Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dikmən vadisi
Dikmən vadisi (türk. Dikmen Vadisi) — Ankaranın Çanqaya ilçəsinə bağlı bir səmt olan Dikməndə yer alan park. İllərdir qaçaq və gecəqondu evlərə məruz qalan vadidə Şəhər Çevrilmə və İnkişaf Layihəsi adı altında bir abadlıq və bərpa işləri başlandı. Bu mərhələlərdə tikililər sökülmüş və dərə və ətrafı yenidən qurulmuşdur. Bu gün Ankara Böyükşəhər Bələdiyyəsinə bağlı bir park olaraq xidmət edən vadidə idman və gəzinti sahələri, kafe, bəzək hovuzları və uşaq meydançaları var. == Tarixçə == 90-cı illərə qədər olduqca baxımsız şəkildə qalan və şəhərləşmənin üstünlük təşkil etdiyi vadidə 1989-cu ildə şəhər çevrilmə planının həyata keçirilməsi qərara alındı. Şəhər Çevrilmə və İnkişaf Layihəsi adlanan bu layihə, eyni zamanda ölkənin gecəqondu bölgələri üçün hazırlanan ilk şəhər çevrilmə layihəsidir. Bu çərçivədə ilk araşdırmalar eyni ildə başladı və 1994-cü ildə layihənin ilk mərhələsi başa çatdı. 2002 və 2009-cu ildə üçüncü mərhələsi uğurla başa çatan layihə hələ də layihənin dördüncü və beşinci mərhələlərində davam edir. == Xüsusiyyətlər == Hal-hazırda iki mərhələdən ibarət olan dərə təxminən 378.000 m²-lik ərazidə qurulub.
Gözlərin kimyəvi yanıqları
Gözdə kimyəvi zədələnmə — gözə turşular, qələvilər, əhəng, naşatır spirti, kimyəvi karandaş düşdükdə kimyəvi yanıqlar baş verir.Bədənin müxtəlif lokalizasiyalı kimyəvi yanıqları içərisində ən qorxulusu gözlərin kimyəvi yanıqlarıdır. Göz almasının zədələnməsi yanmış gözdə görmə qabiliyyətinin tam itməsindən başqa, zədələnməmiş gözdə bir neçə müddət sonra simpatik iltihab adlanan səbəbdən görmə qabiliyyətin zəifləməsi də baş verə bilər. Bundan əlavə bir qayda olaraq, gözlərin kimyəvi yanıqlarında zədələyici amilin bir hissəsi gözləri əhatə edən toxumalara tökülərək ağır kosmetik defektlər ilə nəticələnir.Gözlərin kimyəvi zədələnməsi kəskin, bəzən dözülməz ağrı, göz yaşının axması, kəskin başlayan (bəzən müvəqqəti) zədələnmiş gözdə görmə qabiliyyətinin pozulması müşayiət olunur. Bəzən qısa müddətli şüur itməsi də müşahidə olunur. == Həmçinin bax == Yanıq; Kimyəvi yanıqlar; Göz; Görmə siniri; Zədə; Korluq; Sarğı (tibbi); Oftalmologiya.
Gözlədici proqram
Gözlədici proqram (ru. демон), (tr. bekletici program), (en. daemon) - UNIX-sistemlərində: istifadəçinin sorğusu olmadan və hətta ondan xəbərsiz xidməti funksiyanı yerinə yetirmək üçün istifadə olunan proqram. Gözlədici proqram fon rejimində olur və yalnız zərurət olduqda (məsələn, xətanın düzəldilməsinə yardım etmək üçün) aktivləşir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Pelisterin gözləri
Pelisterin gözləri — bunlar Pelisterin buzlaq mənşəlli gölləridir. Bu iki gölü həmçinin böyük və kiçik göllər olaraq adlandırırlar. Böyük göl 2218 m yüksəklikdə yerləşir. Onun uzunluğu 233 m, eni isə 162 metrdir. Kiçik göl isə 2180 metr yüksəklikdə yerləşir. onun uzunluğu 79 m, eni isə 162 metrdir. Böyük göl 14,5 m, Kiçik göl isə 2,6 m dərinliyə malikdir. Böyük gölün yanında 50–100 yerlik bir dağ evi və gəzinti, dağa dırmanma, dağ velosipedi və idman üçün gözəl terraslar var. Göllərə iki tərəfdən yaxşı işarələnmiş cığır yolu boyunca çatmaq olar. Bir cığır Nizepole kəndindən Lak Potok kəndində və ya Debel Rid ərazisindən xizək liftinədək, digər çığır isə yolsuzluq avtomobili ala biləcəyiniz Molika Oteldən Yorqov-Kamen kəndindən keçir.
