Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bügülmə
Buqulma (rus. Бугульма; tatar. Бөгелмә) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir. Buqulma rayonunun mərkəzi. == Əhalisi == Əh. 87,2 min (2014). 1736-cı ildən tatarların məskunlaşdığı kənd kimi məlumdur. == Coğrafiyası == Buqulma-Belebey yüksəkliyinin yamaclarında, Buqulminka çayının Zay çayına (Volqa hövzəsi) töküldüyü yerdədir. Dəmiryol stansiyaları Avtomobil yolları qovşağı.
Gülmə
Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti. Bu hərəkət "ha-ha-ha" və ya "he-he-he" şəklindəki səslərin yaranması ilə nəticələnir. Gülüşün (qəhqəhənin) yaranması səbəbləri kimi qıdıqlanma formasında kənar mühit amilləri, yumorik hadisə və sözlər, düşüncələr göstərilir. Gülmək sevincin fiziki göstəricisi hesab olunur. Amma insanlar bəzi halldan utanmaq, təəccüblənmək kimi fərqli emosiyalarda belə gülürlər. Bəzən isə nəzakət xatirinə saxta gülüşlər baş verə bilər. İnsanlardan başqa bəzi primatlar da (şimpanze, qorilla, oranqutan) qəhqəhəyə bənzər səslər çıxarırlar. Ən çox sevinc, xoşbəxtlik, rahatlıq və s. kimi bir sıra müsbət emosional vəziyyətlərdə müşahidə olunsa da bəzi hallarda bunun əksinə xəcalət, təəccüb və ya əks duyğu halları zamanı da ortaya çıxa bilir.
Gülülcə südləyəni
Hadisə-güdümlü proqramlaşdırma
Hadisə-güdümlü proqramlaşdırma, hadisələrlə idarə olunan proqramlaşdırma – proqramın daim hər hansı hadisənin baş verib-verməməsini (məsələn, klavişin basılmasını və ya siçanın yerdəyişməsini) “izləməsi” və onlara reaksiya verməsinə əsaslanan proqramlaşdırma üslubu. Belə yanaşma Apple Macintosh kompüterlərində işləyən, demək olar ki, bütün proqramlar üçün tələb olunur; o, Microsoft Windows kimi qrafik istifadəçi interfeyslərinin əksəriyyətində də tətbiq olunur.
Qudula
Qudula — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi dairəsində kənd. == Tarixi == Kəndin 400 il yaşı var. === Tarixi abidələri === Kənddə orta əsrlərdə inşa edilmiş qala yeri qalıb. Kənddə 4000 il yaşı olan kurqandan qızıl sırğa - qurd fiquru tapılıb. Sırğanın üstündə palıd ipək qurdunun qızıl fiquru var. Sırğa Azərbaycan Xalçaçılıq Muzeyində saxlanılır. Kəndin ərazisində yaşı 1000 ildən çox olan Pir palıd adlı Şərq çinarı (Platanus orientalis L.) ağacı var. == Coğrafiyası və iqlimi == Kənd Əyriçayın sahilində, dağətəyi ərazidə yerləşir. Ərazisi ağaclıqdır. == Əhalisi == Kəndin əhalisi 911 nəfər təşkil edir ki, onun da 434 nəfəri kişi, 477 nəfəri isə qadındır.
Qudula bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İkifotonlu udulma
İkifotonlu udulma — elektronlar yuxarı həyəcanlanmış haldan aşağı həyacanlanmış hala keçəndə enerjinin ayrılması əksinə aşağı həyəcanlaşma halından yuxarı həyəcanlaşma halına keçdikdə isə enerjinin udulması ilə baş verən proses. Maddələrin üzərinə düşən işığın udulma səbəbi də budur. Adətən udulma bir fotonla baş verir. Birfotonlu udulmanın baş vermə ehtimalı daha böyük olur. Ancaq təcrübələrdə müşahidə olunub və nəzəri olaraq da isbat olunub ki, birfotonlu udlmanın qadağan olunduğu hallarda çoxfotonlu udulmanın xüsusilə də ikifotonlu udulmanın ehtimalı böyüyür. Elektron iki foton udaraq daha yüksək həyacanlaşma halına keçir.
Şüalanmanın udulma dozası
Şüalanmanın udulma dozası — ionlaşdırıcı şüalanmanın E udulmuş enerjisinin şüalanan maddənin m kütləsinə nisbətinə deyilir,D=E/m.BS-də şüalanmanın udulma dozası vahidi Qrey (Qr)-dir və əsas vahidlərin siyahısına daxildir.Şüalanmanın udulma dozası vahidi 1Qr-1kq şüalanan maddə ionlaşdırıcı şüalanma ilə 1C enerji alan şüalanmadır,1Qr=1C/kq.Şüalanmanın təbii fonu norması-(kosmik şüalar, ətraf mühitin və insan bədəninin radioaktivliyi) hər adam üçün 1 ildə 2·10−3Qr şüalanma dozasına yaxındır.Şüalanmanın 1 ildə yol verilən limit dozası-Şüalanmadan beynəlxalq müdafiə komissiyasının təyin etdiyi normadır və0,05Qr-dir.Ölümcül şüalanma dozası-qısa müddətdə alınmış 3-10Qr-dir.Rentgen-şüalanmanın ionlaşdırıcı dozası üçün sistemdənkənar vahiddir.Bu vahid rentgen və qamma şüalanmanın ionlaşdırıcı qabiliyyətinin ölçüsüdür.Praktik dozimetriyada hesab etmək olar ki,1R,təxminən,şüalanmanın udulma dozasının 0,01Qr-yə ekvivalentdir.