Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ölməzlik
Ölməzlik — cismi və ya ruhani formada sonsuz yaşam barədə konsepsiya. Sonsuz həyat haqqında beyində təsəvvür yaratmaq demək olar ki, mümkün deyil. Onu sadəcə arzulamaq olar. Amma , gözəl dinimiz olan İslam (eləcə də digər səmavi dinlər) ölümdən sonra həyatın varlığı haqqında dəlillər gətirir. Göstərilənlərə inanmaq üçün digər verilən məlumatların düzgünlüyünü sübut etmək lazım gəlir ki, bu da elm vasitəsilə edilir. Hal-hazırda elm Quranın elmi möcüzələrini öyrənmək üzrədir. 14 əsr öncə endirilmiş Bu səmavi kitabın möcüzəvi məlumatlarla zəngin olması onun yazılışının insan zəkasından uzaq olmasını dəfələrlə sübut edir. Bu baxımdan da hər bir insan kamil olmaq üçün dünyaya niyə gəldiyini öyrənmək məcburiyyətindədir.
Təkamülün dönməzlik qanunu
Dollo qanunu və ya Təkamülün dönməzlik qanunu – 1893-cü ildə Belçika paleontoloqu Lui Dollo tərəfindən verilmiş qanun. Qanuna görə istənilən orqanizm təkamül nəticəsində heç vaxt öz keçmiş formasına (hətta eyni mühit şəraiti olsa belə) qayıda bilməz. == Şərhlər == Riçard Dokinz Dollo qanunu belə izah edir ki, Dbu qanuna görə təkamülə təsir edən parametrlər o qədər çoxdur ki, baş verən dəyişikliyin təkrarlanması və ya bütünlüklə əvvəlki vəziyyətinə dönməsi ehtimalı statistik olaraq mümkünsüzdür. Stiven Cey Quld isə Dokinzə nisbətən məsələyə daha yumşaq yanaşmış və Dollo qanununu "dönməyən proses" mənasında ehtimallar kainatından seçilən bir ehtimalın digər ehtimalları məhv etməsi ilə izah etmişdir. Yəni qarşıya A, B, C, D ehtimalları mövcuddursa və A seçilərsə, digər 3 ehtimal normal olaraq ortadan qalxır. Qulda görə Dollo bu qanunda "dönməyən prosesi" izah etməyə çalışmışdır. == Qarşı faktlar == Şimali Amerikadakı Gastrotheca guentheri növündəki qurbağaların alt çənələrindəki dişlərin 200 milyon il sonra yenidən atalarındakı vəziyyətə təkamül keçirməsi "geriyə təkamül" ilə izah olunur. Sudan quruya çıxan heyvanların bəzilərinin su mühitinə qayıtması da misal kimi çəkilə bilər.Dollo qanunu təkzib edən misallardan digəri də tikanbalıqlarıdır. Tikanbalıqlarının əcdadları güclü pulcuqlara, zirehə və üç xətli tikanlara sahib heyvanlar olmuşdur. Vaşinqton gölündə yaşayan tikanbalıqları əsrlər boyunca gölün dibindəki lildə gizlənməyə məcbur qaldıqları üçün pulcuqları yumşalmış və kiçilmişdir.
Bakının görməli yerləri
Bakının görməli yerlərinin siyahısı — Azərbaycan Respublikasının paytaxtı və ən böyük şəhəri olan Bakı şəhərinin turizm potensialı ilə bağlıdır. Siyahıda şəhərin turistik və görməli yerləri — teatrlar, kinoteatrlar, saraylar, konsert zalları, parklar, muzey və qoruqlar, habelə ibadət yerləri, idman arenaları və s. öz əksini tapmışdır. Ümumi məlumat olaraq qeyd etmək lazımdır ki, sahəsi 2130 km² olan Bakı şəhəri Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir və şəhərin tərkibinə 12 inzibati rayon, 5 şəhər tipli qəsəbə və 32 kənd daxildir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 28 metr (92 ft) aşağıdır. Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşmış və burada yaşayış məntəqələri yaratmışlar. Buna səbəb Bakı şəhərinin fiziki-coğrafi şəraiti şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsi mərkəzində yerləşməsi, iqlim şəraiti və ən qədim zamanlardan yer üzünə çıxan nafta adlanan yanacaq və enerji sərvəti olmuşdur. Bakı Qafqazda ən əhəmiyyətli turistik məkanlardan biri sayılır. 2014-cü ildə Bakı Forbes jurnalının rusiyalılar üçün biznes qurulması sahəsində ən cəlbedici keçmiş SSRİ şəhərlərinin reytinqində top onluğa düşmüşdür.