Dirsək
Dirsək — uzunluq ölçü vahidi. == Ümumi məlumat == Azərbaycan xalqının məişətində əski çağlarda işlənmiş, lakin müasir dövrdə öz əhəmiyyətini itirmiş uzunluq ölçüsü vahidləri də vardır. İnsanın bədən üzvləri ilə ifadə olunan ayaq və barmaq kimi qədim ölçüləri bunlara aiddir. Qulacdan bir az kiçik, qarışdan böyük uzunluqları ölçmək üçün azərbaycanlılar arasında dirsəkdən istifadə olunmuşdur. Başqa xalqlarda da (məs.: farslar, ruslar, ərəblər və b.) işlədilən dirsək əli yumduqda barmağın qatlanan yerindən dirsəyin bükülən yerinə qədər olan məsafəyə bərabər ölçü vahididir. 1 dirsək 0,5 m-ə, yəni 50 sm-ə bərabər götürülür. Türkiyədə isə 1 dirsək uzunluq ölçüsü vahidi kimi 68,5 sm-ə bərabərdir. Kişilər şalvarın belini çox vaxt dirsəkləri ilə ölçürlər. Hər bir kişinin şalvarının beli iki qatlandıqda onun dirsəyinin ölçüsünə bərabər olur. Addım, qulac, qarış və dirsək türk sözləri olub, bir çox xalqların, xüsusilə türk xalqlarının, eləcə də azərbaycanlıların həyat və məişətində uzunluq ölçmək üçün geniş şəkildə işlənməkdədir.
Dirçək
Dirçək, sığırdili (lat. Ajuga) – dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Dişmok
Dişmok — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Kohgiluyə şəhristanının Dişmok bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,053 nəfər və 710 ailədən ibarət idi.
Dözmək
Dözmək — Davam gətirmək, tab gətirmək, səbirlə keçirmək, qatlaşmaq. Ağrıya dözmək. Əziyyətə dözmək.Misal: Səbir etmək, təhəmmül etmək, səbirlə gözləmək. Dözürsən döz bu ayrılıq dağına; Mən dayannam, amma sən dayanmazsan! M.P.Vaqif.Razılaşmaq, barışmaq, keçirmək, yol vermək.Misal: Belə şeylərə dözmək olmaz. – Yox, sən buna dözməzsən, elin vuran qolusan; Sən namus aşiqisən, şərəflisən, ulusan. M.Rahim.
Dürmək
Dürmək — Azərbaycan milli mətbəxinə daxil olan qəlyanaltı növlərindən biri. Adətən səhər yeyilir. Tez və asan hazırlanması ilə seçilən yeməkdir. == Haqqında == Dürməyin iki forması məlumdur: bükmə dürmək və cibli dürmək. Bükmə dürməkdə yaxma ərzaq (pendir, göyərti, qızardılmış ət, yumurta və s.) yuxanın bir qırağına qoyulur, yuxanı alt tərəfdən bir az içliyin üzərinə büküb dürməkləyirlər. Alt tərəfi də qatlandığı üçün içlik tökülmür. Silindr şəklində bükülmüş, bürmələnmiş bu yemək çox ləzzətli olur. Çox vaxt quymaq, halva, eləcə də pendir, yağ, şor və s. ağartı məhsulları bu qayda ilə dürmək edilərək yeyilir. Azərbaycanın bir çox bölgələrində yas üçün bişirilən halvalar yuxaya bükülərək süfrəyə qoyulur.
Silmək
Silmək – verilənlərin, adətən, disk və ya lent kimi yaddasaxlama qurğusundan geri qaytarılması mümkün olmayan uzaqlaşdırılması. Müəyyən sahənin silinməsi, bir qayda olaraq, orada olan informasiyanın sıfırlarla və ya başqa boş simvollarla əvəzlənməsi yolu ilə həyata keçirilir. Hesablama texnikasında silmənin (erase) heç də uzaqlaşdırma (DELETE) ilə ekvivalent olması vacib deyil. Adətən, uzaqlaşdırma, sadəcə, əməliyyat sisteminə göstərilən verilənlərin və ya faylin əhəmiyyət daşımadığını xəbər verir, ancaq uzaqlaşdırılmış faylın diskdə tutduğu yer (sahə) əməliyyat sisteminə başqa məqsədlər üçün gərəkli olanadək həmin verilənlərə müraciət etmək mümkündür. Buna görə də uzaqlaşdırılmış verilənlərin yerinə (tutduğu sahəyə) yeni informasiya yazılmamışsa, həmin faylı “geri qaytarmaq” (UNDELETE) mümkün olur.
