Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Göyərcik
Göyərcik — Azərbaycan Respublikasının Qubadlı rayonunun Göyərcik kənd inzibati ərazi dairəsində kənd. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 33 evdə 142 şiə kürd yaşayırdı.
Mədəcik (ürək)
Mədəcik — ürəyin ürək qulaqcığından qanı qəbul edib arteriyalara ötürən bir şöbəsidir. == Sağ mədəcik == Sağ mədəcik - (lat. Ventriculus dexter) üçbucaqlı piramidaya bənzəyir; bu piramidanın oturacağı sağ qulaqcığa və zirvəsi isə aşağıya doğru baxır. == Sol mədəcik == Sol mədəcik - (lat. Ventriculus sinister) ürəyin sol və arxa hissəsini tutaraq sivriləşmiş ellipsə bənzəyir; sağ mədəcikdən uzun və ensizdir; divarlari təxminən üç dəfə qalındır, daxili səthində olan ətli atmaların miqdarı çox, ensiz həm də bir-birinə sıxdır.
Sağ mədəcik
Sağ mədəcik (lat. Ventriculus dexter) — üçbucaqlı piramidaya bənzəyir; bunun əsəsı sağ qulaqcığa və zirvəsi aşağı doğru baxır. Sağ mədəcikdən ağciyər kötüyü başlandığı üçün iki hissəyə bölünür; dal hissəsi tam mənada mədəcik boşluğunu təşkil edərək sağ qulaqcıq ilə rabitədə olur; qabaq hissəsi isə konusa ya qıfa bənzədiyi üçün (lat. conus arteriosus s. infundibulum) adlanır. Bunlar bir-birindən əzələvi bir daraq - (lat. crista supraventricularis) vasitəsilə ayrılmışdır. Qurluş cəhətcə konusun fərqi bundadır ki, burada ətli atmalar yoxdur, divar hamardır. Sağ mədəcik divarlarınada bir çox ətli atmalar - (lat. trabeculae carneae) və üç ədəd məməyəbənzər əzələ - (lat.
Sol mədəcik
Sol mədəcik (lat. Ventriculus sinister) — ürəyin sol və arxa hissəsini tutaraq sivriləşmiş ellipsə bənzəyir; sağ mədəcikdən uzun və ensizdir; divarlari təxminən üç dəfə qalındır, daxili səthində olan ətli atmaların miqdarı çox, ensiz həm də bir-birinə sıxdır. Məməyəbənzər əzələlər - (lat. mm. papillares anterior et posterior) mədəciyin ön və arxa divarlarında olurlar. Mədəciklərarası arakəsmənin - (lat. septum interventriculare) çıxıq səthi sağ mədəciyə tərəf olduğu üçün sol mədəciyin eninə kəsiyi ovala bənzəyir; bu arakəsmənin yuxarı hissəsində əzələ elementləri yoxdur; odur ki, buna zarlı hissə - (lat. pars membranacea (septum membranaceum ventriculorim - BNA)) və mədəciklərarası arakəsmənin yerdə qalan hissəsinə əzələvi hissə - (lat. pars muscularis (septum musculare ventriculorum - BNA)) deyilir. Sol qulaqcıq-mədəcik dəliyi sol qulaqcıq-mədəcik qapağı, ya ikitaylı qapaq (mitral qapaq) - (lat.
Qulaqcıq-mədəcik dəstəsi
His dəstəsi, yaxud Qulaqcıq-mədəcik dəstəsi (lat. fasciculus atrioventricularis) — 1893-cü ildə İsveçrə həkim anatomu və kardioloqu Uilyam His tərəfindən aşkar edildiyinə görə onun şrəfinə adlandırıılmış, ürəryin aparıcı sisteminə aid bir hissənin adı. His dəstəsi qulaqcıq-mədəcik düyünündən başlayaraq sağ və sol lifli halqaların arası ilə və mədəcikarası arakəsmənin zarlı hissəsinin arxa kənarı ilə aşağı doğru gedir və iki ayaqcığa bölünür: sağ – (lat. crus dextrum) və sol – (lat. crus sinistrum). Ümumi kötüyün uzunluğu təxminən 1 sm-dir. Sağ ayaqcıq mədəcikarası arakəsmənin sağ tərəfilə gedərək Purkinye lifləri vasitəsilə məməyəbənzər əzələlərdə, ətli atmalarda və mədəcik divarının əzələ liflərində tamam olur. Sol ayaqcıq mədəcikarası arakəsmənin sol tərəfilə gedir və sağ ayaqcıq kimi məməyəbənzər əzələlərdə qurtarır. == İstinadlar == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Waldeyer: Anatomie des Menschen, de Gruyter, Berlin 2003, ISBN 3-11-016561-9 S. 869f.
Gödək Pipin
Gödək Pipin (III Pipin; lat. Pippinus Brevis, fr. Pépin le Bref; təq. 715 və ya 714, Lyej – 24 sentyabr 768) — 741-751-ci illərdə frank mayordromu, daha sonra 751-768-ci illərdə Karolinqlər sülaləsindən olan ilk Frank kralı, Karl Martelllin kiçik oğlu və Böyük Karlın atası.
