MASTER

master1

n 1. ağa; sahibkar; to be one’s own ~ özü özünün ağası olmaq; 2. ustad; usta; 3. kişi, başçı (evdə, ailədə); the ~ of the house evin böyüyü / ağası; to be ~ in one’s own house öz evinin böyüyü / ağası olmaq; 4. müəllim; school ~ kişi müəllimi (məktəbdə); a dancing / fencing ~ rəqs / qılıncoynatma müəllimi; 5. rəsmi titul; Master of House alı cəmiyyətə mənsub olan şəxs; məişətdə ev işlərinə rəhbərlik edən şəxs

master2

adj usta, ustad; təcrübəli; a ~ carpenter usta / təcrübəli dülgər; a ~ builder usta / təcrübəli inşaatçı

master3

v 1. üstün gəlmək; cilovlamaq; ağası olmaq; to ~ one’s temper özünü ələ almaq; to ~ one’s feelings hisslərini cilovlamaq; 2. mənimsəmək, yiyələnmək, sahib olmaq, dərindən öyrənmək; to ~ a foreign language xarici dili yaxşı mənimsəmək

MASSIVELY
MASTERLY
OBASTAN VİKİ
Tereza Master
Tereza Master (21 sentyabr 1989) — Malavili marafonçu. Tereza Master Malavini 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Tereza Master birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 48 dəqiqə 34 saniyəyə qət edərək 157 marafonçu sırasında 98-ci yeri tutdu.
Master of Reality
Master of Reality – İngilis heavy metal qrupu Black Sabbath-ın 1971-ci ildə çıxardığı üçüncü albomudur. Bəzən albomu ilk stauner rok albomu kimi də qiymətlənirirlər. Albom 2 milyon satandan sonra 2 platinium sertifikat almışdır. Bu albomda Toni Ayommi, ilk dəfə elektrogitarada de-tuning üsulundan istifadə etməyə başlamışdır. Bu yeni üsul, gitara tellərini daha elastik buraxaraq, 3 yarı-nota aşağısında çalmağı mümkün edirdi. Ayominin bunu tətbiqinin səbəbi sol əlindəki barmaqlarındakı problemdir. Albomun mahnı sözləri daha çox yalnızlıq, narkotika, müharibə və dini əhatə edir. Albom Billboard Pop Albums sıralamasında o dövrdə 8-ci sıraya qədər yüksəlmiş, 2003-cü ildə Rolling Stone jurnalının ən yaxşı 500 albom sıralamasında isə 298-ci sıradadır.
Master və Marqarita
Master və Marqarita (rus. Ма́стер и Маргари́та) — Mixail Bulqakov tərəfindən yazılmış, iblisin ateist Sovetlər birliyinə səfərindən bəhs edən roman. Bir çox tədqiqatçılar əsəri XX əsrin ən böyük romanlarından biri kimi dəyərləndirir və SSRİ-də azadlıqların boğulmasına qarşı yazılmış ən güclü satiralardan olduğunu qeyd edirlər. M. A. Bulqakov XX əsrin əvvəllərində "Caynaqlı mühəndis" adlı roman yazmağı düşünsə də, həmin əsəri az sonra "Master və Marqarita" adlandırır. Bu roman Bulqakovun sonuncu kitabı olur. "Master və Marqarita" əsərinin sanki özünün sonuncu əsəri olacağını duyan yazıçı onun hər səhifəsinə tükənməz fantaziyasını, başlıca fikir və ideyalarını, bir sözlə, bütün varlığını hopdurmağa çalışmışdır. Əsas məna daşıyıcısı mif olan və "roman içində roman" prinsipinin gözlənildiyi bu əsərdə mif (əslində, din tarixindən götürülmüş hadisə) süjeti müasir zaman fəsilləri ilə paralel inkişaf edir. "Master və Marqarita"da simvolik obrazlardan olan fırtına motivi bütünlüklə romanı əhatə edir və getdikcə artaraq qarşıdakı dünya dəhşətindən xəbər verir. == Tarixi == Bulqakov romanı 1928-ci ildə yazmağa başlamışdır. Belə bir mövzuda əsərin SSRİ–də uğur qazanmasının mümkünsüzlüyünü anlayan və uğurlu gələcəyə ümid etməyən yazıçı romanın ilk əlyazmasını 1930-cu ildə yandırmışdır.
Master və Marqarita (film, 2024)
