə göstərməlidir. Bəhai dini 19-cu əsrdə İranda meydana gəlib, bu dinin peyğəmbəri Bəhaullahdır. Bəhaullah öz fikirlərinə və yaydığı təlimə görə İrandan Osmanlıya sürgün olunub və demək olar ki, həyatının sonunadək burada məhbus həyatı yaşayıb. Bəhaullahın vəfatından sonra onun böyük oğlu Əbdül-Bəha bu təlimləri inkişaf etdirməkdə davam edir, onun dövründə Bəhai dini İran və Osmanlının sərhədlərini aşır, Avropa və Amerikaya yayılmağa başlayır, həmçinin İranda getdikcə daha da möhkəmlənir və eyni zamanda güclü təqiblərə məruz qalır. Əbdül-Bəhanın vəfatından sonra Bəhai dininin inkişafı yeni mərhələyə qədəm qoyur, Bəhai dini tarixində Şəhadət dövrü başa çatır və Quruculuq əsri (1921–2021) başlayır, hansı ki son nəticədə Bəhaullahın öngördüyü Ümumdünya Ədalət Evinin yaranması və Dinin dünyanın bütün məntəqələrinə yayılması ilə nəticələnməli idi. Hal-hazırda dünyanın 200 ölkə və vilayətində təqribən 5 milyonadək bəhai var. Bu dini qəbul etmiş şəxslərin nüməyəndəsi olduğu millətlərin, xalqların və etnik qrupların sayı 2100-ü keçmiş, Bəhai dini ədəbiyyatı 800-dən çox dilə tərcümə edilmişdir.Bəhai dininə görə, ruhani tarixi silsilə Allah Elçilərinin gəlişi ilə formalaşır, bu Peyğəmbərlərin dini təlimi zamanın tələbinə və insanlığın qabiliyyətinə uyğun vəhy olunur. Son dövrlərin bilinən Peyğəmbərləri 2 soydan gəlmişlər, İbrahim peyğəmbərin soyundan — Musa (peyğəmbər), İsa, Məhəmməd, Hind soyundan — Krişna, Budda, Zərdüşt.
Fədailər
Fədai (ərəb. الفدائي‎, əsli "fidai"dir, ərəbcədən din naminə, ideya naminə özünü qurban verən deməkdir) — əsasən Yaxın və Orta Şərqin müsəlman ölkələrinə işlədilən termindir. Fədai dedikdə sosial, sosial-dini xarakter, milli azadlıq və millətçilik xarakteri daşıyan şüarlar altında aparılan silahlı mübarizənin iştirakçısı başa düşülür. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.111.
Azərbaycanda Bəhailik
Azərbaycanda Bəhailik — Azərbaycanda Bəhai dininin yaranmasını və keçdiyi tarixi yolu özündə ehtiva edir. Azərbaycan ərazisidə Bəhai dininin yayılması dövrü elə dinin yarandığı dövrdən başlamışdır. Babilik hərəkatı ilə başlanan proses nəticəsində günümüzdə müstəqil bir inanc sistemi olan Bəhailik yaranmışdır. Babilər hərəkatının əsas iştirakçılarından olan Tahirə Qürrətüleynin etnik azərbaycanlı olması və hərəkatda bir çox azərbaycanlının fəal iştirak etməsi nəticəsində azərbaycanlıların yaşadığı coğrafi ərazidə ilkin forması ilə Babilik və daha sonrakı forması ilə Bəhailik inkişaf etməyə başlamışdır. Azərbaycan ərazisində ilk mütəşəkkil Babi icması 1850-ci ildə Naxçıvanda yaradılmışdır. XX əsrdən etibarən Bakı mərkəz olmaqla bəhailər Gəncə, Sabirabad kimi şəhərlərdə öz icmalarını formalaşdırmağa başlamışdılar. Azərbaycanda 1920-ci ildə bolşeviklərin hakimiyyətə gəlməsi ilə Bəhai icmaları bir çox dini icmalar kimi təqib olunmağa başlamışdır. 1922-ci ildən etibarən mətbuatda Bəhai dini təlimini antibolşevik ideologiyada ittiham edən məqalələrin çıxması ciddi təqiblər üçün bir növ işarə oldu. 1926-cı ildə İran mənşəli bəhailərin kütləvi şəkildə Azərbaycandan İrana deportasiyası ilə bəhailərə qarşı birinci təqib kampaniyası başlayır. İcmalarda yığıncaqlar keçirmək və ianələr toplamaq qadağan edilir.
