Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Double Fantasy (albom)
Double Fantasy (azərb. İkiqat fantaziya‎) — 1980-ci ildə Con Lennon və Yoko Ono tərəfindən buraxılmış albom. Bu Lennonun həyatı ərzində buraxmış olduğu yeddinci və sonuncu studiya albomudur. İlk həftələr albom o qədər də uğurlu qəbul olunmayıb, ancaq albomun buraxılmasından üç həftə sonra Con Lennonun qətli alboma olan marağı artırıb, albomun satışları sürətlə artmağa başlayıb və kommersiya baxımından uğurlu olub. Albom 1982-ci ildə 24-cü Qremmi mükafatının təqdimetmə mərasimində ilin albomu nominasiyasında qalib olub.Con Lennonun bu albomun Mark Çepmen üçün imzaladığı nüsxəsi 2003-cü ildə 525 min ABŞ dollarına satışa çıxarılıb. 2010-cu ildə o yenidən satışa çıxarılıb. Bəzi məlumatlara görə 2011-ci ilin aprelində 530 min funta satılıb.
True Fantasy EP
True Fantasy – Vugarixx-in ilk EP albomu. Albom 13 noyabr 2015 – ci ildə təqdim olunmuşdur. Payız aurasında olan və 300 nüsxədən ibarət xüsusi disk şəklində çıxarılan bu albomdan yalnız 50-si satışda olub. Digər 250 albom isə yaxın insanlara hədiyyə olunmuşdur. Albomdakı mahnıların hazırlanması zamanı Flora Kərimova, Qədir Rüstəmov və Rafiq Babayev-in unudulmaz səs və əsərləri, həmçinin Bəxt Üzüyü, Təhminə filmlərindəki dialoqlardan istifadə olunmuşdur. Albomdan çıxarılmış ilk sinql olan Bir Axşam mahnısı 10 iyul 2015 – ci ildə dinləyicilərə təqdim edilmişdir. Daha sonra 28 sentyabr Bəxt Üzüyü, 30 oktyabr Sən Getdin, 30 noyabr isə Təhminə və Zaur adlı təqdim olunan sinqllar dinləyicilərin böyük marağına sahib olmuşdur. Albomdakı mahnılar 2015-ci ilin iyun ayından, noyabr ayına kimi hazırlanıb. Mahnıların əksəriyyəti FL Studio, bəziləri isə Ableton proqramı vasitəsi ilə işlənilib. Mahnıların səs uzlaşması zamanı Vüsal Həsən tərəfindən bəzi göstərişlər verilib.Mahnılar hazır olduqdan sonra ilk albomunun üz qabığında illüstrasiya olmasını istəyən Vugarixx, bunun üçün Cavid İlham adlı yerli rəssamla görüşür və onlar ideaları birlikdə müzakirə edirlər.
Grimgar of Fantasy and Ash
Grimgar of Fantasy and Ash və ya Yaponiyada tanınan adı ilə Hai to Gensou no Grimgar (灰と幻想のグリムガル, Hai to Gensō no Gurimugaru, azərb. Fentezi və Kül Qrimqarı‎) – Eyri Şirayın rəssamlığı ilə Ao Cuumonci tərəfindən yazılan ranobe seriyası. Bir qrup insanın özlərini qəfildən Qrimqar adlı fentezi dünyasında tapmasından və bu dünyaya adaptasiya olub sağ qalmağa çalışmasından bəhs edir. Overlap Bunko tərəfindən 25 iyun 2013-cü ildən bu yana 19 cildi buraxılmışdır. Mutsumi Okubaşi tərəfindən yazılan manqa adaptasiyası 22 aprel 2015-ci ildən 22 iyun 2016-cı ilə kimi Square Enix nəşriyyatının "Gangan Joker" jurnalında serializasiya olunmuşdur. 2016-cı ildə ranobe əsasında A-1 Pictures studiyası tərəfindən 12 seriyalıq anime serialı adaptasiyası çəkilmişdir. Ranobe J-Novel Club və Seven Seas Entertainment, manqa adaptasiyası Yen Press tərəfindən Şimali Amerikada lisenziyalaşdırılmışdır. == Məzmun == Günlərin bir günü bir qrup gənc özlərini Qrimqar adlı fentezi dünyasında oyanmış halda tapırlar. Sadəcə adlarını xatırlayan bu insanlar bu dünyaya haradan gəldiyini bilmirlər, lakin buraya aid olmadıqlarını hiss edirlər. Oyunda ilişdiklərindən xəbərləri olmayan bu insanların tək çarəsi yeni dünyaya adaptasiya olub sağ qalmaqdır.
My Beautiful Dark Twisted Fantasy
My Beautiful Dark Twisted Fantasy — amerikalı repçi və prodüser Kanye Vestin beşinci studiya albomu. 22 noyabr 2010-cu ildə Def Jam Recordings və Roc-A-Fella Records tərəfindən buraxılıb.
Fanta
Fanta (alm. Fantasie‎) - The Coca Cola kompaniyasına məxsus sərinləşdirici alkoqolsuz içkinin markasıdır. Dünyada "Fanta" içkisinin istehsalına görə 1-ci yeri Braziliya tutur. == Tarixi == 1940-cı ildə Üçüncü Reyxdə müharibənin başlanması ilə əlaqədar Koka Kola firması yeni alkoqolsuz içki düzəltməyə məcbur olur. Bu hazırlanmışyeni sərinləşdirici alkoqolsuz içkinin adı "Fanta" (azərb. Fantaziya‎) qoyulur. Əvvəlcə toz halında, sonradan isə içki halında olur. 1960-cı ildən başlayaraq digər ölkələrdə istehsal olunmağa başlayır. Hal-hazırda Fanta dünyanın 160 ölkəsində istehsal olunur.
