Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Somebody's Watching Me
Somebody's Watching Me – Rockwell və Maykl Ceksonun birgə ifa etdiyi mahnı. Mahnı ABŞ və Avropa ölkələrində böyük uğur qazanmış, 1984 – cü ildə Billboard Hot 100 – da ikinci yerə Billboard R&B singles – da birinci yerə, UK Singles Chart – da isə altıncı yerə kimi yüksəlmişdir. Somebody's Watching Me Rockwellin yaradıcılığında ən pik zirvə olmuşdur. Belə ki, bu mahnıdan sonra onun müəyyən qədər məşhurlaşan mahnısı "Obscene Phone Caller" olmuşdur ki, o da Billboard Hot 100 – də yalnız otuz beşinci yerə kimi yüksələ bilmişdir. İlk ifadan sonra "Somebody's Watching Me" mahnısına dəfələrlə müxtəlif ölkələrdən olan musiqiçilər tərəfindən müraciət olunmuş, mahnının yeni versiya və remixləri yaradılmışdır. == DJ BoBo versiyası == İsveçrəli məşhur dj. DJ BoBo 1992-ci ildə mahnıya müraciət etmiş və sinql şəklində satışa buraxmışdr. DJ BoBonun işlədiyi yeni versiya İsveç və İsveçrədə birinci, Almaniyada dürdüncü, Avstriya, Niderland və Norveçdə üçüncü, Avstraliyada isə on üçüncü yerə kimi yüksələ bilmişdir. KompozisiyalarıCD Single Somebody Dance With Me (Radio Mix) Somebody Dance With Me (Club Mix) Uh-Uh! (Deejay Remix) Somebody Dance With Me (Live In Switzerland)Remix – CD-Maxi Fresh 1240 Somebody Dance With Me (Remix) Move Your Feet Somebody Dance With Me (Live In Switzerland)Remix Italien – CD-Maxi DWA 0097 Somebody Dance With Me (Heaven Trouble Remix) Somebody Dance With Me (Radio Mix) Somebody Dance With Me (Club Mix) Uh-Uh!