Sinqapurun görməli yerləri
Sinqapurun görməli yerləri — Sinqapur ərazisində muzeylər, parklar, istirahət yerləri və maraqlı yerlər yetərincə çoxdur. Görməli yerlərin çoxluğu bir səfərdə bu yerlərin hamısını görməyə imkan vermir. Sinqapurun bəzi yerləri dünyaca məşhurdur: Zoopark, quş parkı, botanika bağı, Marina Bay Sands oteli, körfəz bağları və s. Aşağıda əsas görməli yerlərin siyahısı verilib. == Parklar və istirahət zonaları == Sentosa. Böyük istirahət zonasına, muzeylər, akvarium və çimərliklərə malik ada. Dəniz Həyatı Parkı (Sinqapur) Bukit Timah istirahət zonası. Qədim zamanlardan qorunub salanılan cəngəllik. Curong Quş Parkı. Ekzotik quşların qorunub saxlanıldığı ərazi.
Sumqayıtın görməli yerləri
Sumqayıtın görməli yerlərinin siyahısı — Azərbaycan Respublikasının Sumqayıt şəhərinin turizm potensialı ilə bağlıdır.
Bakının görməli yerlərinin siyahısı
Bakının görməli yerlərinin siyahısı — Azərbaycan Respublikasının paytaxtı və ən böyük şəhəri olan Bakı şəhərinin turizm potensialı ilə bağlıdır. Siyahıda şəhərin turistik və görməli yerləri — teatrlar, kinoteatrlar, saraylar, konsert zalları, parklar, muzey və qoruqlar, habelə ibadət yerləri, idman arenaları və s. öz əksini tapmışdır. Ümumi məlumat olaraq qeyd etmək lazımdır ki, sahəsi 2130 km² olan Bakı şəhəri Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir və şəhərin tərkibinə 12 inzibati rayon, 5 şəhər tipli qəsəbə və 32 kənd daxildir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 28 metr (92 ft) aşağıdır. Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşmış və burada yaşayış məntəqələri yaratmışlar. Buna səbəb Bakı şəhərinin fiziki-coğrafi şəraiti şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsi mərkəzində yerləşməsi, iqlim şəraiti və ən qədim zamanlardan yer üzünə çıxan nafta adlanan yanacaq və enerji sərvəti olmuşdur. Bakı Qafqazda ən əhəmiyyətli turistik məkanlardan biri sayılır. 2014-cü ildə Bakı Forbes jurnalının rusiyalılar üçün biznes qurulması sahəsində ən cəlbedici keçmiş SSRİ şəhərlərinin reytinqində top onluğa düşmüşdür.
Sumqayıtın görməli yerlərinin siyahısı
Sumqayıtın görməli yerlərinin siyahısı — Azərbaycan Respublikasının Sumqayıt şəhərinin turizm potensialı ilə bağlıdır.
Şimal porsuğu: Ölməzlik (film, 2013)
Şimal porsuğu: Ölməzlik (ing. Wolverine) — Marvel Comics tərəfindən yaradılmış eyni adlı personajdan bəhs edən və 2013-cü ildə çəkilən 20th Century Fox istehsalı super qəhrəman və fantastika filmi. Film "İks-adamlar" seriyasının 6-cı, Şimal porsuğu haqqında isə 2-ci, rejissoru isə Ceyms Menqoldu. Filmin çəkilişləri 2012-ci ilin iyulunda başlanılıb. "Şimal porsuğu: Ölməzlik" filminin premyerası 2013-cü ilin 16 iyulunda Böyük Britaniyanın London şəhərində baş tutub. 26 iyul 2013-cü ildə isə kinoteatrlarda film göstərilməyə başlayıb. == Məzmun == Cin Qreyi öldürdükdən sonra, Loqan daha Professor İks məktəbində qala bilmir. O, öz güclərini lənət kimi sayır. Gözlənilmədən onu gənc yapon qız Yukio tapır. Yukio, zəngin maqnat Yasidaya işlədiyini bildirir.