Arxa çantası
Bel çantası — arxa üstə geyilən bir növ çanta. Məktəb, turizm, səyahət, gediş və ya düşərgə üçün istifadə edilə bilər. Arxa çantalarının yüngül olanları tək çiyində də daşına bilinər.
Bel çantası
Bel çantası — arxa üstə geyilən bir növ çanta. Məktəb, turizm, səyahət, gediş və ya düşərgə üçün istifadə edilə bilər. Arxa çantalarının yüngül olanları tək çiyində də daşına bilinər.
Entoni Fantano
Entoni Fantano (ing. Anthony Fantano, 28 oktyabr 1985) — amerikalı musiqi şərhçisi, Yutuber. Yaratdığı The Needle Drop kanalında müxtəlif janrlardakı musiqiləri müzakirə edir. == Həyatı == Fantano yeniyetməlik illərini Konnektikut ştatının Volkott şəhərində keçirdi. O Yeniyetmə ikən Dead Kennedys pank qrupunun keçmiş solisti, musiqiçi Cello Biafranın işi sayəsində siyasətlə maraqlanmağa başladı və onu "demək olar ki, mənim siyasi kumirim" adlandırdı. == Şəxsi həyatı == Fantano Konnektikutda yaşayır. O, vegeteriandır, yeniyetməlik illərində ilk dəfə vegetarian olandan sonra pəhrizə keçmişdir. 2018-ci ilin mart ayında Fantano Polygon-a "azad söz tərəfdarı" olduğunu dedi. Fantano 2020-ci ildə ABŞ prezident seçkilərində Berni Sandersi dəstəklədi.
Studio Fantasia
Studio Fantasia (スタジオ・ファンタジア, Sutajio Fantajia) — Yaponiya animasiya studiyası. 12 oktyabr 1983-cü ildə Tomohisa İyzuka tərəfindən qurulmuşdur. Baş qərargahı Tokionun Nerima xüsusi rayonunda yerləşir.
Fantana Alba hadisəsi
Fantana Alba hadisəsi başqa adı ilə Fantana Alba qətliamı (rum. Masacrul de la Fântâna Albă) — 1 aprel 1941-ci ildə Ukrayna SSR-i Çernovit vilayətinin Belaya Krinitsa (rum. Fântâna Albă) kəndində baş vermiş faciə. Rumıniya və Moldova hakimiyyətlərinin bəyanatlarına görə, SSRİ və Rumıniya dövlətlərinin sərhədini keçməyə cəhd edən 3000 nəfər sovet sərhədçiləri tərəfindən güllələnmişdir. DTK arxivlərinin rəsmi məlumatlarında yalnız 48 nəfər öldürülən vətəndaşdan bəhs edilir, lakin Rumıniya hakimiyyəti sağ qalan şahidlərin ifadələrinə əsaslanaraq, XDİK-in həyata keçirdiyi kütləvi həbslər və deportasiyaların xüsusilə qəddar üsullarla həyata keçirildiyini iddia etmişdir. == Tarixi == 1940-cı ilin iyun ayında əvvəllər Rumıniyanın tərkibində olan Bessarabiya və Şimali Bukovina SSRİ dövlətinə birləşdirildi. Rumıniya dövlətinin hərbi və siyasi rəhbərliyi sonradan Sovet Moldaviyasının tərkibinə daxil olan torpaqları tərk etmək məcburiyyətində qalmışdır. Ailələrin bəziləri sovet vətəndaşlığını alaraq tamamilə SSRİ ərazisində qaldı, lakin bəzi ailələr yeni sərhədlə ayrıldı. Bununla əlaqədar bir çox ailə üzvləri həm sovet, həm də Rumıniya sərhədçilərinin icazəsi ilə, həm də bu icazə olmadan sərhədi keçməyə cəhd etmişdilər. Sovet-Rumıniya sərhədinin mühafizəsi Çernivtsidən 7,5 km cənubda olan hissəyə nəzarət edən XDİK-ın 97-ci Çernivtsi sərhəd dəstəsi tərəfindən həyata keçirilirdi (İkinci Dünya müharibəsinin əvvəlində Rumıniya və alman qoşunlarına qarşı ilk döyüşləri də aparmışdır).97-ci sərhəd dəstəsinin mühafizə etdiyi ərazidən 471 nəfər — Qertsa, Qluboka, Putila və Storozhinets qəsəbələrinin sakinləri qanunsuz olaraq sərhədi keçmişdilər.
İlk yardım çantası
İlk yardım çantası — İlk tibbi yardım verilməsi üçün istifadə edilən təchizat və avadanlıqların toplusu.
Mantaş
Mantaş (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. Çeşmə Mantaş (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Mantaş (Xudabəndə)
Mantaş (fars. منطش‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 148 nəfər yaşayır (30 ailə).
Çeşmə Mantaş (Bicar)
Çeşmə Mantaş (fars. چشمه منتش‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,012 nəfər yaşayır (228 ailə). Əhalisini kürdlər təşkil edir.