Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Francis Lai
Fransis Ley (fr. Francis Lai; 26 aprel 1932[…], Nitsa, Dənizkənarı Alplar, Fransa – 7 noyabr 2018[…], Parisin 8-ci rayonu[d], Fransa) — fransız bəstəkarı, "Sevginin tarixi" (1970, ABŞ) filminə görə 1970-ci il musiqi nominasiyasında Oskar mükafatının laureatı. == Həyatı == 26 aprel 1932-ci ildə anadan olub. Estrada müğənnilərini müşahidə etməklə musiqi karyerasına başlayıb. 1960-cı illərin əvvəllərində kino bəstəkarı kimi tanınmağa başlayıb. Klod Leluşla uzun müddət və məhsuldar əməkdaşlığı olub. Edit Piaf, Julyett Qreko, İv Montan, Mirey Matye, Conni Halidey üçün mahnılar yazıb. Bu mahnıları həmçinin Tom Cons, Frenk Sinatra və Ella Fitzgerald oxuyub. Mahnılarının bəzilərini ("Sur notre étoile", "La Rose Bleue") özü ifadə edib.
François Kamano
Fransua Kamano (1 may 1996 və ya 2 may 1996, Konakri) — Liqa 1 təmsilçilərindən olan Bordo FK klubunda hücumçu kimi çıxış edən peşəkar Qvineya futbolçusudur. == Klub karyerası == === Bastiya === Kamano öz peşəkar karyerasında debütünü Bastiya klubu ilə Liqa 1-də 9 avqust 2014-cü ildə Olimpik Marsel FK klubuna qarşı oyunda etmişdir. Kamano sona 8 dəqiqə qalmış Kristofer Mabulunu əvəz etmişdir. Həmin görüşdə Bastiya liqa görüşündə Marsel ilə 3-3 bərabərə qalmışdır. Kamano ilk qolunu 20 dekabr 2014-cü ildə Kann FK klubuna qarşı oyunda vurmuşdur. Həmin görüşdə Bastiya Kann ilə 1-1 bərabərə qalmışdır. === Bordo === 2016-ci ilin iyul ayında Kamano AİK, Vilyarreal FK, Renn FK və Genqam klublarından maraqlı təkliflər almasına baxmayaraq, Bordo FK klubu ilə dörd illik müqavilə imzalamışdır. Kamano €2.5 milyon qarşılığında Bordo klubuna transfer olunmuşdur. == Karyera statistikası == === Klub === 11 Mart 2017 tarixində yenilənib === Milli komanda === 10 İyun 2017 tarixində yenilənib ==== Milli komanda qolları ==== 1 Sentyabr 2016-cı il məlumatlarına əsasən. Nəticələr və qollar Qvineya hesablamasının birinci siyahısındadır.
François Çereke
Maximilien François Marie Isidore de Robespierre
Maksimilian Robespyer (6 may 1758[…], Arras – 28 iyul 1794[…], Paris) — Fransız inqilabının liderlərindən olan İrlandiya əsilli vəkil. == Həyatı == Maksimilian Robespyer 1758-ci il 6 may tarixində Fransanın şimalında olan Arras şəhərində anadan olub. Robespyer 1769-cu ildə, Parisdə Böyük Lüdovuq Kollecində daxil olur. Burada təhsil aldığı dövrdə çalışqanlığı ilə yoldaşlarından fərqlənib. 1781-ci ildə məktəbi bitirdikdən sonra, atasının yolunu davam etdirərək vəkil peşəsini seçir və bu sahədə fəaliyyət göstərir. O tezliklə müvəffəqiyyətli vəkil olur və Yepiskop Tribunalında hakim vəzifəsinə də yiyələnir. Məhkəmə dinləmələri ərzində, o maarifçi ideayları ilə tanınır və kasıb insanların lehinə hər zaman dəlil gətirə bilməsi ilə şöhrət qazanır. [mənbə göstərin] O,geniş mütaliələrlə məşğul olur,həmçinin cəmiyyətdə baş verən hadisələrlə dərindən maraqlanır. 1782-ci ildə o cinayət hakimi təyin edilir. Robespyerin siyasi ideyalarına ən böyük təsir göstərən Jan Jak Russonun fikirləri olub.