"Master və Marqarita" (rus. Мастер и Маргарита) — Mixail Bulqakovun eyni adlı romanı əsasında Mixail Lokşinin rejissorluğu ilə çəkilmiş Rusiya fentezi dram filmi. Filmdə əsas rollar Auqust Dihl, Yevgeni Tsıqanov, Yuliya Sniqir, Klas Banq, Yuri Kolokolnikov, Aleksey Rozin və Polina Auq tərəfindən canlandırılmışdır. Filmin istehsalını Rusiya Kino Fondunun dəstəyi ilə "Mars Media Entertainment", "Amedia" və "Profit" şirkətləri həyata keçirmişdir. Filmin premyerası 25 yanvar 2024-cü ildə baş tutmuşdur.
Bulbophyllum mastersianum
Bulbophyllum mastersianum (lat. Bulbophyllum mastersianum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Masters turniri çempionlarının siyahısı
Masters turniri (ing. Masters Tournament) — 1934-cü ildən bəri təşkil edilən illik qolf turniri. Turnirin ilk çempionu Horton Smitdir. Hər il təşkil edilən dörd böyük turnirdən birincisi olan Masters turnirinin son günü aprel ayının ikinci bazar gününə uyğun gəlir. Hər il eyni yerdə (Auqust Milli Qolf Klubu) təşkil edilən yeganə böyük turnirdir. Masters çempionları digər böyük turnirlərdə (Açıq Amerika, Açıq Britaniya, PGA Çempionatı) 5 il ərzində iştirak etmək və Masters turnirində istədikləri zaman iştirak etmək şansını qazanarlar. Masters turnirində birinci yeri əldə edən qolfçu "yaşıl pencəyi"də əldə edir. İlk yaşıl pencəyi 1949-cu ildə Sem Snid qazanmışdır. Bu pencək çempion tərəfindən bir il saxlanılır və sonra geri qaytarılır. Bu turniri birdən çox qazanan oyunçunun vücudunda çox böyük dəyişiklik olmadığı təqdirdə yalnız bir yaşıl pencək qazanacağı mənasına gəlir.
Paphiopedilum mastersianum
Paphiopedilum mastersianum (lat. Paphiopedilum mastersianum) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü. == Sinonimləri == Cypripedium mastersianum Rchb.f.
Dendrobium mastersianum
Dendrobium anosmum (lat. Dendrobium anosmum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Callista anosma (Lindl.) Kuntze Dendrobium superbum Rchb.f. === Heterotipik sinonimləri === Callista scortechinii (Hook.f.) Kuntze Dendrobium anosmum var. dearei (Rolfe) Ames & Quisumb. Dendrobium anosmum var. huttonii (Rchb.f.) Ames & Quisumb. Dendrobium dayanum B.S.Williams Dendrobium leucorhodum Schltr. Dendrobium macranthum Hook. Dendrobium macrophyllum Lindl.
Mastercard
Mastercard Inc. (əvvəllər MasterCard Worldwide və ya MasterCard Incorporated) 210 ölkədə 22 min maliyyə institutunu birləşdirən beynəlxalq ödəniş sistemi, transmilli maliyyə korporasiyasıdır.Şirkətin əsas qərargahı ABŞ-ın Nyu-York ştatının Westchester County-də yerləşir. Əvvəlcə Banklararası, Master Charge kimi tanınan Mastercard, sonradan Visa Inc-dən Visa kredit kartlarının emitentinə çevrilən Bank of America tərəfindən buraxılan BankAmericard kartlarına rəqib olaraq bir neçə Kaliforniya bankı tərəfindən yaradılmışdır. 1966-1979-cu illərdə Mastercard "İnterbank" və "Master Charge" adlanırdı. Mastercard Beynəlxalq Assosiasiyası onun üzvləri tərəfindən idarə olunur.Mastercard-ın baş ofisi Purchase , New York -da Mastercard Beynəlxalq Qlobal Qərargahında yerləşir. Qlobal Əməliyyatlar Mərkəzi Missuri ştatının Sent-Luis şəhərinin ətrafı O'Fallonda yerləşir. Kredit kartı məlumatlarının satışı 2018-ci ildə Bloomberg-in dərc etdiyi hesabata görə, Google-un reklam məqsədləri üçün istifadəçilərinin kredit kartı məlumatları üçün Mastercard-a milyonlarla dollar ödədiyini bildirdi. Müqavilə ictimaiyyətə açıqlanmamışdı. Iki şirkət arasında gizli sövdələşmə dörd illik danışıqlardan sonra baş tutub. == QkR == QkR ABŞ və Avstraliyada fəaliyyət göstərən Mastercard tərəfindən hazırlanmış mobil ödəniş proqramıdır və ödənişlər əlaqəli kredit kartından ödənilməklə smartfon vasitəsilə məhsul və xidmətlər sifariş edilir.