Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gülverdi Qasımov
Gülverdi Abil oğlu Qasımov (15 noyabr 1997, Qobu, Abşeron rayonu – 26 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Gülverdi Qasımov 1997-ci il noyabrın 15-də Abşeron rayonunun Qobu qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Gülverdi Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Gülverdi Qasımov oktyabrın 26-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Abşeron rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Gülverdi Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Gülverdi Qasımov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Gülverdi Qasımov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Bilverdi (Əhər)
Bilverdi - İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Heris bölgəsinin Bedustan kəndistanında, Heris qəsəbəsindən 20,5 km qərbdədir.
Behen güləvəri
Behen güləvəri (lat. Centaurea behen) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü.
Gürcü güləvəri
Gürcü güləvəri (lat. Centaurea iberica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. == Sinonimləri == Calcitrapa iberica (Trevir. ex Spreng.) Schur Calcitrapa iberica Spreng. Centaurea aegyptiaca Sm. Centaurea iberica var. iberica Centaurea iberica subsp. iberica Centaurea macracantha Heldr. ex Boiss. Centaurea noeana Boiss.
Hirkan güləvəri
Hirkan güləvəri (lat. Centaurea hyrcanica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Məlumat azlığı" kateqoriyasına aiddir – DD. Azərbaycanın nadir növüdür. == Sinonimləri == Centaurea hyrcana Grossh. Jacea hyrcanica (Bornm.) Holub == Qısa morfoloji təsviri == Çoxillik qısa və yumşaq tüklənmiş ot bitkisidir. Gövdə dikduran, tilli-şırımlı, bir neçə sərilmiş budaqlı, 30-60 sm hündürlüyündədir. Kökətrafı və aşağı gövdə yarpaqlarının saplaqlarda daralmış, orta və yuxarı yarpaqlar isə oturaq və gövdəni yarımqucaqlamışdır, yumurtaşəkilli, uzunsov lansetvari və ya uzunsov ellpsvaridir. Sarğı uzunsov yumurtaşəkilli, 6-8 mm enindədir, sarğının yarpaqcıqları ensiz xətvari, uzun və lələkvari kirpikcikli, açıq-qəhvəyi və ya purpur-qəhvəyi rəngli əlavələrlə sarğını tor kimi bürümüşdür. Sarğının daxili yarpaqları xətvari və dairəvi, dişcikli əlavəlidir. Çiçəkləri çəhrayı rənglidir.
Qarabağ güləvəri
Qarabağ güləvəri - (lat. Centaurea karabaghensis (Sosn.) Sosn.) Asterkimilər – (Asteraceae Dumort.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Məlumat azlığı" kateqoriyasına aiddir – DD. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdə 25-35 sm hündürlüyündə, yarpaqlar üst tərəfdən yaşıl, alt hissədən bozumtul keçətüklü; kökətrafı yarpaqlar əsasən uzunsov, lələkvari bölümlü, yumurtavari seqmentli; orta gövdə yarpaqları lələkvari; ən yuxarıdaki yarpaqlar azalmış, liraşəkilli, bütöv və ya bir neçə dişcikli, lansetşəkilli sanki səbəti bürümüşdür. Səbətlər orta böyüklükdə; sarğı yumurtşəkilli silindirvari, 1,5-2 sm enində; sarğı yarpaqları enli yumurtşəkilli, tutqun, kənarları qəhvəyi, ağ saçaqlı; çiçəktünd-qırmızıdır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə və meyvə əmələgətirmə iyun-avqsut aylarına təsadüf edir. Kserofit, quru, daşlı yamaclarda rast gəlinir. İşıqsevən, duzlaşmaya davamlı bitkidir. Toxumla çoxalır, müxtəlifotlu qruplaşmalar əmələ gətirir.
Qumluq güləvəri
Qumluq güləvəri (lat. Centaurea arenaria) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü.
Zaqafqaziya güləvəri
Zaqafqaziya güləvəri (lat. Centaurea transcaucasica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü.