Franca
Frankenia (lat. Frankenia) — qərənfilçiçəklilər dəstəsinin frankeniaceae fəsiləsinə aid bitki cinsi. == Sinonim == Anthobryum Phil. Beatsonia Roxb. Franca Boehm. Hypericopsis Boiss. Niederleinia Hieron. Tetreilema Turcz.
Fransis Amuzu
Fransis Apelete Amuzu (23 avqust 1999, Akkra) — Belçika Birinci Divizounu təmsilçilərindən olan Anderlext klubunda hücumçu kimi çıxış edən peşəkar Belçika futbolçusudur. == Klub karyerası == === Anderlext === Amuzu Anderlext akademiyası vasitəsilə inkişaf etmişdir. Amuzu Anderlext klubu ilə ilk peşəkar müqaviləsini 23 avqust 2015-ci ildə imzalamışdır. Amuzu öz peşəkar karyerasında debütünü 22 dekabr 2017-ci ildə Eypen klubuna qarşı oyunda etmişdir. O, 25-ci dəqiqədə qolla yadda qalmış və 65-ci dəqiqədə Sofiyan Hanni ilə əvəz olunmuşdur. Belçika Birinci Divizounu görüşündə Anderlext rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. == Şəxsi həyatı == Amuzu Qanada anadan olmuşdur. Valideynləri də Qana vətəndaşlarıdır. O, kiçik yaşlarında ailəsi ilə birlikdə Belçikaya köçmüş və burada futbolçu kimi inkişaf etmişdir. == Karyera statistikası == === Klub === 31 iyul 2018 tarixində yenilənib1UEFA Avropa Liqası görüşləri daxildir.
Fransis Krik
Fransis Harri Kompton (8 iyun 1916[…], Northempton – 28 iyul 2004[…], La-Hoyya[d], Kaliforniya) ― İngilis molekulyar bioloq, biofizik və nevroloq idi. O, Ceyms Uatson və Rosalind Franklin DNT molekulunun sarmal quruluşunun deşifrə edilməsində mühüm rol oynadılar. Krik və Uatson'un 1953-cü ildə "Təbiət" jurnalında yazdığı məqalə DNT quruluşunu və funksiyalarını öyrənmək üçün təkan verdi. Moris Uilkins ilə birlikdə "Nuklein turşularının molekulyar quruluşu və canlı materialda məlumat ötürülməsi üçün əhəmiyyətinə dair kəşflərinə görə" 1962-ci ildə Fiziologiya və Tibb üzrə Nobel Mükafatına layiq görülmüşdülər. Krik nəzəri molekulyar bioloq olması DNT-nin sarmal quruluşunu ortaya çıxarmaq ötrü əlaqəli araşdırmalar aparmasında mühüm rol oynadı. Məlumat nuklein turşularından (DNT və ya RNT) zülallara ötürüldükdə, nuklein turşularına geri dönə bilməyəcəyi fikrini ümumiləşdirmək üçün "mərkəzi dogma" ifadəsini istifadə etməklə məşhurdur. Başqa sözlə, nuklein turşularından zülallara informasiya axınındakı son addım geri dönməzdir. Karyerasının qalan dövründə J.V.Kiekhefer, Kaliforniya, La Jolladakı Salk Bioloji Araşdırmalar İnstitutunda xüsusi tədqiqat professoru kimi fəaliyyət göstərmişdir. Onun sonrakı tədqiqatları nəzəri neyrobiologiya və insan şüurunun elmi tədqiqatını inkişaf etdirmək cəhdləri üzərində quruldu. Ölənə qədər bu vəzifədə qaldı; Kristoff Kox, "elm adamı ölüm yatağından acı sona qədər bir əlyazma yaratmalıdır" dedi.
