Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gözlənilməz qəza
Gözlənilməz qəza (ing. glitch, rus. неожиданная поломка) — kompüterin proqram təminatında, yaxud avadanlıqda yaranan anlaşılmaz və ya təsadüfi xəta. Bu gün kompüterlər istənilən evin əsas aksesuarları sırasında özünə yer tapıb. Amma bu heç də ondan istifadə edənlərin kompüterlə bağlı biliklərə yetərli qədər malik olmasından xəbər vermir. Xüsusən də ev şəraitində kompüterdə baş verən elementar problemlərin istənilən istifadəçi tərəfindən aradan qaldırılması və onun təmirə ehtiyacı olub-olmadığını müəyyənləşdirmək üçün zəruri biliklərə malik olması zəruridir. Kompüterlərdə meydana çıxan nasazlıqlar haqqında əsas anlayışları riyaziyyat-informatika müəllimi Vüqar Qənbərov "Rabitə dünyası" ilə paylaşıb. == Həssas və kompleks cihazlar == "Kompüterlər həssas və kompleks cihazlardır"- deyən V.Qənbərov da hesab edir ki, istifadəçi bu nasazlıqların bəzilərini servis xidmətlərinə müraciət etmədən aradan qaldırmağı bacarmalıdır: "Hər bir aktiv kompüter istifadəçisinin qarşısına kompüterlərin aparat və ya proqram təminatları ilə bağlı müəyyən problemlər çıxa bilər. Bəs günümüzün ayrılmaz bir hissəsi olan kompüterlərdə qarşımıza nə kimi problemlər çıxa bilər və səbəbləri nələrdir? Suala konkret cavab tapmaq üçün personal kompüterlərdə meydana gələ biləcək əsas problemləri müvafiq başlıqlar altında tədqiq edə bilər".
Gözlənilməz qəzəb (film, 1993)
Gözlənilməz qəzəb (ing. Sudden Fury) — 1993-cü ildə istehsal olunmuş ABŞ filmidir. Film ABŞ yazıçısı Lesli Uolkerin eyni adlı əsəri əsasında hazırlanmışdır. == Məzmun == Xoşbəxt ailənin cəsədləri öz evlərində tapılır. Detektivlə bu işlə məşğul olmağa başlayır. Günah ailənin övladlığa götürmüş 3 oğlundan böyüyünün üzərinə düşür. Həmin oğlan ruhi xəstədir. Lakin zaman ötdükcə başa düşülür ki, bu iş elə də asan deyildir. == Xarici keçidlər == Gözlənilməz qəzəb — Internet Movie Database saytında.
Hobbit: Gözlənilməz səyahət (film, 2012)
Hobbit: Gözlənilməz səyahət — 2012-ci ildə rejissor Piter Cekronun çəkdiyi fantakstik janrda film. Film Hobbit film seriyasının ilk filmidir. Üzüklərin Hökmüdarı film seriyasının ilk filmi hesab olunur. Film 1937-ci ildə Con Tolkinin qələmə aldığı "Hobbit" əsəri əsasında çəkilmişdir. == Filmin mövzusu == 111-ci doğum gününü qeyd etməyə hazırlaşan Bilbo Beqqins, 60 il öncəki hadisələri kitab halında qardaşı oğlu Frodo Beqqins üçün yazmağa başlayır. Uzun illər öncə, Dağ altı və Cırtdanlar kralı Kral Tror, Əjdaha Smauqun dağ altına hücum etdiyi zamana qədər xalqına və qohumlarına rifah dolu dövr yaşadır. Əjdaha Smauq əvvəlcə yaxınlıqda yerləşən Deyl şəhərini məhv edir. Daha sonra isə Tək Dağa, hücum edərək, cırtdan krallığını məhv edir. Cırtdanları öz yurdlarından qovur və onların sərvətinə hakim olur. Cırtdanlar qaçarkən Kral Trorun nəvəsi Torin, dağın təpəsində Elf Kralı Tranduili elf ordusu ilə birgə görür və onlardan kömək istəyir.
Gözləmə (Urmiya)
Gözləmə (az.-əbcəd گؤزلَمه‎) — Güney Azərbaycanın Urmiya şəhərinə aid qəlyanaltı növü. Qeyd edək ki Urmiya gözləməsi Türkiyə gözləməsi ilə fərqlidir. Bu yemək tez hazırlanmasına görə belə adlandırılıb. == Lazım olan ərzaqlar == 3 stəkan süzmə və ya qatıq 4 ədəd yumurta 4 diş sarımsaq Yarım fincan su Lazım olan miqdarda kərə yağı və ya sarı yağ Lavaş çörəyi Duz == Hazırlanma qaydası == İlk olaraq tavaya yağ töküb, sonra yumurtaları əlavə edib qızardın. Yaxşıca qızardıqdan sonra isə üzərinə duz tökün. Sonra isə qatıq və ya süzməni su ilə birlikdə bir qazanda qarışdırın ki qatıq parçalanmasın. Sonda ocağı söndürüb, öncədən nəzərdə tutulmuş qablarda sarımsaqlı qatıq və yumurtanı töküb qarışdırın. Əlbəttə qatıq (süzmə) və yumurtanı tonqal üstündə də qarışdırıb, hazırlamaq olar. Bu qəlyanaltı çörək ilə yeyilir.