Əkin güləvəri
Əkin güləvəri (lat. Centaurea cyanus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik və ya ikiillik nazik ox və ya milşəkilli ot bitkisi olub, düz kökləri, topaşəkilli tükcüklü gövdəsi olmaqla, hündürlüyü 30-80 sm-ə bərabərdir. Kök üstündə olan yarpaqları bozumtul-yaşıl rəngli, topaşəkilli-tükcüklü, çiçəkləyən zaman ölüşkəyən, gövdə yarpaqları iridişcikli, üst yarpaqları bütövkəkarlı, oturaq və xətti quruluşludur. Gövdənin sonunda yerləşən çiçək səbəti yaxşı inkişaf edir. Çiçək səbəti yarpaqlarla bir-birini kirəmit kimi əhatə edir. Çiçək yatağı yastı, uzun qılçıqlardan ibarətdir. Kənar çiçəkləri cinsiyyətsiz, göyümtül, qıfabənzər, beşbölümlü olub, uzunluğu 2 sm-ə qədərdir. Boruşəkilli (daxili) çiçəkləri ikicinsli, göyümtül-bənövşəyi, olub, uzunluğu 1 sm-ə qədərdir. Meşə və meşə-çöl zonalarında, buğda və digər taxıl bitkilərinin (payızlıq və yazlıq) əkin yerlarində və zibilli yerlərdə yaşayır.
Zanbaq gülləri
Zanbaq gülləri (həmçinin vaza və çiçəklər olaraq da bilinir), Vinsent van Qoqun 50–55 milyon dollar dəyəri olan rəsm əsəridir; 2010-cu ilin avqust ayında Qahirənin Məhəmməd Mahmud Xəlil Muzeyindən oğurlanıb və hələ də tapılmayıb.Rəsm 65 x 54 sm ölçülərində və sarı və qırmızı xaşxaş çiçəklərini təsvir edir. Əsəri Van Qoqun intiharından üç il əvvəl, 1887-ci ildə rəngləndiyinə inanılır. Qaranlıq arxafon ilə ziddiyət yaradan rəngli vazada olan sarı və qırmızı çiçəkli rəsm, Van Qoqun 1886-cı ildə Parisdə ilk dəfə gördüyü zaman ona təsir edən köhnə bir rəssam Adolf Montiçelliyə olan dərin heyranlığının əksidir.
Sevgi gülləri (albom)
Sevgi gülləri – Azərbaycan müğənnisi Aygün Kazımovanın studiya albomu. Alboma 14 mahnı daxildir. == Hazırlanması == Albomdakı bütün mahnıların bəstəsi Eldar Mansurova aiddir. Aygün Kazımova albomdakı "Bir daha" mahnısını Samir Bağırovla, "Niyə danırsan ?" mahnısını Səməd Səmədovla duet şəklində ifa etmişdir.
Zanbaq gülləri (rəsm əsəri)
Zanbaq gülləri (həmçinin vaza və çiçəklər olaraq da bilinir), Vinsent van Qoqun 50–55 milyon dollar dəyəri olan rəsm əsəridir; 2010-cu ilin avqust ayında Qahirənin Məhəmməd Mahmud Xəlil Muzeyindən oğurlanıb və hələ də tapılmayıb.Rəsm 65 x 54 sm ölçülərində və sarı və qırmızı xaşxaş çiçəklərini təsvir edir. Əsəri Van Qoqun intiharından üç il əvvəl, 1887-ci ildə rəngləndiyinə inanılır. Qaranlıq arxafon ilə ziddiyət yaradan rəngli vazada olan sarı və qırmızı çiçəkli rəsm, Van Qoqun 1886-cı ildə Parisdə ilk dəfə gördüyü zaman ona təsir edən köhnə bir rəssam Adolf Montiçelliyə olan dərin heyranlığının əksidir.
Müqəddəs Fransiskonun gülləri (film, 1950)
Müqəddəs Fransiskonun gülləri (it. Francesco, giullare di Dio) — 1950-ci ildə Roberto Rossellini tərəfindən çəkilmiş dramatik filmdir.
Zaqatalanın qızıl gülləri (film, 1972)
== Məzmun == Mənzərə filmi Azərbaycanın Zaqatala rayonundakı qızıl gül plantasiyalarından söhbət açır.