Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Orbiter
Orbiter — planet və ya başqa səma cismi ətrafında dövr edən kosmik gəmidir.
Flutter
Flutter — Google tərəfindən yaradılmış açıq mənbəli UI proqram təminatı tərtibat dəsti (SDK). Hər hansısa bir veb brauzer, Fuchsia, Android, iOS, Linux, macOS və Windows üçün vahid kod bazasında kross platforma proqramlar hazırlamaq üçün istifadə olunur. İlk dəfə 2015-ci ildə bəhs edilən Flutter 2017-ci ilin mayında yayımlandı. Flutter-in ilk versiyası "Sky" kimi tanınırdı və Android əməliyyat sistemində işləyirdi. O 2015-ci ildə Dart tərtibatçılarının zirvə toplantısında, saniyədə 120 kadr sürətlə (FPS) render edə bilmək funksiyası ilə təqdim edildi. 2018-ci ilin sentyabrında Şanxayda keçirilən Google Developer Day-in əsas çıxışı zamanı Google, Flutter 1.0-dan əvvəlki son əsas buraxılış olan Flutter Release Preview 2-ni elan etdi. 4 dekabr 2018-ci ildə Flutter 1.0 Flutter Live tədbirində təqdim edildi və bu freymvorkun ilk stabil versiyası oldu. 11 dekabr 2019-cu ildə Flutter 1.12 Flutter Interactive tədbirində yayımlandı. 6 may 2020-ci ildə Dart proqram təminatının inkişaf etdirilməsi dəsti (SDK) 2.8 və Flutter 1.17.0 yayımlandı, bu da iOS cihazlarında performansı təxminən 50% yaxşılaşdıran Metal API dəstəyi, həmçinin yeni Material vidcetləri və şəbəkə izləmə tərtibat alətləri əlavə etdi. 3 mart 2021-ci ildə Google onlayn Flutter Engage tədbiri zamanı Flutter 2-ni təqdim etdi.
Friker
Frikinq (ing. phreaking) — telefon sisteminin necə işlədiyini bilmək hesabına qanunsuz yolla pulsuz şəhərlərarası və beynəlxalq telefon danışıqları aparmaq. Frikinq ictimai telefon şəbəkələrinə qoşulmuş avadanlıq və sistemlər kimi telekommunikasiya sistemlərini öyrənən, sınaqdan keçirən və ya kəşf edən insanların mədəniyyətinin fəaliyyətini təsvir etmək üçün yaradılmış jarqon termindir. "Phreak" termini ingiliscə telefon (phone) sözündəki "ph-" ilə "freak" sözünün birləşməsi nəticəsində yaranıb və telefon sistemini manipulyasiya etmək üçün müxtəlif audio tezliklərin istifadəsinə də aid ola bilər. Frik, frikçi və ya telefon friki frikinqdə iştirak edən şəxslər üçün və onlar tərəfindən istifadə edilən adlardır. Termin ilk olaraq uzun məsafəli zəngləri yönləndirmək üçün istifadə edilən tonlar sistemini tərsinə çevirmiş qruplar üçün istifadə edilirdi. Bu tonları yenidən yaratmaqla, friklər zəngləri telefondan dəyişə bilir və bunun sayəsində istənilən yerdən pulsuz zəng edə bilirlər. Mavi qutu kimi tanınan elektron ton generatorları bu tonların yaradılmasını asanlaşdırmaq üçün frikinq cəmiyyətinin əsas hissəsinə çevrildi. Bu icmaya gələcək Apple-in həmtəsisçiləri Stiv Cobs və Stiv Voznyak daxil idi. Mavi qutu dövrü telekommunikasiya şirkətlərinə zəng yönləndirmə məqsədləri üçün diapazondaxili siqnaldan istifadəni dayandırmağa imkan verən kompüterləşdirilmiş telefon sistemlərinin getdikcə artan istifadəsi ilə sona çatdı.
Frimer
Frimer (fr. frimaire, fr. frimas — şaxta) — Böyük Fransa inqilabından sonra tərtib olunmuş, 1793-cü ilin oktyabrından 1 yanvar 1806-cı ilə qədər qüvvədə olmuş təqvimə əsasən III ay (21/23 noyabr - 20/22 dekabr).
