Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gözlüklü ilan
Gözlüklü ilan — Elapidae ailəsinə aid çeşidli ilan növlərinin ortaq adıdır. Əsasən Asiya Avstraliya və Afrikanın çöllərində və tropik bölgələrində yaşayırlar.
Gözlüklü susüpürən
Gözlük
Eynək, gözlük və ya çeşmək — insanın gözlərinin qarşısında saxladığı, müxtəlif üsullarla bərkidilən bir cüt şüşə və ya digər şəffaf materialdan hazırlanan lövhəciklər. Eynəklərin müxtəlif təyinatları vardır: Optik eynəklər Günəş eynəkləri Üzgüçülər üçün eynəklər Sürücü eynəkləri Yüksək müdafiəli eynəklər "Xameleonlar" Şaxtaçılar üçün eynəklər 3 ölçülü film eynəyi və s.Adi gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir. == Optik eynəklər == Optik eynəklər görmə qabiliyyəti zəif olan insanlar üçün nəzərdə tutlur. Yaxındangörməni səpici linzalı eynək, uzaqdangörməni isə toplayıcı linzalı eynək taxmaqla aradan qaldırırlar. İlk eynək elə optik eynək olmuşdur. O 1280-ci ildə italyada ixtira olunmuşdur və bu ixtiranın müəllifi Salvinio delli Armati olmuşdur. Əşyaların daha yaxşı görünməsini təmin edirdi. Həmçinin ilk eynəklər dəstəksiz idi.
Kompüter gözlüyü
Kompüter gözlüyü – kompüterin ekranına iki və ya üç fut (1 fut = 30.48 sm) məsafədən baxmaq üçün gözlük. Kompüter gözlüklərinin linzalarının üzərinə süzgəc funksiyasını yerinə yetirən bir neçə qatdan ibarət xüsusi örtük çəkilir. Belə çoxqatlı “süzgəc” monitordan şüalanan və spektrlərin göz üçün ziyanlı olan sahələrinin qarşısını alır və gözü daimi titrəmələrdən qorumağa kömək edir. Bundan başqa, kompüter gözlüyünün örtüyündə antistatik qat da var ki, linzaları maqnitləşmədən, gözləri isə maqnit sahəsinin təsirindən qoruyur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 257 s.
Soluklu
Soluklu (Komican)
Soluklu (Komican)
Soluklu (fars. سلوكلو‎; azərb. Sülüklü‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Milacerd dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 42 ailədə 107 nəfəri kişilər və 80 nəfəri qadınlar olmaqla cəmi 187 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Soluklu (Çaypara)
Soluqlu (fars. سلوكلو‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 319 nəfər yaşayır (56 ailə).