Bügülmə

Buqulma (rus. Бугульма; tatar. Бөгелмә) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir. Buqulma rayonunun mərkəzi.

Şəhər
Buqulma
Бугульма
Gerb
Gerb
54°32′ şm. e. 52°47′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1736
Sahəsi
Mərkəzin hündürlüyü 315 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 81.677 nəf. (2021)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 85594
Poçt indeksi 423200, 423230
Digər
bugulma.tatar.ru/rus/abo…
Xəritəni göstər/gizlə
Buqulma xəritədə
Buqulma
Buqulma
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əh. 87,2 min (2014). 1736-cı ildən tatarların məskunlaşdığı kənd kimi məlumdur.[3]

Buqulma-Belebey yüksəkliyinin yamaclarında, Buqulminka çayının Zay çayına (Volqa hövzəsi) töküldüyü yerdədir. Dəmiryol stansiyaları Avtomobil yolları qovşağı. Aeroport[3].

1741–45-ci illərdə burada Buqulma qəsəbəsi salınmışdı. 1781/82 –1796-cı illərdə Ufa canişinliyinin, 1796–1850-ci illərdə Orenburq quberniyasının, 1850–1920-ci illərdə Samara quberniyasının qəza şəhəri olmuşdur. 19-cu əsrin sonlarında Uralönü ərazidə ən iri yarmarkalardan biri-Vozdvijeniye yarmarkası Buqulmada keçirilirdi. Volqa–Buqulma dəmiryol xətti 1911-ci ildə şəhərdən keçmişdir. 1920-ci ildən Buqulma Tatarıstan MSSR-in tərkibində Buqulma kanto nunun (1920–30), Buqulma rayonunun (1930 ildən), Buqulma vilayətinin (1953) inzibati mərkəzi olmuşdur. Şəhər 1974-cü ilin baş planına əsasən tikilmişdır. Realnı məktəbin binası (19 əs -rin 2-ci yarısı), tacir Ş.L. Hakimova məxsus binalar kompleksi (20-ci əsrin əvvəlləri),Yelaçiçin (19-cu əsrin sonları), Klimovun(20-ciəsrin əvvəlləri) evləri, qadın gimnaziyasının binası (20 əsrin əvvəlləri) və s.saxlanılmışdır.[3]

Kazan-Məryəm ana kilsəsi (1988–93), Gənclər sarayı (1994), “Yubileynı” buz sarayı (2003), “İrxan” məscidi (2005) şəhərin müasir memarlıq abidələridir. Şəhərdə Böyük Vətən müharibəsi memorialı, Buqulmanın 200-illiyinə həsr edilmiş abidə var. Buqulmada 3 ali məktəb (filialları); Mərkəzi kitabxana; diyar şünaslıq muzeyi (1929), Y. Haşekin ev muzeyi (1966; 1918 ildə Buqulmada komendant köməkçisi olmuşdur); Rus dram teatrı(1935; bina F. Qusarov tərəfindən 1898-ci ildə tikilmiş, 1932-ci ildə isə 2-ci mərtəbə inşa edilmişdir) və s. fəaliyyət göstərir.Buqulma Tatarıstanın iri neftçıxarma sənayesi mərkəzidir. Neft sənayesinin elmi tədqiqat və layihə institu (1956), “Tatneft -geofizika” (geol.-kəşfiyyat və mədən-geofizika işləri) fəaliyyət göstərir. 20-dən çox sənaye müəssisəsi neft və qaz sənayesi üçün aparatlar istehsal edir. Mexaniki (neft aparatları və s.), elektrik nasosları, “Neftavtomatika” (avtomatlaşdırma vasi tələri, qazıma və neft-mədən avadanlığı) təcrübə və s. zavodları; kərpic, çini, likör araq zavodları, tikiş fabriki və s. var.[3]

Qardaş şəhərlər

[redaktə | mənbəni redaktə et]