Fransis Lai
Fransis Ley (fr. Francis Lai; 26 aprel 1932[…], Nitsa, Dənizkənarı Alplar, Fransa – 7 noyabr 2018[…], Parisin 8-ci rayonu[d], Fransa) — fransız bəstəkarı, "Sevginin tarixi" (1970, ABŞ) filminə görə 1970-ci il musiqi nominasiyasında Oskar mükafatının laureatı. == Həyatı == 26 aprel 1932-ci ildə anadan olub. Estrada müğənnilərini müşahidə etməklə musiqi karyerasına başlayıb. 1960-cı illərin əvvəllərində kino bəstəkarı kimi tanınmağa başlayıb. Klod Leluşla uzun müddət və məhsuldar əməkdaşlığı olub. Edit Piaf, Julyett Qreko, İv Montan, Mirey Matye, Conni Halidey üçün mahnılar yazıb. Bu mahnıları həmçinin Tom Cons, Frenk Sinatra və Ella Fitzgerald oxuyub. Mahnılarının bəzilərini ("Sur notre étoile", "La Rose Bleue") özü ifadə edib.
Fransis Ley
Fransis Ley (fr. Francis Lai; 26 aprel 1932[…], Nitsa, Dənizkənarı Alplar, Fransa – 7 noyabr 2018[…], Parisin 8-ci rayonu[d], Fransa) — fransız bəstəkarı, "Sevginin tarixi" (1970, ABŞ) filminə görə 1970-ci il musiqi nominasiyasında Oskar mükafatının laureatı. == Həyatı == 26 aprel 1932-ci ildə anadan olub. Estrada müğənnilərini müşahidə etməklə musiqi karyerasına başlayıb. 1960-cı illərin əvvəllərində kino bəstəkarı kimi tanınmağa başlayıb. Klod Leluşla uzun müddət və məhsuldar əməkdaşlığı olub. Edit Piaf, Julyett Qreko, İv Montan, Mirey Matye, Conni Halidey üçün mahnılar yazıb. Bu mahnıları həmçinin Tom Cons, Frenk Sinatra və Ella Fitzgerald oxuyub. Mahnılarının bəzilərini ("Sur notre étoile", "La Rose Bleue") özü ifadə edib.
Fransis Leyn
Fransis Leyn (d. 23 sentyabr 1874; Çikaqo, Birləşmiş Ştatlar - ö. 17 fevral 1927; Çikaqo, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. 1896 Afina Olimpiadasında bürünc medal qazanıb. == Həyatı == Fransis Leyn 1874-cü ilin 23 sentyabr günündə Birləşmiş Ştatların İllinoys ştatının Çikaqondə anadan olub. 1927-ci ilin 17 fevral tarixində isə elə həmin şəhərdə ömrünün 52-ci yaşında vəfat edib. === Afina Olimpiadası === Fransis Leyn 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. 100 metr məsafəyə qaçış yarışlarında mübarizə aparan Leyn təsnifat mərhələsində 12.2 saniyə nəticə ilə 1-ci yeri tutdu və finala vəsiqə qazandı. Finalda isə 12.6 saniyə nəticəyə imza atan Fransis Leyn Macarıstanlı Alajos Szoкolyi ilə birgə I Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Fransis Marraş
Fransis bin Fətulla bin Nəsrulla Mərraş (ərəb. فرنسيس بن فتح الله بن نصر الله مرّاش‎; 29 iyun 1836[…], Hələb – 1874, Hələb) ya Fransis əl-Mərraş ya Fransis Mərraş əl-Hələbi — şair, yazıçı və həkim Hələbdən.Abdulla və Maryana Mərraşın qardaşı idi. == Həyatı == 1866-cı ildə tibb oxumaq üçün Parisə getdi. Gözlərinin pisləşən vəziyyəti onu təhsilini yarımçıq qoydurdu.
Fransis Mərraş
Fransis bin Fətulla bin Nəsrulla Mərraş (ərəb. فرنسيس بن فتح الله بن نصر الله مرّاش‎; 29 iyun 1836[…], Hələb – 1874, Hələb) ya Fransis əl-Mərraş ya Fransis Mərraş əl-Hələbi — şair, yazıçı və həkim Hələbdən.Abdulla və Maryana Mərraşın qardaşı idi. == Həyatı == 1866-cı ildə tibb oxumaq üçün Parisə getdi. Gözlərinin pisləşən vəziyyəti onu təhsilini yarımçıq qoydurdu.