İranda Bəhailik
İranda Bəhailik və ya İranda bəhai dini azlığı — İran İslam Respublikasında İslamdan sonra Bəhailik ən çox ardıcı olan ikinci din hesab olunur. İran, Bəhai dinin əsas fiqurlarından olan Bab, Bəhaullah və Əbdül-Bəha Abbasın doğum yeridir. Dəqiq sayları məlum olmasa da, İranda hal-hazırda 350 min civarında bəhai inancına mənsub şəxsin yaşadığı təxmin olunur. Bəhailik inancı İranda rəsmi şəkildə qadağan olunmuş və 1979-cu il İran İslam İnqilabından sonra sistematik şəkildə zülm görən bir inanc olaraq qalmaqdadır. 1979-cu ildə İranda yaşayan bəhailərin həbs olunması, onlara məxsus əmkakların yandırılması, bəhai mərkəzlərinin dağıdılması kompaniyası aparılmışdır. Dövlətə bağlı din xadimləri tərəfindən insanlara Şiə vəhhabiliyi və ya ciddi təhlükə olaraq qəbul etdirilməyə çalışan bəhailərin vəziyyəti bu gündə İranda ağır olmaqda qalmaqdadır. 1979-cu ildən bu günə qədər ölkədə 200-dən çox şəxs öz inancına görə əvvəlcə həbs olunmuş, daha sonra isə öldürülmüşdür. Şiraz şəhərində yerləşən bəhai qəbirsanlıqlarının dağıdılması və ölkə üzrə bəhailərinin toplaşdığı mərkəzlərə silahlı basqınların edilməsi baş verən təziqlər arasında göstərilə bilər. 1983-cü ildə Muna Mahmudnizad və onunla birlikdə olan doqquz digər qadının sırf dini inancları səbəbindən edam edilməsi Şimali Amerika və Avropada böyük rezonansa səbəb olmuşdur. Bəhai dinin İrandakı vəziyyəti səbəbindən, dinin əsas şərtlərindən biri olan zəvvarlıq ziyarətləri tam olaraq icra olunmur.
Fədail Nadirov
Fədail Fərhad oğlu Nadirov (23 iyul 1999; Qobustan rayonu, Azərbaycan — 26 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fədail Nadirov 1999-cu il iyulun 23-də Qobustan rayonunun Bədəlli kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Fədail Nadirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fədail Nadirov oktyabrın 26-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Qobustan rayonunun Bədəlli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fədail Nadirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fədail Nadirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) == İrsi == Fədail Nadirovun müharibədən bir neçə gün əvvəl təlimlər üçün hərbi hissəyə yollanan zaman avtomobili yolda saxlatdırıb, rəqs eləməsi sosial medialarda trendə çevrildi.
Ümumdünya sülhü (Bəhailik)
Bəhai dininin mərkəzi qayəsi dünya xalqlarının birliyini bərqərar etməkdir. Bəhaullah qətiyyətli şəkildə bildirirdi ki, "Allah Əmrini və Onun Dinini canlandıran təməl məqsəd bəşər aləminin maraqlarının qorunması və onun birliyinin irəlilədilməsi"dir. Öz yazılarında, Bəhaullah, sülhə gedən yolu 2 mərhələdə təsvir edirdi - kiçik sülh və böyük sülh. Kiçik sülh mahiyyətcə dünya xalqları arasıdna kollektiv təhlükəsizlik razılaşmasıdır. Bu razılaşmaya görə, təcavüzkar tərəf ortaya çıxanda xalqların biri digərini qorumağa qalxır, o zamana ki, təcavüzkar ərazi qəsb etməyə, yaxud qonşu xalqı məhv etməyə çalışır. Kiçik sülh əhatə sahəsində məhdudlaşır, təməl sistemin qurulması, milli sərhədlərin ümumi qəbulu və xalqların suverenliyi. Bəhailər inanır ki, kiçik sülh İlahi iradə vasitəsilə irəliləyir və prosesə bəhailərin birbaşa təsiri gözəçarpmayacaq qədər azdır. Böyük sülh kiçik sülh prosesinin nəhayi hədəfidir və özlüyündə mənəvi və sosial birliyi nəzərdə tutur - o dövr ki, dünya xalqları həqiqətən başqa xalqları özlərindən fərqləndirmir və bir-birilərinə qayğı göstərirlər, nəinki sadəcə bir-birilərinə dözürlər. Bu prosesə Bəhai baxışı ondan ibarətdir ki, bu Bəhai təlimlərinin, prinsiplərinin və tətbiqlərinin bütün dünya boyunca yayılması ilə mümkündür. Dünya sülhü və onun təməl elementləri haqqında Ümumdünya Ədalət Evinin "Dünya Sülhü Vədi" sənədində yazılmışdır.