Gödək qoyunu
Gödək qoyunu — Azərbaycanda, Quba-Xaçmaz iqtisadi rayonunda miqdarca birinci yeri tutan qoyun cinsi. Cins xalq seleksiyası yolu ilə yaradılmışdır və qədim cins hesab olunur. Cinssin nümayəndələri xırda olması, qısa ayaqları, möhkəm gövdəsi ilə çeçilir. Konstitusiyası quru və möhkəmdir. Ağır şəraitə davamlı, çevik və uzaq yol getməyə qadir, yerli şəraitə uyğunlaşmış qoyunlardır. Qoyunların 80 % ağ, başı və ayaqları qonur və qara rəngli olur. Ətlik-yunluq istiqamətli cinsdir. Dişilərdə diri çəki 30-40 kq, qoçlarda isə 45-50 kq-dır. Ət çıxarı orta hesabla 45,0-48,0 % təşkil edir. İlllik süd verimliyi 45 litr, südünün yağlığı isə 6,4- 7,2 % olur.
Gödək Əhməd
Əbül Nasir Gödək Əhməd (1476, Konstantinopol – 13 dekabr 1497 və ya 1497, İsfahan) — Ağqoyunlu dövlətinin VI hökmdarı. Həsən bəy Rumlu Əhsənüt-təvarix əsərində Gödək Əhmədlə bağlı yazırdı: "O, həmin ilin qışında öldürüldü. Onun hakimiyyəti altı ay davam etdi. Bədən quruluşuna gəlincə; üzü son dərəcə qırmızı və ağ, əlləri və ayaqları qısa idi. Bu səbəbdən Əhməd gödək adı ilə tanınırdı". == Həyatı == Ağqoyunlu Əhməd bəy mənbələrdə Əhməd Mirzə, Sultan Əhməd, Gödək Əhməd ünvan və ləqəbləri ilə tanınır. O, Uzun Həsənin nəvəsi, Uğurlu Məhəmmədin isə oğlu idi. Uğurlu Məhəmməd atasına qarşı 1474-cü ildə döyüşdə məğlub olduqdan sonra Osmanlı dövlətinə sığınmışdı. Fateh Sultan Mehmed də onu qızı Gövhərxan Sultan ilə evləndirərək onları Sivas bəyliyinə göndərir. Uğurlu Məhəmməd bəy Səlcuqşah Bəyimin təşkil etdiyi sui qəsd nəticəsində Ərzincana gedərək orada öldürülür.
Gödək minarəli məscid
Gödək minarəli məscid — XIX əsrə aid tarix-memarlıq abidəsi. Azərbaycanın Şəki şəhərində Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. 2019-cu il iyulun 7-də “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəki şəhərinin tarixi mərkəzində yerləşən Gödək minarəli məscid də Ümumdünya İrsinə daxildir. == Haqqında == Gödək minarəli məscid Şəki şəhərinin Sarı Torpaq məhəlləsində yerləşir. Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun tərkibində olan ibadət evi hicri-qəməri təqvimi ilə 1226-cı ildə (miladi 1811) Hacı Abdurrahman bəy və Hacı Sədrəddin bəy tərəfindən tikdirilib. Məscidin inşa tarixini giriş qapısının üstündə olan kitabədən təyin etmək mümkündür. Kitabənin üzərində ərəb dilində yazılıb: Məscid daşdan və kərpicdən inşa edilib, iki otağdan və bir dəhlizdən ibarətdir. Məscidin tavanı şəbəkədəndir.
Roderik Davidson
Roderik Davidson (ingiliscəRoderic H. Davison)(23 mart 1917, 1996) – tarixçi. == Həyatı == Roderik Davidson Prinston Universitetində tarix təhsili alıb və universiteti fərqlənmə diplomu ilə bitirib. Harvard Universitetində doktorluq dissertasiyası müdafiə etdikdən sonra məzunu olduğu Prinston Universitetində tarix fənnindən dərs deyib. İkinci Dünya Müharibəsi illərində Avropada yardım quruluşlarında çalışdı , Almaniyada diplomatik bir vəzifədə çalışdı, New Yorkda vicdanı rəddçilərin iş düşərgəsində yer aldı. 46 illik təhsil həyatında Osmanlı İmperatorluğu mövzusunda mütəxəssisləşdi, Corc Vaşinqton Universitetində Avropa tarixi dərsləri verdi. 1954də professor oldu, 1986da təqaüdə çıxdı, lakin 1990ların başlarına qədər dərs verməyə davam etdi. 1994 də Corc Vaşinqton Universiteti Davidsona fəxri doktor mükafatı verdi. Osmanlıda Qərb Təsiri (1997), Qısa Türkiyə Tarixi (2004), Birinci Dünya Döyüşündə türk-İngilis Əlaqələri (2004) və osmanlı-Türk Tarixi, 1774-1923 (2004) başlıqlı əsərləri də Türkcəyə tərcümə edilən Davison, 1996-cı ildə vəfat edib.