Fransis Pulenk
Fransis Jan Marsel Pulenk (fr. Francis Jean Marcel Poulenc; 7 yanvar 1899[…], Paris – 30 yanvar 1963[…], Paris) – fransız bəstəkar. Bəstələdiyi musiqi tərzləri arasında mahnılar, solo piano musiqisi, otaq musiqisi, oratoriya, opera, balet musiqisi və orkestr musiqisi vardır. == Həyatı == Pulenk Parisdə 1899-da anadan olub. Atası böyük bir sənayeçi idi. Həvəskar pianoçu olan anası Fransis Pulenkə piano çalmağı öyrətdi və musiqi ailə həyatının önəmli bir qismi oldu. Çox qabiliyyətli bir pianoçu olduğu üçün bəstəkarlığının başlanğıcında hazırladığı əsərlər, əsasən klavişli çalğılar üçün hazırlanmışdır. Pulenk bütün bəstəkarlıq müddətində həm öz köhnə bəstələrinden, həm də Volfqanq Amadey Motsart və Kamil Sent-Sansın bəstələrindən davamlı olaraq mövzular və hissələr almışdır. Həyatının sonlarına doğru Rokadamurda olan Qara Məryəm ana məbədinə ziyarətindən sonra getdikcə daha qatı katolik xristian dini fikirləri və görüşləri mənimsədi və bəstələri daha bədbin tonlu hətta qaranlıq olmağa başladı. == Əsərləri == === Opera === FP 125 – Dialogues des Carmélites (1956) FP 159 – Les mamelles de Tırésias (1944) FP 171 – La voix humaine (1958) === Orkestr musiqisi === FP 23 – La baigneuses de Trouville (from Les mariés de le tour Eiffel) (1921) FP 24 – Discours du général (from Les mariés de le tour Eiffel) (1921) FP 25 – Fanfare (1921) FP 36 – Les biches (1923) FP 45 – Pastourelle (from L’éventail de Jeanne) (1927) FP 49 – Concert champêtre pour clavecin et orchestre (1927-1928) FP 50 – Pièce brève sür le nom d’Albert Roussel (1929, orch.1949) FP 51 – Aubade, concerto chorégraphique pour piano et 18 ınstruments (1929) FP 61 – Concerto en ré mineur pour 2 pianos et orchestre (1932) FP 80 – Suite française d’après Claude Gervaise (16e siècle) (1935) FP 88 – 2 Marches et un intermède (1937) FP 93 – Concerto en sol mineur pour örgue et orchestre (1938) FP 104 – 2 Préludes posthumes et üne Gnossienne (1939) FP 106 – Léocadia (1940) FP 111 – Les animaux modèles (1940-1941) FP 138 – L’ınvitation au château (1947) FP 141 – Sinfonietta (1947) FP 146 – Concerto pour piano et orchestre (1949) FP 153 – Matelote provencale (from La guilande de Campra) (1952) FP 160 – Bucolique (from Marguerite Long) (1954) === Otaq musiqisi === FP 7 – Sonate pour 2 clarinettes (1918, rev.1945) FP 32 – Sonate pour clarinette et basson (1922, rev.1945) FP 33 – Sonate pour çor, trombone et trompette (1922, rev.1945) FP 43 – Trio pour piano, hautbois et basson (1926) FP 60 – Bagatelle en ré mineur pour violon et piano (from Le bal masqué) (1931) FP 74 – Villanelle pour pipeau et piano (1934) FP 100 – Sextour pour piano, flûte, hautbois, clarinette, basson et çor (1930-1932) FP 119 – Sonate pour violon et piano (1942-1943, rev.1949) FP 129 – L’histoire de Babar, le petit éléphant (1940-1945) FP 143 – Sonate pour violoncelle et piano (1940-1948, rev.1953) FP 164 – Sonate pour flûte et piano (1956) FP 168 – Élégie pour çor et piano (1957) FP 179 – Şarabande pour guitare (1960) FP 184 – Sonate pour clarinette et piano (1962) FP 185 – Sonate pour hautbois et piano (1962) === Piano === FP 5 – 3 Pastorales (1917) FP 8 – Sonate pour piano à 4 mains (1918, 1939) FP 14 – 3 Mouvements perpétuels (1918) FP 17 – Valse en ut (from Albüm des Six) (1919) FP 19 – Suite en ut (1920) FP 21 – 5 İmpromptüs (1920-1921, rev.1939) FP 24 – Promenades (10 Pièçeş) (1921) FP 40 – Napoli (3 Pièçeş) (1922-1925) FP 45 – Pastourelle (from L’éventail de Jeanne) (1927) FP 47 – 2 Novelettes (1927-1928) FP 48 – 3 Pièçeş (Pastorale, Toccata, Hymne) (1928) FP 50 – Pièce brève sür le nom d’Albert Roussel (1929, orch.1949) FP 56 – 8 Nocturnes (1929-1938) FP 60 – Caprice en ut majeur (from Le bal masqué) (1932) FP 60 – İntermède (from Le bal masqué) (1932) FP 62 – Valse-improvisation sur le nom de Bach (1932) FP 63 – İmprovisation No.
Fransis Veber
Fransis Veber (fr. Francis Veber) — Fransa kinorejissoru və ssenaristi. == Həyatı == Fransis Veber 28 iyul 1937-ci ildə Nöyi-sür-Sendə anadan olmuşdur. O, bir çox gözəl komediyalar çəkmişdir. "Dublyor" filmində hətta epizodik rolda çəkilmişdir. İlk ekran işlərini Fransada çəkmişdir. XX əsrin 90-cı illərinin ortalarında həmişəlik Amerikada yaşamağa getmişdir. Onun ilk filmi olan "Oyuncaq" Pyer Rişarın iştirakı ilə lentə alındı və böyük uğur qazandı. Rejissor sonralar bir neçə dəfə həmin aktyorla işləmişdir.
I Fransis
I Fransisk (fr. François Ier) və ya Anqulemli Fransisk (fr. François d’Angoulême) (d. 12 sentyabr 1494 - ö. 31 mart 1547) — Fransa kralı. Atası V Çarlzın nəticəsi Anqulem qrafı Orleanlı Çarlz, anası isə Savoyyalı Luiza idi. Fransisk 1515-ci ildə həm ana, həm də ata şəcərəsindən qohumu olan, üstəlik qaynatası olan Fransa kralı XII Lüdovikin ardından taxta çıxdı. Elmin və incəsənətin hamisi olan Fransisk, məşhur əsəri Mona Lizanı satın alaraq Parisə dəvət etdiyi Leonardo da Vinçi də daxil olmaqla, bir çox rəssam, şair, heykəltaraş və incəsənət xadimini ətrafında toplayaraq Fransa renesansının inkişafına təkan verdi. Onun səltənəti dönəmində Fransada mərkəzi hakimiyyət gücləndi, protestantlıq və humanizm cərəyanı gücləndi və fransızlar ilk dəfə Amerikaya addım atdı. Jak Kartye və digər fransız kəşfiyyatçılar vasitəsilə Yeni dünyada Fransa da haqq iddia etməyə başladı və ilk dəfə Fransa müstəmləkə imperiyasının təməli atıldı.
Lingua franca
Linqva franka (it. lingua franca - frank dili) — ortaq dil mənasına gələn latınca ifadə. Bundan başqa bəzən vasitəçi dil, körpü dil, müəyyən sahədə və ya ərazidə etnoslararası münasibət üçün istifadə edilən, bütün tərəflərin başa düşdüyü ortaq dil. == Terminin yaranması == Tarixən Aralıq dənizi regionunda yaşayan xalqların dillərini adlandırmaq üçün istifadə edilmişdir. Bu ad ərəb dilinin italyan dilinə tərcüməsidir lisan al-ifrang. Ərəb dilində isə bu ad xaç yürüşləri zamanı ərəblərin avropalıları franklar adlandırmasından yaranıb. == Tarixi == İlk dəfə xalqlararası dil kimi Makedoniyalı İsgəndərin ordusunda koyne dili işlənmişdir. == Nümunələr == Azərbaycan türkcəsi orta əsrlərdə (XX əsrin əvvəllərinədək) Şimali Qafqazda (qumuq dili ilə birgə), Zaqafqaziyada, İran, İraq, Küveyt, Suriya və Şərqi Anadoluda Linqva-franka dili olmuşdur. XX əsrdə rus dili Postsovet məkanında və Şərqi Avropada Linqva-Franko dili olmuşdur. == Ədəbiyyat == Вайнрайх У. Языковые контакты: Состояние и проблемы исследования.