Ruter
Marşrutlaşdırıcı (Ruter və ya Router ingilis dilindən tərcüməsi ing. router /ˈɹu:tə(ɹ)/ və ya /ˈɹaʊtəɹ/, /ˈɹaʊtɚ/) — şəbəkə trafikinə yol göstərir (istiqamətləndirir). Şəbəkədə göndərilən verilənlər kiçik paketlərə bölünür. Paketlərin hamısı eyni yolla (marşrutla) hərəkət etmir; paketlərin biri bir yolla, digəri isə başqa bir yolla gedə bilər. Paketlər təyinat yerinə çatdıqda ilkin formada birləşdirilir. Mürəkkəb, yəni çoxlu hissəsi olan şəbəkələrdə yönləndiricilər göndərilmiş paketləri qəbul edir və onları mövcud marşrutlardan ən səmərəli olanı (ən qısası) üzrə göndərir. Şəbəkənin hər hansı bir hissəsində nasazlıq olarsa, yönləndirici paketləri alternativ yollara istiqamətləndirə bilər. Marşrutlaşdırıcının şəbəkə kommutatorundan (Switch) və şəbəkə qovşağından (HUB) əsas fərqi OSİ modelinin şəbəkə (3-cü) səviyyəsində işləməsindədir. Beləki digər 2 avadanlıq uyğun olaraq 1 və 2-ci səviyyəli OSİ modelləri ilə işləyirlər. == İş prinsipi == Adətən marşrutlaşdırıcı paket başlığında göstərilən ötürülən ünvandan istifadə edir və marşrutlaşdırma cədvəlindən məlumatların ötürüləcəyi yolu müəyyənləşdirir.
Adrian Frutiger
Adrian Frutiger (Adrian Frutiger) – XX əsrin ikinci yarısı və XIX əsrin əvvəlində çalışan ən möhtəşəm şrift dizaynerlərindən biridir. Tanınmış və geniş istifadə olunan bir çox şriftlərin müəllifidir. Onun karyerası mətbəəçiliyin metal şrift tökmə, fotoyığım və rəqəmsal səhifələmə dövrlərini əhatə edir. Onun ən tanınmış işlərindən Univers, Frutiger və Avenir şrift ailələridir, hansı ki dırnaqsız (sans-serif) şriftlərinin üç əsas janrlarını əhatə edir – neo-qrotesk, humanist və həndəsi. == Həyatı == Adrian Frutiger 24 may 1928-ci il tarixində İsveçrənin Bern kantonunda yerləşən Unterzen komunnasında toxucu ailəsində anadan olub. 16 yaşındaykən o heykəltaraş peşəsini öyrənmək istəyirdi, lakin atası buna razı olmadı və Adrian İnterlaken şəhərində yerləşən Otto Schaeffli mətbəəsində mürəttib köməkçisi vəzifəsində işləməyə başlayır. 1944–1948 illərində Sürixdə Kunstgewerbeschule məktəbində (tətbiqi incəsənət məktəbi) oxuyub və sonralar mürəttib kimi işləyib. 1949-cu ildə Kunstgewerbeschule məktəbinə qayıdır və 1951-ci ilə kimi təhsilini davam etdirir. Peşəkar həyatının əsas dövrünü Fransada, Parisdə yaşayıb. Həyatının son illərini isə Bremqarten-Bern komunnasında keçirib.
Aeronautics Orbiter
Orbiter Mini UAV pilotsuz təyyarəsi hərbi və təhlükəsizlik məqsədləri üçün yığcam və yüngül qurğu olaraq dizayn edilmiş aparatdır. İlk çıxdığı gündən Yaxın Şərq bölgəsində əməliyyatlarda uğurlu olmuşdur. Aşağı təhlükəli toqquşmalarda və şəhər içi savaşlarda, eləcə də istənilən qısa məsafəli əməliyyatlarda kəşfiyyat üçün işlədilə bilər. İsrailin Aeronautics Defense Systems Ltd. adlı şirkəti tərəfindən istehsal olunub. 60 ədəd Orbiter Azərbaycan Silahlı Qüvvələrinin istifadəsindədir. Qurğu 15 km məsafəni qət edə bilir.
Caragana frutex
Kolvari xostək (lat. Caragana frutex) — paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü.
Epidendrum frutex
Epidendrum frutex (lat. Epidendrum frutex) — səhləbkimilər fəsiləsinin epidendrum cinsinə aid bitki növü.
LibreOffice Writer
LibreOffice Writer – açıq kodlu və pulsuz mətn prosessorudur. LibreOffice Writer, LibreOffice ofis proqramları ailəsinin bir qoludur. LibreOffice Writer mətn prosessoru üçün bütün tələblərə cavab verir. == Xüsusiyyətlər == Micorosft Word ilə uyğunlaşa bilir. Sizə göndərilər .doc uzantılı faylları aça və redaktə edib elə .doc uzantısı ilə saxlaya bilərsiniz. Hazırladığınız sənədləri PDF və HTML formatda saxlaya bilərsiniz. Həmçinin, HTML tənzimləyicisi kimi də istifadə etmək mümkündür. Avtomatik tamamlama (AutoComplete) sayəsində uzun sözləri daha tez yaza bilərsiniz. Hazırladığınız sənədi bir kliklə e-poçt vasitəsi ilə göndərə bilərsiniz. və s.
