ZİLLƏMƏK

f. Gözlərini bir nöqtəyə dikmək, kirpiklərini qırpmadan diqqətlə bir nöqtəyə baxmaq (çox vaxt “gözlərini” sözü ilə). Baxışını zilləmək. Nəzərini zilləmək.
– Tərlan gözlərini zillədi; Dağ başından evin səmtin bəllədi. A.Səhhət.
Əmrah birdən duruxdu.
Qəmgin gözlərini evinə tərəf zillədi… M.Hüseyn.
[Mürsəl] müntəzir gözlərini mənə zilləmişdi. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ZİLLƏMƏK I ZİLLƏMƏK (gözlərini bir nöqtəyə, harasa diqqətlə baxmaq) İlyas gözünü yerə zilləmişdi (M.Hüseyn); DİKMƏK Bir an düşündü, sonra gözlərini qarının üzü
  • ZİLLƏMƏK dikmək — baxmaq

Etimologiya

  • ZİLLƏMƏK Sözün kökü farscadır, (zil morfemidir), -lə adlardan feil düzəldən şəkil­çisidir. Gözünü zilləmək “diqqətlə baxmaq” deməkdir
ZİLLƏMƏ
ZİLLƏMƏK

Digər lüğətlərdə