Çarlz Fransis Rixter
Çarlz Fransis Rixter (ing. Charles Francis Richter, 26 aprel 1900–20 aprel 1985) — ABŞ-lı seysmoloq və fizik. İndi bütün dünyanın zəlzələni ölçmək üçün istifadə etdiyi termin — Rixter şkalası onun kəşfidir və adı da məhz Rixterin adından götürülüb. == Həyatı == 1900-cü ilin 26 aprel tarixində Ohayo ştatında dünyaya gəlib. 1920-ci ildə Stanford Universitetini, daha sonra isə Kaliforniya Texnologiya İnstitutunda fizik kimi işləməyə başlayır. O, 1927-ci ildə Kaliforniyada yerləşən Karnegi İnstitutunda araşdırmaçı köməkçisi kimi fəaliyyətə başlayır. Rixter Beno Qutenberq ilə seysmoloji tədqiqatlar aparır, zəlzələnin gücünü, təsirini ölçmək üçün cihazlar yoxlayırlar. Onlar 1932-ci ildə ölçü şkalası yaradırlar və ona Rixter şkalası adı verilir. Rixter şkalası ilk dəfə 1935-ci ildə istifadə olunub və o vaxtdan da zəlzələnin maqnitudasını ölçmək üçün standart ölçü vahidi kimi qəbul edilib. Rixter 1985-ci ilin 30 sentyabr tarixində Kaliforniyanın Pasadena ərazisində vəfat edib.
Müqəddəs Fransis Xavier kafedralı (Qrodno)
Müqəddəs Fransis Xavier kafedralı — Belarusun Qrodno şəhərində yerləşən Roma Katolik Kafedralıdır. Əvvəlcə bir Yezuit kilsəsi olan bina, 1991-ci ildə, Qrodno yeni yeparxiyasının qurulduğu bir kafedral oldu. == Tarix == Kilsənin inşasına 1687-ci ildə başlanmışdır. Barokko üslubunda tamamlanan bina 1705-ci ildə Müqəddəs Frensis Xavierin şərəfinə adlandırılır. 1773-cü ildə monastır dağıdıldı və bina kilsəyə çevrildi. Kilsə II Dünya Müharibəsindən ciddi bir zərər görmədən sağ qaldı. 1960-cı ildə ictimai bir dini xidmət üçün rəsmi olaraq bağlandı (27 il). Kommunist hakimiyyəti binanı muzeyə və ya konsert salonuna çevirməyə çalışdı. Buna baxmayaraq, insanlar hər bazar günü ümumi bir dua və mahnı üçün kilsəyə qatıldılar. 1987-ci ildə dini xidmətlər bərpa edildi.
Françes Leiqton
Françes Leiqton (d. 30 mart 1982) — Birləşmiş Krallığı təmsil edən su poloçusu. Françes Leiqton, Birləşmiş Krallığ yığmasının heyətində 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarına qatılıb. == Karyerası == Françes Leiqton, 2012-ci ildə Birləşmiş Krallığ yığması ilə birgə XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların 1/4 final mərhələsinin görüşündə İspaniya yığmasına 7:9 hesabı ilə məğlub olan Birləşmiş Krallığ yığması, XXX Yay Olimpiya Oyunlarını 8-ci yerdə başa vurdu.
Artemio Françi Stadionu
"Artemio Françi" stadionu — İtaliyanın Florensiya şəhərində yerləşir.