Azərbaycan göllərinin siyahısı
== A ==
Gözlərinizi Qoruyun (1931)
Gözlərinizi Qoruyun (1953)
Qəhrəmanlar güclərini birləşdirir
Qəhrəmanlar güclərini birləşdirir (ing. Heroes Join Forces) – The CW telekanalında yayımlanan və DC Comics personajları əsasında yaradılmış Ox Kainatında baş tutan ənənəvi krossoverlərdən ikincisi. Krossover hadisəsinə 1 dekabr 2015-ci ildə “Fleş” teleserialının “Bu günün əfsanələri” adlı seriyası ilə başlanılmış və növbəti gün “Ox” teleserialının “Dünənin əfsanələri” adlı seriyası ilə davam etdirilmişdir. Hər iki seriyada DC-nin spin-off kimi inkişaf etdirdiyi yeni layihə olan “Sabahın əfsanələri” teleserialının personajları da iştirak etmişdir. Krossoverdə Barri Allen / Fleş və Oliver Kuin / Ox, Qırğı-qız və Qırğı-adamın reinkarnasiyaları olan Kendra Sanders və Karter Hollu öldürməyə çalışan Vandal Sevecə qarşı mübarizə aparmaq üçün güclərini birləşdirirlər. “Fleş Oxa qarşı” adlı birinci krossoverin müsbət qarşılanmasından sonra, The CW prezidenti Mark Pedoviç, Ox Kainatında krossover hadisəsinin hər il baş tutacağını elan edir, 2015-ci ilin yanvarında isə ikinci krossover hadisəsinin baş tutacağı bildirirlir. Həmin ilin sentyabrına kimi hər iki seriya üçün ssenari yazılır, həmin il sentyabrın sonları və oktyabr ayı ərzində isə çəkilişlər həyata keçirilir. Krossoverdə hər iki serialın əsas aktyor heyətinə daxil olan aktyorlar öz rollarını təkrarlayırlar. Hər iki seriya ümumilikdə müsbət qəbul edilsə də, “Sabahın əfsanələri”nin təqdimatı qarışıq rəylərlə qarşılanmışdır. Reytinqlər birinci krossoverin reytinqlərindən daha zəif olsa da, bütün mövsümün ən yüksək nəticələri əldə edilmişdir.
Türkiyə göllərinin siyahısı
== Təbii göllər ==
Göllərin Tacı (1966)
== Məzmun == Genişekranlı mənzərə filmidir. Film Kiçik Qafqaz dağlarında zəlzələ nəticəsində yaranmış göllər və bu göllərin ən gözəli Göygöl haqqındadır. == Festivallar və mükafatlar == 1) 1967-ci ildə Tbilisidə I Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-67" zona kinofestivalı Qısametrajlı sənədli filmə görə SSRİ Kinematoqrafçılar İttifaqının II dərəcəli Diplomu verilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Mirzə Mustafayev Ssenari müəllifi: Mirzə Mustafayev Mətnin müəllifi: Yusif Səmədoğlu Operator: Faiq Qasımov Bəstəkar: Nazim Əliverdibəyov Səs operatoru: S.Dolgina == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Göllərin hidromorf torpaqları
Göllərin hidromorf torpaqları — şoran, şorakət və solod torpaq tipi. Qazaxıstanda, Rusiyanın Aşağı Volqaboyu bölgəsində, Mərkəzi Asiyada, Şimali Amerikada ABŞ və Kanadada, Azərbaycanda Kür-Araz ovalığı ərazilərində yayılmışdır. == Növləri == Şoranlaşmış torpaqların formalaşması duzların qrunt sularında və süxurlarda toplanması və onların torpaqda akkumlyasiyasına təsir göstərən şərait ilə əlaqədardır. Bu duzlar torpaq qatında toplaşanda torpaqlar şorlaşır. Bir sıra vulkanizm rayonlarında püskürmə məhsullarının səthə çixması şoranlığın yaranmasına səbəb olur. Aerob şəraitdə bitkilər kök sistemi vasitəsi ilə alt qatlarda olan duzları su ilə birlikdə səthə çıxır. Küləklər də torpaqların şoranlaşmasına sürətləndirici təsir göstərməklə, şoranlaşmanın arealını genişləndirir. Bu prosesə impulsverizasiya, yəni duzların külək vasitəsilə yayılması deyilir. Rütubətli iqlim şəraitində torpaqlar profil boyu sularla yuyulur və həll olan duzlar torpaq profilindən çıxarılır. Əksinə, quraq ərazilərdə duzlar dərin qatlardan üst qatlara çıxır.
