MƏLƏŞMƏK

qarş.
1. Hamı bir yerdə mələmək, səs-səsə verib mələmək. Qoyun-quzu mələşir.
– Mələşmir sürülər, kişnəmir atlar; Niyə pərişandır halların, dağlar! Aşıq Ələsgər.
Ürgələr oynaşır, atlar güləşir; Qoyunlar səs-səsə verib mələşir. S.Vurğun.

2. məc. Birlikdə ağlamaq, ağlaşmaq, ağızağıza verib ağlamaq. Qadınlar mələşirlər.
– …Kərbəlayı Fərəcin evində uşaqları çörəkdən ötrü mələşirdilər. Çəmənzəminli.

3. məc. Fəryad etmək, ağlaşmaq, ağlamaq.
Min il su-su deyib mələşən çöllər; İndi öz donunu lalədən biçər. S.Vurğun.
Eşqinə dəm tutub göylər mələşsin; Eşqin tarix olub əbədiləşsin. B.Vahabzadə.

◊ İlanlar mələşən – susuz, çılpaq. Adamlarımızın zəhmət və iradəsi ilə ilanlar mələşən düzlərdə kanallar çəkildi.
MƏLƏŞMƏ
MƏLƏTMƏ

Digər lüğətlərdə