Gözlənən fayda nəzəriyyəsi
İqtisadiyyatda oyun nəzəriyyəsi, qərar vermə nəzəriyyəsi, gözlənən fayda nəzəriyyəsi — riyazi gözləntiyə alternativdir, qərar qəbul edərkən rasional oyunçu tərəfindən istifadə edilə bilən düsturdur. == Hipotezanın mənası == Rasional oyunçu — həll seçərkən müəyyən bir dəyəri (yaxşı) maksimuma çatdırmağa çalışır; seçilmiş qərar nəticəsində ortaya çıxan yaxşılığın riyazi gözləntisini belə bir kəmiyyət kimi istifadə etmək təbii görünür. Bununla yanaşı, təcrübə göstərir ki, real həyatda bir çox lotereya iştirakçısı daha az riyazi gözləntiləri olan, eyni zamanda daha az riskli bir həll yolu seçir. Məsələn, 0,2% (riyazi gözləmə 2 rubl) ehtimalı ilə min rubl almaq və ya 100% (riyazi gözləmə 1 rubl) ehtimalı ilə bir rubl almaq seçimi ilə qarşılaşdıqda, bir çox insan daha aşağı riyazi gözləməsinə baxmayaraq zəmanətli bir ödənişə üstünlük verəcəkdir. Bu davranışı təsvir etmək üçün gözlənilən yardım düsturu icad edilmişdir. == Tarixi == 1947-ci ildə Con fon Neyman və Oskar Morgenşternin "Oyun nəzəriyyəsi və iqtisadi davranış" adlı kitabının ikinci nəşri gözlənilən faydalılıq nəzəriyyəsini təqdim edən ikinci nəşri olmuşdur. Yeni nəzəriyyə oyun nəzəriyyəsinə əlavə olaraq ortaya çıxdı. Oyun nəzəriyyəsinin iqtisadiyyatda tətbiq olunmasından bəhs edən kitabın giriş hissəsində müəlliflər iqtisadi nəzəriyyənin əsas müddəalarını ümumiləşdirir və malların faydalılığını qiymətləndirmək üçün yeni bir metod təklif edirlər — burada gözlənilən fayda nəzəriyyəsinin aksiomatikası təqdim edildi. 1948-ci ildə riyaziyyatçı Leonard Sevic və iqtisadçı Milton Fridmen risk münasibətləri nəzəriyyəsini inkişaf etdirdilər. İnsanları iki növə böldülər: riskə qarşı (lotereyaları, qumar oyunlarını, riskli investisiyaları sevənlər) və riskdən çəkinənlər.
Məni daha gözləmə (mahnı)
Məni daha gözləmə — azərbaycanlı bəstəkar Cavanşir Quliyevin mahnısıdır. Mahnının sözləri Kamal Abdullaya aiddir. Mahnı ilk öncə müğənni İradə İbrahimova üçün bəstələnmişdir. Lakin mahnını Zülfiyyə Xanbabayeva ifa etmişdir. Daha sonra mahnını Aygün Kazımova ifa etmək istəyir və bəstəkardan icazə alaraq ifa edir. Bəstəkar mahnını bir şərtlə Aygün Kazımovanın oxumasına icazə verir ki, ilk öncə mahnını Zülfiyyə Xanbabayeva təqdim edəcək. Bələliklə Aygün Kazımovanın ifası arxivdə qalır. 2020-ci ildə bəstəkar Cavanşir Quliyev öz rəsmi YouTube hesabında Aygün Kazımovanın ifasını dinləyicilərə təqdim etmişdir.
Gözlənilən bir qətlin tarixçəsi (roman)
Gözlənilən bir qətlin tarixçəsi (isp. Crónica de una muerte anunciada) – Qabriel Qarsiya Markesin 1981-ci ildə nəşr olunmuş romanıdır. == Məzmunu == Roman 21 yaşlı ərəb mənşəli kolumbiyalı gənc Santyaqo Nasarın qətlindən bəhs edir. Əhvalat şəhərə 27 il sonra bu hadisəni araşdırmaq üçün qayıdan müəllif tərəfindən nəql edilir. Santyaqo Nasar səhər saat 5:30-da yuxudan durub, şəhərə gəmi ilə gələn yepiskopu görməyə hazırlaşır. Santyaqo keçən gecə bütün şəhər əhlinin iştirak etdiyi Bayyardo San Roman ilə Anxela Vikarionun toyundakı sərxoşluqdan sonra sustluq keçirir. Evdən çıxmazdan qabaq, o anası Plasido Lineroya gecə gördüyü yuxusunu danışır. Yuxuda Santyaqo əncirlikdə gəzişdiyini görür. Yuxuda ağacları görmək pis əlamətdir, ancaq Plasida Linero, təcrübəli yuxuyozan olmağına baxmayaraq, buna fikir vermir. Santyaqo şəhər sakinləri ilə birlikdə yepiskopu qarşılamaq üçün limana yola düşür.