Türkiyədəki göllərin siyahısı
== Təbii göllər ==
Dibək
Dibək (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Dibək (Maku) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd.
Dirək
Dirək — şüa binalardakı döşəmə və istifadə sahəsi yüklərini şaquli daşıyıcılara (sütunlara) köçürən və mexaniki olaraq çubuq kimi qəbul edilən bir tikinti elementi. Dəmir-beton konstruksiyalarda döşəmə yüklərinin əvvəlcə dirəklərə köçürülməsi və kəsmə qüvvəsi ilə moment effektləri daşıyan dirəklərin bu qüvvələri sütunlara ötürməsi qəbul edilir. Sütundan sütuna dirəklərin uzunluqlarına dirək aralığı deyilir. Dirək aralığı artdıqca dirək hissəsinin hündürlüyü artırılmalıdır. Dirəyin şaquli deformasiyaları (əyilməsi) nəzarət altında saxlanılmalıdır. Əks təqdirdə, binanın rahatlığı azalacaqdır. == Dirək növləri == === Dəmir-beton dirək === Döşəmələrdən və digər dirəklərdən aldığı yükləri dirəyə və ya daşıyıcı sistemə ötürən elementlərə dəmir-beton dirəklər deyilir. ==== Dəmir-beton dirək növləri ==== Sadə dirəklər: Bunlar hörgü konstruksiyalarındakı dayaqlara iki ucu sərbəst şəkildə daxil olan dirəklərdir. Bu cür dirəklər dayaqlarda ən az 20 sm oturmalıdır. Konsol dirəklər: Bunlar bir ucu basdırılmış (yerləşdirilmiş), digər ucu dayaqlanmış (asılmış) olan dəmir-beton dirəklərdir.
Dizək
Dizək — İrəvan əyaləti, Qırxbulaq nahiyəsi, İrəvan xanlığı, Qırxbulaq mahalı, nda, kənd.1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Orta fars dilində dizək-"qala" sözündəndir. Dağlıq Qarabağın orta əsrlərdə Dizak mahalının (indiki Cəbrayıl rayonunun ərazisi) adı ilə mənaca eynidir.
Dəmək
Dəmək — Azərbaycanın əsasən Şimal rayonlarında ev quşlarının saxlanması üçün tikiliyə verilən ad. Kiçik və alçaq ev mənasında; daxma. Heyvanların torpaq altında qazıdıqları yuva. 1. Heyvanların torpaq altında qazıdıqları yuva. Tülkü dəməyi. Siçan dəməyi. – Günorta vaxtı siçan öz dəməyində olur, ona binaən ol zaman mallar yeri tapdalamaqdan dəməklərin deşikləri tutulduğuna siçanın nəfəsi darıxıb boğulub tələf olur. \"Əkinçi\". 2.
Likək
Likək və ya Likak — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Bəhməi şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 12,226 nəfər və 2,201 ailədən ibarət idi.
Tikmə
Tikmə — müxtəlif növ sap, parça, muncuq, pilək və s. bədii materiallardan istifadə edilməklə tikiş tikmək üsulu ilə toxuma. == Tarixçə == Qədim ənənələrə malik olan Azərbaycan tikmə sənətinin təsvir vasitəsi olduqca zəngin və rəngarəngdir. Buraya müxtəlif növ sap, parça, muncuq, pilək və s. bədii materiallar daxildir. Tikmə sənətində ən çox rəngli ipək saplar işlədilir. Lakin keçmişdə bu məqsədlə qızıl və gümüşdən kəsilmiş incə tellərdən, ağac qabığı və fil sümüyündən hazırlanmış lövhəciklərdən, metal piləklərdən hətta qiymətli daşqaşdan da geniş istifadə edilmişdir. Tikmə sənəti əsrlər boyu qadınların sevimli məşğuliyyəti olmuşdur. Yalnız xırda əmtəə istehsalı səviyyəsinə yüksələndən sonra onunla kişilər də məşğul olmağa başlamışdır. Azərbaycan tikmələri barədə məlumata IX–XI əsr ərəb müəlliflərinin və klassik şairlərin (Nizami, Füzuli) əsərlərində rast gəlirik.
Gözlərinizi qoruyun (film, 1931)