Mars Orbiter Mission
Mars Orbiter Mission — 5 noyabr 2013-də Hindistan Fəza Araşdırmaları Təşkilatı tərəfindən Yerin orbitinə buraxılan Mars peykidir. 24 sentyabr 2014-cü ildə peykin Marsın orbitinə daxil olması ilə Hindistan Marsa ilk cəhddə peyk göndərən ilk millət və Marsa peyk göndərən ilk Asiya xalqı oldu. Hindistan Fəza Araşdırmaları Təşkilatı Sovet fəza proqramı, NASA və Avropa Fəza Agentliyindən sonra Marsa çatan dördüncü fəza agentliyidir.
Mars Orbiter Missiyası
Mars Orbiter Mission — 5 noyabr 2013-də Hindistan Fəza Araşdırmaları Təşkilatı tərəfindən Yerin orbitinə buraxılan Mars peykidir. 24 sentyabr 2014-cü ildə peykin Marsın orbitinə daxil olması ilə Hindistan Marsa ilk cəhddə peyk göndərən ilk millət və Marsa peyk göndərən ilk Asiya xalqı oldu. Hindistan Fəza Araşdırmaları Təşkilatı Sovet fəza proqramı, NASA və Avropa Fəza Agentliyindən sonra Marsa çatan dördüncü fəza agentliyidir.
Toyota Land Cruiser
Toyota Land Cruiser — Yaponiya avtomobil istehsalçısı Toyota tərəfindən istehsal edilən nəqliyyat vasitəsidir. Land Cruiser, Hilux pick-up'ı ilə birlikdə dünyanın ən mürəkkəb ərazi və iqlim şəraitlərində istifadə olunan avtomobillərdəndir. Land Cruiserin dizaynına 1951-ci ildə başlanılmışdır və 1954-cü ildə Toyota, Jeep bənzəri bir avtomobil olaraq istehsalına başladı. Hal-hazırda Toyotanın ən önəmli SUV modelidir.
Brüster qanunu
Brüster qanunu — dielektrikin (qaytarıcı səthin) n sındırma əmsalı ilə pol yarlaşma bucağı arasındakı əlaqəni gös tərən qanun; bu bucaq altında dielektrikin səthinə düşən polyarlaşmamış (təbii) işıq əks olunduqda (qayıtdıqda) tam polyarlaşır. Bu zaman işıq dalğasının elektrik vektorunun düşmə müstəvisinə perpendikulyar (yəni ayırıcı müstəviyə paralel) olan yalnız Es komponenti əks olunur. Düşmə müstəvisindəki Ep komponenti isə əks olunmur, sınır. Bu, tgφB=n olduqda baş verir. φB Brüster bucağı adlanır. Sınma qanununa görə sinφB/sinψ=n (ψ – sınma bucağı) olduğundan, Brüster qanunundan cos φB= sinψ və ya φB+ ψ=90° alınır, yəni sınan və əks olunan şüa lar arasındakı bucaq 90°-yə bərabərdir. Qanun David Brüster tərəfindən 1815-ci ildə müəyyən edilmişdir. Brüster qanununun fiziki izahı aşağıdakı kimidir. Düşən dalğanın elektrik sahəsi (Edüş.) dielektrikdə sınan dalğanın elektrik vektorunun (Esın.) istiqaməti ilə üst-üstə düşən istiqamətdə elektronların rəqsini yaradır. Bu rəqslər ayırıcı səthdə əks olunan dalğanı (Eəks ol.) həyəcanlandırır.
David Brüster
David Brüster (11.12.1781, Roksbro qraflığı, Cedboro – 10.2.1868, Melroz yaxınlığında Allerbi) — ingilis fiziki, London Kral Cəmiyyətinin üzvü (1815), Peterburq Elmlər Akademiyasının əcnəbi fəxri üzvü == Həyatı == Edinburq Universitetində oxumuşdur. 1838– 59-cu illərdə Sent-Andrusda kolleclərin rəhbəri və universitetin professoru, sonra Edinburqda universitet professoru olmuşdur. 1849-cu ildən Britaniya elmlərin inkişafı assosiasiyasının prezidenti idi. == Fəaliyyəti == Əsas elmi əsərləri fiziki və tətbiqi optikaya, elmin tarixinə həsr olunmuşdur. Biroxlu və ikioxlu kristallarda işığın xromatik polyarlaşmasının təsvirini vermişdir (1813– 14). 1815-ci ildə dairəvi pol yarlaşmanı kəşf etmiş və əks olunma (qayıtma) zamanı işığın polyarlaşmasını tədqiq edərək, Brüster qanununu müəyyən etmişdir. Süni anizotrop mühitlərdə şüanın ikiqat sınması hadisəsini kəşf etmişdir. Mayaklar üçün linzalar quraşdırmış, kaleydoskop ixtira etmiş (1816) və stereoskopu təkmilləşdirmişdir. İ. Nyutonun bioqrafiyasının müəllifidir. == İstinadlar == == Xarici keçidlər == The Brewster Kaleidoscope Society Works by David Brewster at Project Gutenberg Works by or about David Brewster at Internet Archive Brewster's (1834) "On the colours of natural bodies," Transactions of the Royal Society of Edinburgh, vol.